Dünən hamıya gələn həmin mesaj tələdir — Məlumatlarınızı ələ keçirirlər – FOTO

100 AZN Ramazan Yardım Paketi” adı altında yayılan bu tip mesajlar son günlər sosial şəbəkələrdə sürətlə yayılır. Mesajlarda vətəndaşlardan guya yardım almaq üçün linkə daxil olub məlumatlarını doldurmaları tələb olunur. İlk baxışda xeyriyyə məqsədli kimi təqdim edilən bu paylaşımlar əslində fırıldaqçılıq riski daşıyır. Mütəxəssislər xəbərdarlıq edir ki, naməlum linklərə daxil olmaq şəxsi məlumatların ələ keçirilməsinə səbəb ola bilər. 

Artan bu cür hallar bir daha göstərir ki, fırıldaqçılar cəmiyyətin həssas dövrlərindən sui-istifadə etməyə çalışırlar.

Bizim.Media xəbər verir ki, bu barədə Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib ki, bu tip mesajlar klassik "fişinq" hücumunun bariz nümunəsidir və fırıldaqçıların insanların dini duyğularından, yardımlaşma istəyindən sui-istifadə etmək cəhdidir:

“Təqdim olunan linkə diqqət yetirsəniz, onun heç bir rəsmi dövlət qurumuna və ya tanınmış xeyriyyə fonduna aid olmadığını, şübhəli bir qısaldılmış keçid olduğunu görərsiniz. Bu linkə daxil olmaq sizin şəxsi məlumatlarınızın oğurlanmasına, bank kartı detallarınızın ələ keçirilməsinə və ya cihazınıza zərərli proqramların yoluxmasına səbəb ola bilər”.

O bildirib ki, fırıldaqçıların Ramazan ayı ərəfəsində bu yola əl atması təsadüfi deyil:

“Onlar "təcili müraciət" və "pulsuz yardım" vədi ilə insanların ehtiyatlı davranışlarını zəiflətməyə çalışırlar. Vətəndaşlara tövsiyəmiz odur ki, bu cür mesajlara əsla etibar etməsinlər, daxil olan linklərə klikləməsinlər və bu mesajları başqalarına göndərərək zəncirvari saxtakarlığın yayılmasına alət olmasınlar”.
 

Rəqəmsal təhlükəsizlik qaydalarına riayət etmək artıq hər bir vətəndaş üçün zərurətə çevrilib. Xüsusilə həssas bayram ərəfələrində vətəndaşların emosional qərarlar verməsi kibercinayətkarların işini asanlaşdırır.


Naməlum mənbələrdən gələn və real görünməyən "hədiyyə" və ya "yardım" vədləri ən böyük rəqəmsal təhlükə siqnallarından biridir. Bu tip kiberhücumlar təkcə fərdi məlumatların itirilməsi ilə nəticələnmir, həm də şəxsi bank hesablarının tamamilə boşaldılması riskini yaradır.

Əgər sizə WhatsApp və ya SMS vasitəsilə hansısa qurumun adından yardım paketi təklif edən link gəlibsə, bilin ki, bu, birbaşa sizin bank hesabınıza və ya smartfonunuza sızmaq üçün qurulmuş tələdir. Dövlət yardımları heç vaxt sosial şəbəkələrdə yayılan şübhəli linklər vasitəsilə paylanmır.

Sadə bir klik sizin aylarla topladığınız əmanətin bir neçə saniyə ərzində oğurlanmasına şərait yarada bilər.

Qeyd edək ki, şübhəli hallarla qarşılaşdıqda dərhal müvafiq dövlət qurumlarına və ya Elektron Təhlükəsizlik Xidmətinə məlumat verməyiniz tövsiyə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

End of content

No more pages to load

RADİO