Ötən gün Xətai rayonu Zeytun küçəsi 18 ünvanında ölüm hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımov Xətai rayonundakı AAYDA-ya məxsus idarədən çıxaraq yaşadığı Qaraçuxur qəsəbəsinə getmək üçün Zeytun küçəsindən keçərkən əsən güclü külək İlham Ələkbərova məxsus fərdi yaşayış evinin daş hasarı onun üzərinə uçub.
İş yoldaşı onu daşların altından çıxararaq təcili yardıma müraciət edib. Lakin R.Qasımov başından aldığı zədəyə görə dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğu araşdırma aparır. (Teleqraf.az)
Bizim.Media