Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Aşağı Avşar kəndində baş verib.
Kənd sakini olan 7 yaşlı P.M. (ad şərtidir) müxtəlif nahiyələrdən bıçaq xəsarətləri alıb. Yaxınları onu dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media