Naxçıvan Konstitusiyasına dəyişikliklər ikinci səsvermədə QƏBUL EDİLDİ

Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri II səsvermədə qəbul edib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi müzakirəyə çıxarılıb.

Konstitusiya qanunu layihəsində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulub.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da əksini tapacaq.

Konstitusiyaya "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur.

Yeni maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Əlavə edilməsi nəzərdə tutulan digər maddə (28-1) "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması"dır.

Bu maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması qeyd olunur.
 

Konstitusiya Qanunu layihəsindəki dəyişikliklərdən biri "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi" adlı (5-ci) maddənin çıxarılmasıdır.


Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Respublikası Prezidenti təyin edəcək (maddə 13, hissə II).

Bundan başqa, layihədə Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur (maddə 18, hissə IV).

Konstitusiya Qanunu layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək (maddə 24, hissə II).

Layihəyə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq (maddə 29, hissə II).

Nəzərdə tutulan digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir (maddə 32.4-1).

Konstitusiya Qanunu layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Layihədə, həmçinin, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulub (maddə 33).

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək (maddə 50).
 

Layihədə, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub.


Xatırladaq ki, qanunvericiliyə əsasən Milli Məclis Konstitusiya qanunu layihələrinə üç oxunuşda baxır. Bu qanun layihələri üçüncü oxunuşda qəbul edildikdən 6 ay sonra ikinci dəfə səsverməyə çıxarılır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

Maaşı artırıldı, serialdan ayrılması qısa çəkdi - FOTO

Maaşı artırıldı, serialdan ayrılması qısa çəkdi - FOTO

29 iyunda bu səhvləri etməyin - Bürclərə xəbərdarlıq

29 iyunda bu səhvləri etməyin - Bürclərə xəbərdarlıq

End of content

No more pages to load

RADİO