Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Son günlər qızılın qiymətinin sürətlə bahalaşması toy və nişan mərasimlərinə hazırlıq görən ailələr üçün ciddi narahatlıq yaradıb. Toyun təməlində dayanan əsas amillərdən biri qızıl-zinət aksesuarları olduğundan, bəziləri düşünür ki, qəfil bahalaşma ailələri mərasimi təxirə salmağa və ya gözləməyə vadar edə bilər.

Qızılın bahalaşması toy industriyasına hansı təsiri göstərəcək? Ailələr bu şəraitdə toy planlarını necə qurmalı olacaqlar?

Bizim.Media
xəbər verir ki, “Globalinfo.az”a danışan iqtisadçı və Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov deyib ki, qiymətlər yüksəldikdə eyni həcmdə zərgərlik məmulatı əldə etmək üçün daha çox vəsait tələb olunur və bu, toy xərclərinin ümumi bölgüsünə təsir edir:

“Nəticədə ailələr büdcəni yenidən hesablayır və xərcləri daha real imkanlara uyğunlaşdırırlar.
 

Amma qızılın qəfil və kəskin bahalaşması toya hazırlaşan ailələri gözləməyə və ya mərasimi təxirə salmağa vadar etməyəcək, belə ehtimal azdır. Qiymətlərin qısa müddətdə kəskin artması bəzi ailələrin qərarvermə prosesinə təsir göstərə bilər.


Bu halda daha əlçatan seçimlərə üstünlük verilməsi, zinət alışının mərhələli şəkildə aparılması və ya xərclərin yenidən planlaşdırılması müşahidə oluna bilər. Praktikada daha çox xərclərin yenidən bölgüsü və mərasimin formatının optimallaşdırılması üstünlük təşkil edir”.

Ekspert bildirib ki, qızılın qiyməti yüksəldikcə zinət xərclərinin büdcədə payı artır:

“Bu, digər istiqamətlər üzrə xərclərin daha diqqətlə planlaşdırılmasını zəruri edir. Nəticədə daha yüksək büdcəli seçimlərdən daha münasib qiymət-keyfiyyət balansına malik variantlara keçid güclənir və toy planlamasında prioritetlər yenidən müəyyənləşdirilir.
 

Qızılın bahalaşması toy sənayesində müəyyən dəyişikliklər yarada bilər. Zərgərlik sektorunda daha yüngül çəkili və daha əlçatan qiymət seqmentində olan məhsullara marağın artması mümkündür.


Toy xidmətləri bazarında isə premium paketlərə tələbin müəyyən qədər zəifləməsi, orta büdcəli paketlərə marağın artması ehtimalı var. Bu, ümumi bazar aktivliyinin azalmasından daha çox, tələbin strukturunda dəyişiklik kimi qiymətləndirilə bilər”.

İqtisadçının sözlərinə görə, ailələr əsasən zinət alışını optimallaşdırmağa və xərcləri mərhələli şəkildə planlaşdırmağa çalışırlar:

“Daha yüngül çəkili zinət seçimləri, alışın bir neçə mərhələyə bölünməsi, mövcud zinət əşyalarının yenilənməsi və ya dəyişdirilməsi kimi həllər daha çox tətbiq olunur. Eyni zamanda digər toy xərcləri üzrə də daha qənaətli qərarlar verilir. Bu yanaşma həm mərasimin təşkilini mümkün edir, həm də büdcə risklərini azaldır.
 

Gözlənilən təsir toyların sayının azalmasından daha çox, onların planlaşdırılma modelinin dəyişməsi ilə əlaqədar olacaq. Yəni toyların sayında kəskin azalma gözlənilmir, lakin xərclərin optimallaşdırılması, zinət seçimlərinin yenilənməsi və toy xidmətləri bazarında daha çevik təkliflərin formalaşması tendensiyası güclənə bilər.


Bu, bazarın mövcud iqtisadi şərtlərə uyğunlaşmasını sürətləndirən amillərdən biri kimi dəyərləndirilir”.

Sosioloq Mail Yaqub qeyd edib ki, Azərbaycanda toyların azalmasının əsas səbəbi təkcə qızılın bahalaşması deyil:

“Toyların azalması səbəblərindən biri boşanmaların sayının çox olmasıdır. Bu, ailə qurmaq istəyən gənclərdə tərəddüd yaradır və onların evlənmək qərarına təsir göstərir.
 

Bundan başqa, qızılın bahalaşmasından çox şadlıq evlərindəki yüksək qiymətlər və toy xərclərinin çoxluğu da ailələrin planlarına mənfi təsir edir. Bu, ailə qurmaq istəyən gənclərin qərarına zərbə vurur və sözügedən tendensiyanın qarşısını almaq lazımdır. Yalnız qızılın qiyməti ilə iş həll olunmur, burada yüzlərlə xərclər var.


Kasıb ailə bu xərcləri necə qarşılasın, necə ailə qursun?! Bunu kapitalizmlə, rəqabətlə əlaqələndirənlər var. Amma təkcə bu fikri bildirib dayanmaq olmaz.

Bu gün kapitalizmin ən çox yayıldığı ölkələrdə belə, iqtisadiyyatla məşğul olan alimlər həyəcan təbili çalır, dövlətin müdaxilə etməli olduğunu bildirirlər”.

Sosioloq vurğulayıb ki, ölkəmizdə əhalinin artım tempi də qənaətbəxş deyil:

“Azərbaycanda 1991-ci ildə müstəqillik əldə edildikdən sonra qeydə alınan ən aşağı doğum göstəricisi 2025-ci ildə müşahidə olunub. Bu, ciddi həyəcan təbilidir. Ölkəmizdə əhali sayı onsuz da azdır. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır. Az xərclə evlənməyi mədəniyyətə çevirmək lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

End of content

No more pages to load

RADİO