ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə vacibdir – FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev Dünya Bankının təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş Regional Dəmir Yolu Seminarında iştirak edib.

Bizim.Media xəbər verir ki, seminar çərçivəsində baş tutmuş “Ölkələrin baxışı: Mövcud geosiyasi şəraitdə dəmir yolları üçün perspektivlər və çağırışlar” adlı sessiyada çıxış edən Arif Ağayev Azərbaycanın regional bağlantılardakı mövqeyi, Orta Dəhlizin artan potensialı, icrası davam edən iri yerli layihələr və mövcud geosiyasi mənzərə fonunda ADY-nin strateji baxışı barədə məlumat verib.
 

ADY sədrinin müavini Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Avrasiyanın mühüm tranzit qovşağı kimi rolunun gücləndiyini bildirib, dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmənin vacib olduğunu, müasir geosiyasi şəraitdə bağlantıların koordinasiyalı, dayanıqlı və rəqəmsal təşkili məqsədilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində əməkdaşlığın genişləndiyini, Qazaxıstan və Çinlə elektron sənəd mübadiləsi və məlumat inteqrasiyasının sürətləndiyini deyib.


Qeyd olunub ki, ADY son illərdə Orta Dəhlizin Azərbaycandan keçən hissəsində tranzit ötürücülüyünün yüksəldilməsi üçün əsaslı işlər görüb, xüsusilə rəqəmsal həllərin tətbiqi sayəsində tranzit müddətləri azalıb. Nəticədə Şərq-Qərb istiqamətində 2025-ci ildə 392 blok-qatarın qəbulu ilə 2024-cü ilin müvafiq göstəricisi 37% üstələnib. Eyni zamanda, 2025-ci ildə Bakı Limanında konteyner dövriyyəsi rekord vuraraq 100 min TEU-nu keçib.

Bununla yanaşı, dəhlizlər üzrə ötürücülük qabiliyyətinin artırılması, Bakı Limanının illik yükaşırma həcminin 260 min TEU-ya qədər genişləndirilməsi və sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DTX Gültəkin Hacıbəylinin evində AXTARIŞ APARDI

DTX Gültəkin Hacıbəylinin evində AXTARIŞ APARDI

EURIE 2026: Qlobal ali təhsil liderləri İstanbulda bir araya gəlir

EURIE 2026: Qlobal ali təhsil liderləri İstanbulda bir araya gəlir

Baş Prokurorluq hərəkətə keçdi: Toliklə Səidə də həbs edilir?

Baş Prokurorluq hərəkətə keçdi: Toliklə Səidə də həbs edilir?

İranda etirazlarla bağlı ilk ölüm hökmü ÇIXARILDI

İranda etirazlarla bağlı ilk ölüm hökmü ÇIXARILDI

PA-nın Vətəndaş Qəbulu Mərkəzində mart ayının qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində mart ayının qəbul CƏDVƏLİ

Lerikdə qar YAĞIR - FOTO

Lerikdə qar YAĞIR - FOTO

Milli Məclisin növbəti plenar iclasında 9 məsələ MÜZAKİRƏ EDİLƏCƏK

Milli Məclisin növbəti plenar iclasında 9 məsələ MÜZAKİRƏ EDİLƏCƏK

“Turan Tovuz” Qəbələdə 3 xalı 3 topla qazandı - VİDEO

“Turan Tovuz” Qəbələdə 3 xalı 3 topla qazandı - VİDEO

Bakıda qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə RƏSMİ XƏBƏRDARLIQ

Bakıda qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə RƏSMİ XƏBƏRDARLIQ

Pensiya alanlara şad xəbər: Mart ayında...

Pensiya alanlara şad xəbər: Mart ayında...

FAKTİKİ HAVA: Bəzi yerlərdə yağış yağır

FAKTİKİ HAVA: Bəzi yerlərdə yağış yağır

Alim Qasımov fabrik açıb?

Alim Qasımov fabrik açıb?

“Kəpəz”in bıçaqlanan futbolçusu komandaya nə vaxt QOŞULACAQ?

“Kəpəz”in bıçaqlanan futbolçusu komandaya nə vaxt QOŞULACAQ?

Elnur Məmmədov ermənistanlı həmkarı ilə Cenevrədə bu məsələləri müzakirə etdi - FOTO

Elnur Məmmədov ermənistanlı həmkarı ilə Cenevrədə bu məsələləri müzakirə etdi - FOTO

Zelenski Putini “pis aktyor” ADLANDIRDI: “Öz məqsədlərinə nail olmadı”

Zelenski Putini “pis aktyor” ADLANDIRDI: “Öz məqsədlərinə nail olmadı”

Ağır zədə alan Loftus-Çikin SON DURUMU

Ağır zədə alan Loftus-Çikin SON DURUMU

"ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" DƏYİŞDİ

"ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" DƏYİŞDİ

Azərbaycanda universitet 1 500 qurbağa və 60 dovşan alacaq

Azərbaycanda universitet 1 500 qurbağa və 60 dovşan alacaq

Çin rəsmisi Pekinin “Ukrayna böhranı” ilə bağlı mövqeyini AÇIQLADI

Çin rəsmisi Pekinin “Ukrayna böhranı” ilə bağlı mövqeyini AÇIQLADI

Əhali geyimə nə qədər pul xərcləyib? – STATİSTİKA

Əhali geyimə nə qədər pul xərcləyib? – STATİSTİKA

ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə vacibdir – FOTO

ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə vacibdir – FOTO

İran HƏRBİ GÜCÜNÜ artırır - Çindən səsdən sürətli raketləri alır

İran HƏRBİ GÜCÜNÜ artırır - Çindən səsdən sürətli raketləri alır

“Soyuducu ustası ali təhsilli şəxsdən çox qazanır” – Fazil Mustafa

“Soyuducu ustası ali təhsilli şəxsdən çox qazanır” – Fazil Mustafa

Zelenski Ukrayna xalqına dəstək verən beynəlxalq liderlərə təşəkkür etdi - VİDEO

Zelenski Ukrayna xalqına dəstək verən beynəlxalq liderlərə təşəkkür etdi - VİDEO

End of content

No more pages to load

RADİO