Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib – ÖZÜ TƏSDİQLƏDİ

Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. Belə ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib.

Nəticədə dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər vəzifələr ləğv edilib. Teatrların yeni strukturunda Strategiya və komunikasiya, Yaradıcı şöbə və artist heyətinin idarəedilməsi şöbələri formalaşdırılıb.

Beləliklə, dövlət teatrlarında bədii rəhbər, baş rejissor işləyən xeyli tanınmış mədəniyyət və incəsənət xadimi avtomatik olaraq vəzifəsini itirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də vəzifəsini itirən incəsənət xadimləri sırasındadır.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə modern.az-a açıqlamasında xəbəri təsdiqləyib və bu məsələnin uzun müddətdir müzakirə edildiyini bildirib:

“Söhbət konkret olaraq hansısa teatrın, o cümlədən Akademik Milli Dram Teatrının deyil, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən yeni konsepsiya və islahat qərarından gedir.

Uzun zaman ərzində bu konsepsiya ətrafında müzakirələr və fikir mübadilələri aparılıb. Söhbət yalnız baş rejissor institutundan yox, eyni zamanda bədii rəhbərlər, baş rəssamlar və ümumilikdə rəhbər vəzifələrin optimallaşdırılması, kadr islahatları ideyasından gedir. Bu, nazirliyin qarşısına qoyduğu genişmiqyaslı strategiyanın tərkib hissəsidir”.

M.Ələkbərzadə qeyd edib ki, aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul edilib və hazırda bu konsepsiyanın icrasına başlanılıb:

“Artıq qərar verildiyi üçün məsələyə münasibət də bu kontekstdə dəyərləndirilməlidir”.

Əməkdar incəsənət xadimi ixtisarlarla bağlı onlara bildirişin daxil olub-olmadığı sualına belə cavab verib:

"Bu cür qərarlar adətən rəsmi bildiriş formasında təqdim edilmir. Proses açıq müzakirələr, fikir ayrılıqları və mübahisələr şəraitində aparılıb və bu, normal bir praktika kimi qiymətləndirilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 3 bürcün pul bəxti açılacaq

Bu 3 bürcün pul bəxti açılacaq

Dəfn mərasiminə sinəsi açıq gəldi, tənqid olundu

Dəfn mərasiminə sinəsi açıq gəldi, tənqid olundu

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

End of content

No more pages to load

RADİO