Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
Bizim.Media onlara verilən cəzaları təqdim edir:
Qəti olaraq ömürlük azadlıqdan məhrum edilənlər:
Arayik Harutyunyan – Qondarma rejimin “dövlət naziri” və başçısı vəzifələrini tutub.
Levon Mnatsakanyan - 2015–2018-ci illərdə separatçıların “müdafiə naziri” olub.
David Manukyan – Qondarma rejim ordusunun “komandanının birinci müavini" vəzifəsində çalışıb.
Davit İşxanyan – Separatçıların “Milli Assambleyasının prezidenti” vəzifəsində çalışıb.
David Babayan – Separatçı rejimin “xarici işlər naziri” və “dövlət müşaviri” kimi postları tutub.
Digər təqsirləndirilənlərə isə aşağıdakı cəzalar verilib:
Arkadi Qukasyan – 20 il;
Bako Sahakyan – 20 il;
Madat Babayan - 19 il;
Melikset Paşayan - 19 il;
Qarik Martirosyan - 18 il;
Davit Allahverdiyan - 16 il;
Levon Balayan – 16 il;
Qurgen Stepanyan – 15 il;
Vasili Beqlaryan 15 il;
Erik Qazaryan 15 il.
Qeyd edək ki, onlar Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndiriliblər.
Bizim.Media