Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda 7 yaşlı uşaq bıçaqlanıb.
Bizim.Media xəbər verir ki, hadisə fevralın 4-ü axşam saatlarında rayonun Aşağı Avşar kəndində baş verib. Kənd sakini, 2019-cu il təvəllüdlü Sübhan Bəşirov 12 yaşlı yeniyetmə tərəfindən 19 bıçaq zərbəsi ilə xəsarətlər yetirilib.
Çoxsaylı bıçaq xəsarətləri ilə azyaşlı Ağcabədi Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Əməliyyata alınan 7 yaşlı uşaq Reanimasiya şöbəsinə köçürülüb. Hazırda azyaşlının vəziyyəti ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bıçaqlanan azyaşlının fotusunu təqdim edirik:

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu