Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.
Bizim.Media xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media