"İdrak" liseyindəki insident - Hadisənin gizli səbəbi

"İdrak" liseyində şagirdin müəllimi güllələməsi cəmiyyətdə ciddi sual doğurub. Müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.

Bizim.Media xəbər verir ki, “Milli.az”a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib ki, yeniyetmə və gənclərin aqressiv davranışlarının artmasının səbəbləri arasında internet oyunları və sosial medianın böyük rolu var.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO


Sosioloqun sözlərinə görə, uşaqların hələ psixoloji cəhətdən tam formalaşmadığı dövrdə "Roblox", "Mavi Balina" və digər internet oyunları vasitəsilə aqressiv nümunələrə məruz qalması onların davranış pozuntularına səbəb olur.

O əlavə edib ki, bu oyunlarda uşaqlara özlərinə və ya başqalarına qarşı aqressiv hərəkətləri təşviq edən məzmunlar təqdim olunur ki, bu da uşaqlarda imitasiya və təqlid davranışını gücləndirir:

"Hadisələrin etiologiyası və xarakteri göstərir ki, bu, xarici ölkələrdə, xüsusilə Avropa və Amerika məktəblərində baş verən oxşar hallarla bağlıdır. Bullinq və ailədaxili münaqişələr uşaqlarda məktəb yoldaşlarına və müəllimlərə qarşı aqressiv davranışa gətirib çıxarır. Sosial şəbəkələr isə bu halları cəmiyyətə yansıdır və təsirini artırır. Müəllimin güllələnmə hadisəsi də, Avropa-Qərb ölkələrində eşitdiyimiz hadisədir".

Həmsöhbətimiz təklif edib ki, sosial şəbəkələrdə süzgəc mexanizmi tətbiq olunmalıdır ki, belə qeyri-etik, əxlaqdankənar və davranış pozuntusuna səbəb olan paylaşımlar olmasın. Sosioloq nəzərə çatdırıb ki, ölkədə 2018-ci ildə uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun qəbul edilib və bu, valideynlərə, məktəb və ictimai qurumlara uşaqları neqativ təsirdən qorumaq imkanları yaradır.

Lakin o, həm ailədə tərbiyə boşluqları, həm də məktəbdə didaktik və tərbiyəvi işlərin kifayət qədər həyata keçirilməməsinin də uşaqların aqressiv davranışına səbəb olduğunu qeyd edib:
 

"Bu onu göstərir ki, Z, Alfa və indi formalaşan Beta nəsli sosial şəbəkələr və internet resurslarının təsirində böyüyür və ailədən, məktəbdən əvvəl bu resurslar onların davranışına təsir göstərir. Ona görə də sosiallaşma institutları kimi internet və sosial şəbəkələrin uşaqlar üçün təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir".


Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Azərbaycanda kürü və konserv istehsalı artıb

Azərbaycanda kürü və konserv istehsalı artıb

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Dünyanın ən zəhərli heyvanı suda yaşayır – birdəfəyə 100 adamı öldürə bilər

Dünyanın ən zəhərli heyvanı suda yaşayır – birdəfəyə 100 adamı öldürə bilər

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

Yuxuya getməyi asanlaşdıran 7 qida

Yuxuya getməyi asanlaşdıran 7 qida

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO

Ağıllı eynəkləri qadağan edirlər

Ağıllı eynəkləri qadağan edirlər

“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

Şahbaz Şərif: “İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq” - FOTO

Şahbaz Şərif: “İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq” - FOTO

Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

End of content

No more pages to load

RADİO