Pensiya alanlara şad xəbər: Gələn həftə...

“Qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da tezliklə yox, növbəti ilin yanvarında olur. Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun tələbidir. Yəni bu, vətəndaşın qanunla müəyyənləşdirilmiş şəkildə haqq etdiyi bir məsələdir. Nəhayət qanunla müəyyənləşdirilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb. Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Əli Məsimli sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir:

“Bu o deməkdir ki, pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir.

Bunu əsaslandırmaq üçün əvvəlcə ondan başlayaq ki, ötən il, yəni 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü ilin orta aylıq əmək haqqı məbləğinin nominal artım göstəricisinə uyğun olaraq 8,1 faiz artırılmışdı. Həmin qayda ilə bu il də əmək pensiyaları bu dəfə 2025-ci ildə orta aylıq əmək haqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək.

Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əmək haqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 9,3 faiz artıb. Bununla belə rəsmi açıqlamalarda hələlik 9-9,2 faiz arasında artım olacağı barədə fikirlər səsləndirilir.

Artımın gerçəkdən neçə faiz olacağı barədə konkret rəqəm gələn həftə, yəni fevral ayının əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əmək haqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə fevralın əvvəllərində xüsusi Prezident Sərəncamı veriləcək”.

Əli Məsimli pensiya artımlarının konkret məbləği ilə bağlı da fikirlərini bölüşüb:

“Təxmin etmək olar ki, indeksləşdirmədən sonra ötən il pensiyaçıların yarıya qədərinin median pensiya səviyyəsində, yəni 360 manat ətrafında aldığı pensiyalar təqribən 33 manat artıb 393 manata, 543 manat elan edilən orta pensiya ətrafında pensiya alanların pensiyası isə 50 manat ətrafında artaraq 593 manata çatması gözlənilir.

2026-ci ildə nəzərdə tutulan pensiya artımlarının kimlərə şamil olunacaq?

“Əmək pensiyaları haqqında” Qanunun tələbinə uyğun olaraq pensiya artımı əmək pensiyalarının hər üç növünə, yəni yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara şamil ediləcək. Bu əsasda pensiya artımının 1,1 milyon pensiyaçını əhatə edəcəyi gözlənilir”, - deyə deputat bildirib.

Niyə pensiyaçılar bu ilin yanvar ayında pensiyalarını artımla ala bilmədilər?

“Hələ 2025-ci il üzrə əmək haqqının orta illik artım göstəricisi məlum olmadığından, pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məbləğdə pensiya aldılar. Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla yanvar-fevral ayları üzrə artan məbləği birlikdə fevral ayında alacaqlar. Yəni pensiyası 400 manat olan pensiyaçının pensiyası 37 manata yaxın artaraq 437 manata çatacaq. Amma o fevralda həm yanvar və həm də fevral ayının artımlarını birlikdə almaqla 474 manat alacaq. Növbəti aydan, yəni martdan başlayaraq isə 437 manata yaxın pensiya alacaq”, - Əli Məsimli qeyd edib.

Millət vəkili vətəndaşların fərdi hesabında olan pensiya kapitalının nə qədər artacağı barədə də açıqlama verib:

“Əmək pensiyaları haqqında” Qanunun 29.1-1 maddsinin tələblərinə görə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin, yəni inflyasiyanın illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Bu əsasda ötən il, yəni 2025-ci ildə fərdi şəxsi hesablardakı pensiya kapitalları rəsmi inflyasiya göstəricisi kimi qeydə alınmış 2,2 faiz səviyyəsində indeksləşdirilərək artırılmışdı.

Sözügedən qanuna əsasən, 2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2025-ci ilin rəsmi inflyasiya göstəricisi səviyyəsində indeksləşdiriləcək.
 

Bu rəqəm artıq məlumdur: 2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 5,6 faiz səviyyəsində indeksləşdiriləcək. Hazırda minimum məbləğdə, yəni 320 manat pensiya təminatı üçün minimum 46080 manat pensiya kapitalı və ya 25 il iş stajı (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) tələb olunur.


Yəni fərdi hesabında minimum 46080 manat pensiya kapitalı olan və minimum pensiya alan vətəndaşın vəsaiti bu il 2580 manat artırılıb 48660 manata, fərdi hesabında 60 min manat olan pensiyaçının vəsaiti - 3360 manat artırılaraq 63360 manata çatacaq və s.
Beləliklə bu il əmək pensiyalarında artım 9 faiz ətrafında, vətəndaşların fərdi hesabında olan pensiya kapitalının artımı isə 5,6 faiz olacaq. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək”.

Əli Məsimli əlavə edib ki, pensiyaların hər il indeksləşdirilərək artırılması yaxşı haldır:

“Amma bu, məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi isə açıq qalmaqda davam edir. Çünki pensiyalarla yanaşı, qiymətlər də artır. Ona görə də real təsiri olan ciddi antiinflyasiya tədbirləri görülməlidir ki, pensiya artımları inflyasiyanın “yem”inə çevrilməsin, pensiyaçının əvvəlkindən bir qədər əlavə ərzaq, dava-dərman və s. almasını mümkün etməklə, onların həyatına real surətdə bir qədər müsbət təsir göstərə bilsin”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

End of content

No more pages to load

RADİO