Xəbər verildiyi kimi Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib. Liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.
Ötən gün “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın son durumu açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO
Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, Şəhla Kamilovanın müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, ötən gün “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Fatimə Əliyeva, Bizim.Media