Masallıda məktəbli qız sevgilisindən hamilə qalıb — "Uşağın əvvəlki sevgilimdən olduğunu sonradan bilmişəm"

Masallı rayonunda gənc oğlanın azyaşlı ilə qurduğu münasibət ağır cinayət işi ilə nəticələnib.

Bizim.Media Demokrat.az-a istinadla xəbər verir ki, parkda təsadüfi tanışlıqdan sonra nişanlanan cütlüyün münasibəti 24 yaşlı Rəvanın (adlar şərtidir) həbsxanaya düşməsi ilə yekunlaşıb.

Hadisə ötən ilin fevral ayında, tərəflər bir evdə yaşamağa başladıqdan sonra baş verib və hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə böyük bir ailə dramının üstü açılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Rəvan 2024-cü ilin dekabrında Heydər Əliyev adına parkda gənc Vüsaləni görərək ona yaxınlaşıb. İlkin etirazlara baxmayaraq, sosial şəbəkələr üzərindən davam edən yazışmalar tərəflər arasında "sevgi" münasibətinə çevrilib. İş o yerə çatıb ki, ailələr razılaşıb və azyaşlı qızın yaş həddi nəzərə alınmadan onlar üçün rəsmi olmayan nişan mərasimi təşkil edilib.
 

Lakin hadisələrin gedişatı daha mürəkkəb hal alıb. Qızın hamilə olması xəbəri ortaya çıxdıqda, Rəvan uşağı öz üzərinə götürərək onu Bakıya qaçırıb. Yalnız istintaq prosesində üzə çıxıb ki, 13 yaşlı qızın hamiləliyinin səbəbkarı Rəvan deyil, onun əvvəlki tanışı olub. Buna baxmayaraq, Rəvan qızın 14 yaşına çatmadığını bildiyi halda onunla cinsi əlaqədə olduğunu etiraf edib.


İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə Rəvan tanış olmaq üçün Heydər Əliyev adına olan parkda ona yaxınlaşıb: 

“Lakin razı olmadım. Sonra “Tik-tok”da videolara baxarkən Rəvanın videoları və şəkilləri qarşıma çıxdı. Mən onları bəyəndim. Rəvandan xoşum gəldiyi üçün ona “Tik”tok”da yazdım. Oradan tanış olaraq sevgili olduq. Daha sonra isə “votsap”da danışmağa başladıq. Bir müddət sonra Rəvanın ailəsi elçi gəldi və mən nişanlanmağa razılıq verdim. Rəvan məni istədiyi üçün könüllü olaraq onunla qaçmışam. Onunla iyulun 15-ə kimi birlikdə yaşamışıq. 

Rəvanla onun evində bir dəfə fevralın 14-də cinsi əlaqədə olmuşuq. Rəvanla tanış olarkən əvvəlki sevgilim Faiqdən hamilə olduğumu bilməmişəm və xarici görünüşümdən hamilə olduğum bilinməyib. Faiqlə də “Tik-tok”da tanış olmuşam və ondan xoşum gəlib. Faiqlə ümumilikdə 3-4 dəfə cinsi əlaqədə olmuşam. Faiq hamilə olduğumu biləndən sonra məni bloka atdı və uşağın onun olmadığını dedi. Hazırda anam ilə birlikdə yaşayıram. Rəvana qarşı şikayətim yoxdur”.

Məhkəmədə zərərçəkmiş qız Rəvandan şikayətçi olmadığını, hər şeyin könüllü baş verdiyini desə də, qanunvericilik 14 yaşına çatmayan şəxslərlə bağlı belə hallarda "könüllülük" prinsipini tanımır.

Masallı Rayon Məhkəməsinin qərarı ilə Rəvan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə cinsi toxunulmazlıq yaşı 16 hesab olunur. Bu yaşdan aşağı şəxslərlə hər hansı cinsi xarakterli hərəkət, qarşı tərəfin razılığı olub-olmamasından asılı olmayaraq, ağır cinayət məsuliyyəti yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

End of content

No more pages to load

RADİO