Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayır.

Bizim.Media xəbər verir ki, beləliklə, Novruz bayramının ilk çərşənbəsi olan – Su çərşənbəsi 24 fevral, Od çərşənbəsi – 3 mart, Yel çərşənbəsi – 10 mart, Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart tarixlərinə təsadüf edir.

Novruz bayramı axşamı isə martın 20-sidir.

Adətən Su çərşənbəsindən başlayaraq evlərdə Novruz bayramına hazırlıqlar start götürür. Sanki bu günlə birlikdə təkcə təbiət deyil, insan ruhu da oyanır, ev-eşik, həyət-baca, qəlb və düşüncə təzələnməyə başlayır. Qədim inanclara görə, kainat dörd əsas ünsürdən - su, od, külək və torpaqdan yaranıb. Novruza qədər dörd çərşənbənin qeyd olunması da məhz bu ilkin yaradılış fəlsəfəsi ilə bağlıdır.

Su çərşənbəsi ilə bağlı maraqlı adətlər...

Bu ardıcıllıq təsadüfi deyil: əvvəlcə su hərəkətə gəlir, sonra od istilik gətirir, ardınca yel nəfəs verir, sonda torpaq oyanaraq canlanır.

Su çərşənbəsində su və su mənbələrinin təzələndiyinə, canlandığına inanılır.

Bu çərşənbə xalq arasında müxtəlif adlarla tanınır: “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Gül çərşənbə”. Bu adların hər biri suyun ilkinlik, təmizlik və başlanğıc rəmzi olmasından xəbər verir. “Yalançı” adlandırılması isə onun hələ qışın tam bitmədiyi, amma yazın nəfəsinin duyulduğu bir keçid mərhələsinə düşməsi ilə əlaqələndirilir.
 

Folklorşünaslar qeyd edirlər ki, Su çərşənbəsinin tarixi çox qədimlərə gedib çıxır və kainatın yaradılışı ilə bağlı mifoloji təsəvvürlərlə sıx əlaqəlidir. Qədim türklərin dünyagörüşündə su həyatın başlanğıcı, diriliyin və saflığın əsas mənbəyi hesab olunurdu. Elə buna görə də bu gün həyata keçirilən mərasimlərin əksəriyyəti məhz su ilə bağlıdır.


Suyun təzələnməsi kimi anlaşıldığından, həmin gün insanlar sübh tezdən axar suyun üstünə gedər, onun üstündən atılarlar. Axar su həyatın hərəkətdə olan, durulmayan, saf və pak halıdır. Üstündən üç dəfə atılmaqla insanlar xəstəliklərdən, dərd-bəladan, ağırlıqdan azad olacaqlarına inanırlar. “Ağırlığım-uğurluğum bu su ilə getsin” deyimi də məhz bu inamın ifadəsidir. Su burada həm təmizləyici, həm də qoruyucu qüvvə kimi çıxış edir.

Su çərşənbəsi ilə bağlı unudulmaqda olan maraqlı adətlərdən biri də qızların saçlarından bir tutam kəsərək axar çaya atmasıdır. İnama görə, saç insanın taleyi və ömrü ilə bağlıdır. Axar suya atılan saç, qızın arzu və niyyətlərini də özü ilə aparar, onu həyata çatdırar. Bu rəmzi hərəkət həm də keçmişin ağırlıqlarından qurtulmaq, yeni həyata başlamaq anlamı daşıyırdı.

Yuxuda saç kəsmək nə deməkdir? - Dəyişiklik və yenidən...

Axar çaydan gətirilən suyun quyulara, ağacların dibinə və evlərə səpilməsi də geniş yayılmış adətlərdəndir. İnsanlar inanırdılar ki, bu su bolluq, ruzi və bərəkət gətirər. Xüsusilə ağacların dibinə səpilən su onların daha barlı-bəhrəli olmasına niyyət edilirdi. Bu mərasim təbiətə olan sevgi və bağlılığın, insanla torpaq arasındakı müqəddəs əlaqənin təzahürüdür.

Digər maraqlı adət isə “lal su” - yəni “dilsiz su” gətirilməsidir. Su çərşənbəsi səhəri tezdən bulaqdan, çaydan və ya arxdan danışmadan, heç kimlə kəlmə kəsmədən su gətirilərdi. Bu su müqəddəs sayılardı. Axşam qızlar toplaşar, hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb suya atardı. Üzük qabın kənarına dəyib cingildədikcə sayılardı. İnama görə, üzük neçə dəfə cingildəsə, o qızın bəxti də o sayda ildən sonra açılardı. Bu mərasim bir növ qədim fal ənənəsinin davamı idi və həm də gənclərin ümidlərinin, arzularının simvolu sayılırdı.

Su çərşənbəsi ilə bağlı unudulmuş inanclardan bir neçəsi bunlardır:

Həmin gün evin damına buğda atarlar ki, ilin bərəkəti artıq olsun;

Un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət paylananda bağlı qalmasın;

Axar suyun qabağını kəsmək olmaz. Əks halda insana xətər toxunar. Bu inam qədim azərbaycanlıların suyu müqəddəs bilməsinin bariz nümunəsidir;

Çərşənbə tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərlər. Deyilirdi ki, bunu etməsən, evə xətər dəyər, bərəkət dağılar. Bu isə odun da su və torpaq kimi müqəddəs sayıldığını göstərir;

Bayram axşamı baltanı götürüb ağacların kötüyünə yüngülcə vuraraq “Ay ağac, yatmısan, oyan, bərəkət payını götür” deyərlər. Bu, təbiətin dirilişinə çağırışdır;

Əvvəllər axar suyun üstündən atıldıqdan sonra uzaq bir yerdə saxsı qab sındırar, “Nə dərd-bəlamız varsa, bu saxsı ilə getsin” deyərdilər. Sınıq qab köhnə ilin ağırlıqlarının simvolu idi.

Su çərşənbəsi süfrəsi də özünəməxsus olur. Süfrədə mütləq təmiz sudan dəmlənmiş pürrəngi çay olmalıdır. İmkan daxilində plov bişirilməli, süfrədə yeddi adda nemət yer almalıdır. Yeddi rəqəmi qədim inanclarda müqəddəs və uğurlu sayılır. Süfrənin zənginliyi ilin bolluq və firavanlıq içində keçəcəyinə inamın ifadəsidir.
 

Novruzun ən gözəl rəmzlərindən biri olan səməni də məhz Su çərşənbəsində qoyulmağa başlanır. Səməni yazın gəlişinin, təbiətin oyanışının, əkinçiliyin və həyatın yenilənməsinin rəmzidir. Əcdadlarımız buğdanı göyərtməklə torpağın diriləcəyinə, yeni təsərrüfat ilinin bərəkətli olacağına ümid edərdilər. Səməninin yaşıl rəngi həm də ümidin, dirçəlişin və gələcəyə inamın simvoludur.


Bu gün bir çox adətlər unudulsa da, Su çərşənbəsinin mahiyyəti təmizlənmək, yenilənmək, saf niyyətlə yazı qarşılamaq dəyişməz qalır. Su həyatdır, su başlanğıcdır, su paklıqdır. Hər Su çərşənbəsi insanı öz daxilinə baxmağa, köhnə inciklikləri yumağa, yeni arzular üçün yer açmağa səsləyir.

İlk çərşənbəniz mübarək! (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Venesuela əməliyyatının bəzi sirlərini AÇDI: “Cəmi 48 dəqiqəyə...”

Tramp Venesuela əməliyyatının bəzi sirlərini AÇDI: “Cəmi 48 dəqiqəyə...”

BİZİM TƏQVİM:24 iyunda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:24 iyunda baş vermiş TARİXİ HADİSƏLƏR

Poliklinikalarda davam edən növbə problemləri… - VİDEO

Poliklinikalarda davam edən növbə problemləri… - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

End of content

No more pages to load

RADİO