Şagirdlər TƏHLÜKƏDƏ – Döşəməsi çökmüş, sanitar qovşağı uçmuş məktəb niyə TƏMİR OLUNMUR? – VİDEO

Zərdabın Şahhüseynli kənd tam orta məktəbi acınacaqlı durumdadır. Bu vəziyyət həmin məktəbdə övladları təhsil alan valideynləri təngə gətirib.

Bizim.Media-nın Aran bürosuna müraciət edən Zərdabın Şahhüseynli kəndinin sakinləri bildiriblər ki, 1970-ci illərdə tikilən 220 yerlik məktəb binası yararsız vəziyyətə düşüb. Cabir Azayev adına Şahhüseynli kənd tam orta məktəb binasının bərbad vəziyyətdə olması barədə dəfələrlə aidiyyəti qurumlara müraciətlər olunub.

Amma məktəb bu günə kimi bir dəfə də olsun əsaslı təmir olunmayıb. Məktəbin tavanı, döşəməsi, pəncərələri və qapıları sınıb, tökülüb:

“İstilik odunla olsa da yandırmağın heç bir faydası yoxdu, çünki pəncərə şüşələrinin olmaması yanan odunun istiliyini aparır. Nəticədə uşaqlar soyuq siniflərdə dərs keçməli olur və tez-tez xəstələnirlər.

Kənd sakinləri Aqşin Babayev və Məhəddin Məmmədli yerli büromuza bildirib ki, taxtadan tikilmiş məktəbin sanitar qovşağı da uçmuş vəziyyətdədir və şagirdlər üçün təhlükəli hal yaradıb:

“Uşaqlarımız məktəbə gedir, soyuqlayıb gəlirlər, ağırlaşmış formaya düşürlər və 10 gün dərsdən qalmalı olurlar. Nə vaxta qədər belə olacaq? İstəyirik ki, bizim uşaqlarımız da isti sinifdə, müasir məktəbdə təhsil alsın. Digər kəndlərdə yeni müasir tipli məktəblər olduğu halda bizim kənd məktəbi niyə təmir olunmur?

Çəkiliş zamanı məktəbin şagirdləri - Nihad Ağalarov və Yusif Əmişov da məktəbin hazırki vəziyyətindən gileyləniblər:

“Məktəbin döşəməsinin taxtaları qırıqdı. Gəzəndə ehtiyat edirik. Məktəbdə dərs keçmək çətindir.Bir tərəfdən yol bir tərəfdən məktəb gedib gəlməyə çətinlik çəkirik. Peç var odun peçidir o qədərdə isti olmur pəncərələr sınıqdı təzə olmağın istəyirik Əlvənd və Seyidlər kənd məktəbləri kimi bizim də məktəbin yenilənməsini istəyirik. təzə olmağını istəyirik.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu ünvaladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdəndir:

“Son iki ildə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan 4 təhsil müəssisəsi üçün yeni bina inşa edilib, 4 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 1 təhsil müəssisəsində isə əsaslı təmir işləri davam edir, 194 təhsil müəssisəsində cari təmir işləri aparılıb. Zərdab rayonu Cabir Azayev adına Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin vəziyyətindən də  məlumatlıyıq və binanın əsaslı təmir edilməsi plana salınıb. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir.


Aran bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

End of content

No more pages to load

RADİO