Uşaqlarda boy artımı niyə zəifləyib? - FOTO

“Son illər Azərbaycanda uşaqların fiziki inkişaf göstəriciləri, xüsusilə boy artımı ilə bağlı səsləndirilən narahatlıqlar təsadüfi deyil. Müasir tibb elmi göstərir ki, uşağın boyu yalnız genetik göstərici deyil, əksinə, genetik potensialın nə dərəcədə reallaşması uşaqlıq və yeniyetməlik dövründə qidalanma, həyat tərzi, hormonal balans, fiziki aktivlik və erkən profilaktik tədbirlərlə birbaşa bağlıdır”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, boy artımında müşahidə edilən geriləmə, əslində, cəmiyyətin sağlamlıq, qidalanma və sosial mühit göstəricilərinin güzgüsüdür: “Bu gün uşaqlar arasında boy artımının zəifləməsinin əsas səbəbləri sırasında keyfiyyətsiz və balanssız qidalanma xüsusi yer tutur.

Şəkərli içkilər, ultra-emal olunmuş məhsullar, fast-food mədəniyyəti kalorili, lakin bioloji dəyəri zəif qidalanma forması yaradır. Bu isə sümüklərin inkişafı üçün vacib olan zülal, kalsium, D vitamini, sink və digər mikroelementlərin xroniki çatışmazlığına gətirib çıxarır. Bunun üzərinə fiziki hərəkətsizliyi, ekran asılılığını, yuxu rejiminin pozulmasını və erkən yaşlarda vitamin-mineral profilaktikasının sistemli aparılmamasını əlavə etdikdə, problemin miqyası daha aydın görünür”.
 

R.Mahmudov əlavə edib ki, bəzən bu məsələnin həlli kimi məktəb ətrafında qida satışına inzibati məhdudiyyətlərin tətbiqi təklif olunur. Halbuki bu yanaşma təkbaşına problemin köklü həlli ola bilməz: “Əsl və davamlı həll yolu uşaqlara hələ bağça yaşlarından etibarən sağlam qidalanma vərdişlərinin və qidanın bioloji dəyərinin nə olduğunu öyrətməkdən keçir. Uşaqlar anlamalıdırlar ki, şəkər əlavəli və süni qidalar tez doyma və ani enerji hissi yaratsa da, orqanizm üçün real fayda daşımır, əksinə, metabolik pozuntuların və xroniki xəstəliklərin əsasını qoyur. Erkən yaşda bu şüurun formalaşdırılması elə bir nəsil yetişdirə bilər ki, onlar təkcə öz sağlam seçimlərini etməsin, eyni zamanda sağlam qidalanmanı dərk etməkdə çətinlik çəkən böyüklər üçün də yolgöstərən mövqeyinə yüksəlsin”.


Millət vəkilinin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, bu cür problemlər fərdi deyil, məhz dövlət siyasəti səviyyəsində həll olunur. Bir çox ölkələr uşaqların sağlam böyüməsini milli prioritet kimi qəbul edib: “Türkiyədə məktəblərdə uzun illərdir dövlət tərəfindən süd paylanması proqramları həyata keçirilir, erkən yaş dövründə D vitamini və dəmir preparatları sistemli şəkildə verilir. Skandinaviya ölkələrində məktəb yeməkləri dietoloqlar tərəfindən hazırlanmış balanslı menyular əsasında təqdim olunur. Yaponiyada isə məktəb qidalanması sadəcə sosial layihə deyil, gələcək insan kapitalının qorunması strategiyasıdır. Bu yanaşmaların hamısını birləşdirən əsas fikir ondan ibarətdir ki, uşağa qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir.
 

Məktəblərdə uşaqlar üçün xüsusi menyuların hazırlanması yalnız sağlamlıq məsələsi deyil, bu, sosial bərabərliyin təmin edilməsi, regionlararası fərqlərin azaldılması və gələcək nəsillərin fiziki və intellektual potensialının qorunması deməkdir. Belə menyular yüksəkkeyfiyyətli zülalları, süd və süd məhsullarını, təbii tərəvəz və meyvələri, tam taxılları əhatə etməli, şəkərli və zərərli qidaların payı minimuma endirilməlidir.


Boy artımının əsasən qızlarda 16-17, oğlanlarda isə 18-19 yaşa qədər mümkün olduğu nəzərə alınarsa, məktəb və yeniyetmə dövrü həlledici mərhələdir. Bu dövrdə düzgün qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi yalnız boy göstəricilərini deyil, gələcəkdə ürək-damar xəstəliklərinin, metabolik pozuntuların və bir çox xroniki xəstəliklərin riskini də əhəmiyyətli dərəcədə azaldır”.

R. Mahmudov bildirib ki, bəzən bu cür proqramlar dövlət üçün əlavə iqtisadi yük kimi təqdim olunur. Halbuki strateji və uzunmüddətli baxış göstərir ki, sağlam böyüyən uşaq gələcəkdə daha məhsuldar işçi qüvvəsi, daha az səhiyyə xərci və daha yüksək iqtisadi dəyər deməkdir. Sağlam insan daha çox yaradır, daha az itirir və cəmiyyətə daha böyük töhfə verir. Bu baxımdan məktəb qidalanması və uşaq sağlamlığına yönəlmiş proqramlar xərc deyil, ölkənin iqtisadi və sosial dayanıqlılığına edilən ağıllı investisiyadır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

End of content

No more pages to load

RADİO