Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 422 milyon 580 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, 2025-ci ildə idxal əməliyyatları üzrə 24 milyard 379 milyon 730 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 25 milyard 42 milyon 850 min ABŞ dolları ticarət qeydə alınıb, saldo müsbət 663 milyon 119  min ABŞ dolları olub.

Xatırladaq ki, 2024-cü ildə  Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları, o cümlədən, idxal əməliyyatlarının cəmi dəyəri 21 milyard 58 milyon 44 min ABŞ dolları, ixrac əməliyyatlarının cəmi dəyəri 26 milyard 554 milyon 57 min ABŞ dollar, saldo müsbət 5 milyard 496 milyon 13 min ABŞ dolları təşkil etmişdi.

Beləliklə, ötən il Azərbaycanın ixracı azalıb, idxalı artıb, müsbət saldo 8,3 dəfə azalıb.

Bəs, idxalın artması daxili bazarda hansı problem yarada bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ölkəyə idxalın artması daxili bazarda bir sıra problemlərə səbəb ola bilər:

“İlk növbədə yerli istehsalçılar üçün rəqabət şəraiti çətinləşir. Xaricdən gətirilən məhsullar bəzən daha ucuz və ya daha cəlbedici olduğuna görə yerli istehsalın satış imkanları azalır. Bu isə müəssisələrin gəlirlərinin düşməsinə, istehsalın ixtisarına və hətta bəzi hallarda fəaliyyətin dayandırılmasına gətirib çıxara bilər.

İdxalın həddindən artıq artması məşğulluğa da mənfi təsir göstərir. Yerli istehsal zəiflədikcə iş yerləri azalır, işsizlik riski artır. Eyni zamanda daxili bazarın xarici məhsullardan asılılığı güclənir. Xarici bazarlarda qiymət artımı və ya tədarük zəncirində yaranan problemlər birbaşa daxili bazara təsir göstərə bilər.

Digər bir problem ölkədən valyuta axınının sürətlənməsidir. İdxal artdıqca xarici valyutaya tələbat yüksəlir və bu, tədiyyə balansında kəsir yarada bilər. Uzunmüddətli dövrdə bu vəziyyət milli valyutanın sabitliyinə də təzyiq göstərə bilər”.

Müsahibimiz onu da qeyd edib ki, idxal məhsullarının keyfiyyətinə nəzarət zəif olduqda daxili bazarda keyfiyyətsiz və ya standartlara cavab verməyən malların payı arta bilər:

“Bu isə istehlakçı hüquqlarının pozulmasına və ümumi bazar etimadının azalmasına səbəb olur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Azərbaycanda kürü və konserv istehsalı artıb

Azərbaycanda kürü və konserv istehsalı artıb

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Dünyanın ən zəhərli heyvanı suda yaşayır – birdəfəyə 100 adamı öldürə bilər

Dünyanın ən zəhərli heyvanı suda yaşayır – birdəfəyə 100 adamı öldürə bilər

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

Yuxuya getməyi asanlaşdıran 7 qida

Yuxuya getməyi asanlaşdıran 7 qida

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO

Ağıllı eynəkləri qadağan edirlər

Ağıllı eynəkləri qadağan edirlər

“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

Şahbaz Şərif: “İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq” - FOTO

Şahbaz Şərif: “İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq” - FOTO

Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

End of content

No more pages to load

RADİO