"Dəvə qutabı" adı ilə müştərilər aldadılır - İDDİA

"Dəvə qutabı" Abşeron mətbəxinin ən məşhur təamlarından sayılır. Elə bu səbəbdəndir ki, son vaxtlar menyusuna dəvə qutabını daxil edən restoranların sayı artmaqda idi. Lakin qutabın həqiqətən dəvə ətindən hazırlanması tez-tez müzakirə mövzusu olub. Hətta ötən il 25 ildir dəvə saxlayan Maştağa sakini Firdovsi Axundov mətbuata açıqlamasında "restoran var ki, ildə bir dəfə dəvə əti alıb aparır, amma ilin bütün fəsillərində dəvə qutabı satır", - deyə bildirmişdi.

Ötən həftələrdə də müğənni Üzeyir Mehdizadə bildirdi ki, dəvə qutabı yemək üçün restorana gedib, amma ona adi ət qutabı verilib: "Mənə dedilər, adını dəvə qutabı qoymuşuq ki, gəlib yeyəsiniz. Yəqin ki, dəvə qutabı var, amma mən yeməmişəm".

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Dəvə qutabı dəvə ətindən hazırlanmayıb"

Məsələ AQTA-nın da diqqətindən yayınmayıb. Agentliyin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində növbəti reydlər aparıb. Yoxlama zamanı "Dostluq" restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb. Həmçinin "Santo Mare", "Duyğu", "Şərur", "Regnum" və "Oregano" restoranlarının menyularından "dəvə qutabı"nın çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. "Antalya" restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu məlum olub. Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin "dəvə qutabı" adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Yəni, yoxlamalar zamanı müəyyən edilib ki, təqdim olunan qutablar əslində dəvə ətindən deyil, digər növ ət məhsullarından hazırlanıb.

Dəvə əti ilə mal ətinin fərqi nədir?

Maraqlıdır, dəvə ətinin digər növ ət məhsullarından fərqi nədir?

Dəvə ətinin spesifik xüsusiyyətlərindən biri onun dadının şirin olmasıdır. Məhz bu səbəbdən iddia edilir ki, mal ətinə şəkər qatılıb dəvə əti kimi təqdim edilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssislərinin açıqladığı məlumata görə, dəvə ətinin tərkibi 66-79% su, 20-23% protein, 3.5-4.0% yağ, azotsuz ekstraktiv maddələr və digər bioloji aktiv maddələrdən təşkil olunub. Dəvə əti qidalılıq dəyərinə görə mal ətinə yaxın olsa da, tərkibində yağların, xüsusilə xolesterolun miqdarının nisbətən az olması ilə fərqlənir ki, bu da onun müsbət bioloji xüsusiyyəti kimi qiymətləndirilə bilər. Ətin konsistensiyası möhkəm və şirəli, rəngi tünd qırmızı və ya qəhvəyi-qırmızı çalarlı olub, pH dəyəri 5.7-6.0 arasında dəyişir.

"İstehsalçıdan baytarlıq şəhadətnaməsi tələb edilməlidir"

Qida eksperti Seymur Qafarov deyir ki, ictimai iaşə müəssisələrində əyləşən hər bir istehlakçının hüququdur ki, dəvə qutabı adı ilə təqdim olunan məhsulun həqiqətən də dəvə ətindən hazırlanıb-hazırlanmamasını öyrənsin: "Qanunun tələblərinə uyğun olaraq, heç bir istehsalçı istehlakçını aldatmamalıdır. Ət məhsullarının mənşəyi dəqiq şəkildə təqdim edilməlidir. Həmçinin müəssisələr məhsulun qəbulu zamanı baytarlıq şəhadətnamələri və arayışları əldə etməli, burada heyvanın mənşəyi və laborator analiz nəticələri, təhlükəsizlik parametrləri əks olunmalıdır. İstehlakçının hüququdur ki, dəvə qutabı adı ilə təqdim olunan məhsulun həqiqiliyini tələb etsin. Bunun üçün mütləq satışını həyata keçirən istehsalçıdan və ya müəssisədən baytarlıq şəhadətnaməsini tələb etməlidir. Bu sənəd vasitəsilə ətin mənşəyi haqqında dəqiq məlumat əldə etmək mümkündür".

Həmsöhbətimizin ictimai iaşə obyektlərində dəvə qutabını digərlərindən fərqləndirməyin yollarını da bölüşdü: "İstehlakçıların diqqət yetirməli olduğu əsas məqamlar bunlardır: əgər ətin özündə dəvə ətinə xas yağlılıq, spesifik rəng və bişdikdən sonra açıq rəng alma xüsusiyyəti yoxdursa və ya dəvəyə xas qoxu hiss olunmursa, bu, həmin ətin mal əti olduğunu göstərir. Bişmiş qutabın ətini laborator və fizioloji göstəricilərinə görə ayırd etmək mümkündür. Bişdikdən sonra ətin rəngi və qoxusu əsas indikatorlardır. Çiy halda isə ətlərin görüntüsü fərqlidir. Mal əti daha açıq çəhrayı, dəvə əti isə tünd rəngdə olur. Bişdikdən sonra isə dəvə əti açıq rəng alır. Bundan əlavə, ətin yağlılığı da fərqləndirici göstəricidir. İstehlakçı mal ətinə nisbətən dəvə ətinə xas olan yağlılıq və digər xüsusiyyətləri hiss edə bilər. Bu göstəricilər, həm vizual, həm də hissiyyatla məhsulun mənşəyini təyin etməkdə yardımçı olur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Krım və Sevastopolda fövqəladə vəziyyətelan edildi

Krım və Sevastopolda fövqəladə vəziyyətelan edildi

"Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB

"Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB

Türkiyə 2030-cu ildə su qıtlığı yaşayacaq?

Türkiyə 2030-cu ildə su qıtlığı yaşayacaq?

Rusiyada "yuxu turizmi" trendə çevrilib

Rusiyada "yuxu turizmi" trendə çevrilib

Şahdağda hindistanlı milyonçu övladına toy edir — 3 gün davam edəcək - VİDEO

Şahdağda hindistanlı milyonçu övladına toy edir — 3 gün davam edəcək - VİDEO

"Volkswagen" 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır

"Volkswagen" 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır

Ana südünün immun sisteminə təsirində yeni KƏŞF – Mühüm komponent müəyyən edilib

Ana südünün immun sisteminə təsirində yeni KƏŞF – Mühüm komponent müəyyən edilib

Nəvənin imtahan balı mübahisəyə səbəb oldu – Qayınata gəlinə xəsarət yetirdi

Nəvənin imtahan balı mübahisəyə səbəb oldu – Qayınata gəlinə xəsarət yetirdi

Azərbaycanda yeni futbol klubu yaradılır

Azərbaycanda yeni futbol klubu yaradılır

Sabah bürcləri nə gözləyir? – Astroloji proqnoz AÇIQLANDI

Sabah bürcləri nə gözləyir? – Astroloji proqnoz AÇIQLANDI

Rusiyanın 4-cü ən böyük neft emalı zavodu dron hücumundan sonra bağlandı

Rusiyanın 4-cü ən böyük neft emalı zavodu dron hücumundan sonra bağlandı

Kanadada yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb

Kanadada yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb

Bakının mərkəzində təntənəli hərbi YÜRÜŞ – Sakinlər qürurla izləyib - VİDEO

Bakının mərkəzində təntənəli hərbi YÜRÜŞ – Sakinlər qürurla izləyib - VİDEO

Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib

Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib

Nazir Mirzə Mirzəyevə VƏZİFƏ VERDİ - FOTO

Nazir Mirzə Mirzəyevə VƏZİFƏ VERDİ - FOTO

Venesueladakı zəlzələdən sonra kütləvi OĞURLUQ – Mağazalar boşaldıldı

Venesueladakı zəlzələdən sonra kütləvi OĞURLUQ – Mağazalar boşaldıldı

Bakı-Qazax yolundakı dəhşətli qəzanın Anbaan VİDEOSU

Bakı-Qazax yolundakı dəhşətli qəzanın Anbaan VİDEOSU

Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər - VİDEO

Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər - VİDEO

Laçında hərbçilər yürüş ediblər - FOTO

Laçında hərbçilər yürüş ediblər - FOTO

Narkomaniya diaqnozu qoyulan qadın və yeniyetmələrin SAYI AÇIQLANDI

Narkomaniya diaqnozu qoyulan qadın və yeniyetmələrin SAYI AÇIQLANDI

Növbəti 2 gündə külək güclənəcək - XƏBƏRDARLIQ

Növbəti 2 gündə külək güclənəcək - XƏBƏRDARLIQ

İngiltərədə 3 yaşlı uşaq timsah qəfəsinə düşüb - FOTO

İngiltərədə 3 yaşlı uşaq timsah qəfəsinə düşüb - FOTO

Ursula fon der Lyayen Azərbaycana gəlir

Ursula fon der Lyayen Azərbaycana gəlir

Türkiyə MN: "Azərbaycanla tək ürək, tək yumruq olmağa davam edəcəyik” - FOTO

Türkiyə MN: "Azərbaycanla tək ürək, tək yumruq olmağa davam edəcəyik” - FOTO

End of content

No more pages to load

RADİO