"Kupça"sız evlər üçün tarixi mərhələ - Dövlət yaşıl işıq yandırdı

Azərbaycanda uzun illərdir mövcud olan və cəmiyyətin ən mürəkkəb sosial-iqtisadi problemlərindən birinə çevrilmiş məsələlərdən biri sənədsiz və plansız tikililər problemidir. Bu mövzu 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması fonunda yenidən gündəmə gəlib.

Rəsmi məlumatlara görə, ölkədə təxminən 400–500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili mövcuddur. Bu evlərin leqallaşdırılması təkcə hüquqi məsələ deyil, həm də böyük iqtisadi və sosial potensiala malik struktur islahatıdır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, dəqiq statistikanın müəyyənləşdirilməsi üçün genişmiqyaslı inventarlaşdırma aparılır. Artıq Bakı, Sumqayıt, Abşeron, Xızı və Siyəzən üzrə rəqəmsal inventarlaşdırmaya keçid təmin edilib, hüquqların dövlət qeydiyyatı tam elektronlaşdırılıb.

2025-ci ildə daşınmaz əmlakın dövlət qeydiyyatında ciddi artım qeydə alınıb. İl ərzində 364 mindən çox daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Elektron xidmətlərin sayı isə 41-ə çatdırılıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Ölkə.az-a açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov deyib ki, sənədsiz evlərin leqallaşdırılması ilk növbədə vətəndaşın mülkiyyət hüququnun tanınması deməkdir. 

“Bununla yanaşı, bu proses vergi bazasının genişlənməsinə, bələdiyyə institutlarının maliyyə imkanlarının artmasına, büdcəyə uzunmüddətli və dayanıqlı gəlirlərin formalaşmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu proses eyni zamanda dövlət üçün də ciddi iqtisadi dividendlər vəd edir:

“Birincisi, bələdiyyə institunun inkişafı baxımdan mühüm əhəmiyyət kəsb edir.  Problemin həll olunamması ilk olaraq bələdiyyələrin əsas gəlir mənbələri olan əmlak və torpaq vergilərinin tam formalaşmasına mane olur. Halbuki həmin yaşayış evlərinin sənədləşdirilməsi nəticəsində bələdiyyələr sabit və proqnozlaşdırıla bilən maliyyə mənbələrinə malik olacaq. Bu da yerli özünüidarəetmənin formal strukturdən real idarəetmə institutuna çevrilməsi üçün əsas şərtlərdən biridir.
 

Leqallaşdırılmış daşınmaz əmlakdan daxil olan vergi və rüsumlar bələdiyyələrə yol infrastrukturu, küçələrin abadlaşdırılması, su-kanalizasiya xətləri, işıqlandırma, yaşıllaşdırma və məhəllə tipli sosial layihələrin icrası üçün real maliyyə imkanları yaradır. Bu layihələr isə birbaşa olaraq vətəndaşların gündəlik üzləşdiyi sosial problemlərin həllinə xidmət edir və yaşayış mühitinin keyfiyyətini yüksəldir.


Bələdiyyələrin maliyyə imkanlarının artması eyni zamanda yeni iş yerlərinin yaradılması baxımından da mühüm təsirə malikdir. Abadlıq, kommunal, tikinti, xidmət və infrastruktur layihələrinin icrası yerli əmək bazarını canlandırır, xüsusilə regionlarda və ətraf yaşayış massivlərində məşğulluğu artırır. Bu isə işsizliyin azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi baxımından əhəmiyyətli amildir.

Digər tərəfdən, sənədləşdirilmiş evlər üzərində mülkiyyət hüququnun tanınması vətəndaşlara bank kreditlərinə çıxış imkanı yaradır. Kredit resurslarının əlçatanlığı kiçik sahibkarlığın inkişafını stimullaşdırır, ailə bizneslərinin yaranmasına şərait yaradır. Nəticədə yerli səviyyədə iqtisadi fəallıq artır, bələdiyyə ərazilərində əlavə dəyər formalaşır.

Sənədsiz evlərin leqallaşdırılması sosial təhlükəsizlik baxımından da mühüm rol oynayır.

Mülkiyyətini rəsmi şəkildə qeydiyyata alan vətəndaş artıq sığorta mexanizmlərindən istifadə edə bilir. Bu isə fövqəladə hallar, təbii fəlakətlər və digər risklər zamanı vətəndaşın dövlətə olan asılılığını azaldır, sosial məsuliyyətin bir hissəsini bazar mexanizmləri üzərinə ötürür

Beləliklə, sənədsiz evlərin leqallaşdırılması bələdiyyə institutunun gücləndirilməsi, yerli sosial problemlərin həlli, iqtisadi aktivliyin artırılması və yeni iş yerlərinin yaradılması baxımından çoxşaxəli və uzunmüddətli təsirə malik sistemli islahatdır. Bu proses vətəndaş–bələdiyyə–dövlət münasibətlərində yeni keyfiyyət mərhələsi formalaşdırmaqla yanaşı, sosial rifahın və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir”.

Deputat əlavə edib ki, leqallaşdırılmış hər bir ev avtomatik olaraq vergi uçotuna düşür:

“Əmlak və torpaq vergisi, alqı-satqı zamanı dövlət rüsumları və notariat haqları büdcə üçün uzunmüddətli və dayanıqlı gəlir mənbəyi yaradır. Sadə iqtisadi hesablamalar göstərir ki, yüzminlərlə obyektin sənədləşdirilməsi nəticəsində büdcəyə illik milyonlarla manat əlavə vəsait daxil ola bilər. Dünya təcrübəsi də göstərir ki, sənədsiz tikililərin leqallaşdırılması iqtisadi sıçrayış yarada bilər. Türkiyə, İtaliya, Yunanıstan və İspaniyada tətbiq olunan oxşar mexanizmlər büdcə gəlirlərinin artmasına və daşınmaz əmlak bazarında şəffaflığın yüksəlməsinə gətirib çıxarıb”.
 

Bununla belə, deputat hesab edir ki, proses selektiv və təhlükəsizlik prinsipləri əsasında aparılmalıdır.


“Riskli zonalarda, strateji ərazilərdə yerləşən tikililərə amnistiya verilməsi yolverilməzdir. Eyni zamanda, gələcəkdə qanunsuz tikintilərin qarşısının alınması üçün nəzarət və məsuliyyət mexanizmləri gücləndirilməlidir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində sənədsiz evlərin mərhələli və şəffaf şəkildə leqallaşdırılması Azərbaycan üçün yalnız sosial problemi həll etmir, həm də uzunmüddətli iqtisadi dayanıqlığın və müasir şəhər modelinin formalaşmasına xidmət edir. Bu yanaşma Prezident İlham Əliyevin vurğuladığı kimi, vətəndaşı dövlət siyasətinin mərkəzinə qoyan, sosial və investisiya balansına əsaslanan inkişaf modelinin tərkib hissəsidir”, - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

End of content

No more pages to load

RADİO