Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın Emil Əkbərova məxsus, ümumi sahəsi 120 kvadratmetr olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.
Sabutay, Bizim.Media, Cənub bürosu