Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə

Naxçıvanda “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitab nəşr edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəsi Ceyhun Cəlilovun məsləhətçisi olduğu kitabın müəllifi Ali Məclisin sədr müavini,tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevdir.


2025-ci il üçün elan olunan Konstitusiya və Suverenlik ilinə həsr edilən kitabın elmi redaktoru Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov, ön sözün müəllifi Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, AMEA-nın müxbir üzvü Musa Qasımlı, rəyçiləri isə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir.
 

Kitabda müəllif xalqımızın milli ruhunun gücündən yaranmış konstitusiya, suverenlik və siyasi sistem quruculuğu salnaməsindən bəhs edir. Həmçinin, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının real nəticələri olaraq, respublikamızda son 30 ildən artıq dövrdə həyata keçirilən düzgün iqtisadi-sosial, siyasi, hüquqi, xarici siyasətin təntənəsindən söhbət açılır. Müəllif Azərbaycanın çağdaş siyasi tarixinə yeni missiya ilə daxil olan cənab İlham Əliyevin milli dövlət quruculuğu və siyasi idarəçiliyinin şərəfli mərhələsinin konseptual elmi və tarixi şərhini verir.


Ön söz, giriş, üç fəsil və nəticədən ibarət olan kitabın "Azərbaycan Konstitusiyası: tarixi irsin, yeni çağırışların, strateji hədəflərin hüquqi tənzimlənməsi" adlı I fəslində milli dövlətçilik ənənələrimizdə Konstitusiya anlayışından, Azərbaycan Xalq Cümhuriyyətində hüquqi dövlət quruculuğundan, Naxçıvandan başlanan hüquqi dövlətçilik yolundan və Qurtuluş missiyasının hüquqi təntənəsindən ətraflı bəhs edilir. Müəllif bu proseslərin məntiqi ardıcıllığını tarixi kontekstdə əks etdirərək, müfəssəl təhlilini verir.
 

"Suverenlik: Azərbaycanın bütövlük təsdiqi" adlanan II fəsildə möhkəm təmələ əsaslanan qüdrətli suverenlik kursundan, Prezident İlham Əliyevin suverenlik prioritetlerindən, “Qarabağ Azərbaycandır və Nida”nın Zəfər çağırışlarından, suverenliyin “Dəmir Yumruq” təminatından və qüdrətli Suverenliyin mərhəmət gücündən söhbət açılır.


Sonuncu - "Yeni siyasi konfiqurasiya: dayanıqlı inkişafın və milli birliyin etibarlı təməli" adlanan III fəsildə isə müəllif yeni tarixi mərhələdə yeni siyasi konfiqurasiya, Heydər Əliyev siyasi arxitekturası, siyasi islahatlarda yeni prioritet - siyasi konfiqurasiyanın modernləşməsi, siyasi sistemin möhkəmlənməsi, tarixi ədalətin bərpası: Qərbi Azərbaycana Qayıdış, yeni siyasi konfiqurasiyanın antiazərbaycançı şəbəkəyə böyük zərbələri və IV Sənaye İnqilabı Dövrünün siyasi konsepsiyası və çağırışları kimi aktual mövzuları geniş araşdırır, bu tarixi-siyasi prosesin ilkin nəticələri barədə rəy bildirir.

“Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” kitabı elm və təhsil ictimaiyyəti, tədqiqatçılar, politoloqlar, xüsusən də gənc nəsil üçün dəyərli vəsaitdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

End of content

No more pages to load

RADİO