05.02.2026-ci il tarixdə, saat 15:10 radələrində Bakı–Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-ya bu barədə Dövlət Yol polisindən məlumat verilib. Belə ki, sürücünün diqqətsizliyi səbəbindən “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media