Ədliyyə nazirliyindən sərt addım: "Azəriqaz" cərimələndi

Xəbər verdiyimiz kimi, Ağdaş rayonu, Kükəl kəndində fəaliyyət göstərən istixana təsərrüfatının sahibi “Azəriqaz” İstehsalat Birliyindən (İB) şikayət edib. Sahibkar bildirir ki, qaz sayğacı əvvəlcədən xəbərdarlıq edilmədən götürülüb, faktiki sərfiyyat nəzərə alınmadan normativ hesablanma aparılıb və nəticədə 27 min manat borc formalaşdırılıb. Sözügedən borca görə istixananın qaz təchizatı dayandırılıb və bu, istehsal prosesinə ciddi zərər vurub. Sahibkar məsələ ilə bağlı məhkəməyə müraciət edib.

Bakı Kommersiya Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli qərardadı ilə istixananın qaz təchizatının bərpa edilməsi qərara alınıb.

Qərarın qəbulundan 25 gündən artıq vaxt keçməsinə baxmayaraq, məhkəmə qərarının icrası təmin olunmayıb.

“Azəriqaz” sayğacın sahibkar tərəfindən alınmamasını səbəb kimi göstərir. Sahibkar isə bildirir ki, ona bu barədə rəsmi müraciət edilməyib və sayğac olmasa belə, məhkəmə qərarına əsasən qaz normativlə hesablanmaqla bərpa edilməlidir.

Bizim.Media xəbər verir ki, “Sfera.az” qanunvericiliyin tələblərinə əsasən, məhkəmə qərarlarının dərhal icra olunması zərurəti ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib.
 
Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, "Azəriqaz" qərarın icrası təmin etmədiyi üçün haqqında inzibati xəta haqqında protokol tərtib edilib.

 

“Bakı Kommersiya Məhkəməsinin 25.12.2025-ci il tarixli icra sənədinə əsasən Ağdaş rayonu, Kükəl kəndində yerləşən istixanaya təbii qazın verilməsinin ayandırılması borclu "Azəriqaz” İstehsalat Birliyinə qadağan olunub.


İcra sənədi 26.12.2025-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olub, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək iş üzrə tərəflərə göndərilib. Qərardadın dərhal icra edilməli olduğu nəzərə alınaraq, "Azəriqaz” İB-yə 28.12.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməklə yanaşı, tələbin təmini məqsədilə borclu təşkilatla telefon vasitəsilə də əlaqə saxlanılıb.

Bu zaman sözügedən ərazidə boruların yararsız halda olması səbəbi ilə qaz sızması baş verdiyi və nöqsan aradan qaldırıldıqdan sonra qaz verilişinin bərpa ediləcəyi bildirilib.

Sonrakı dövrdə də tələb təmin edilmədiyindən 2026-cı ilin yanvar ayının 5-i va 8-i tarixlərində "Azəriqaz" İB ilə yenidən şifahi qaydada əlaqə saxlanılsa da, eyni səbəblər əsas gətirilərək qərarın icrası təmin olunmayıb. İcra sənədinin icrası təmin edilmədiyindən borclu təşkilat barədə 16.01.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə təqdim edilib və hazırda məhkəmənin icraatındadır”, - cavabda qeyd olunub.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

Ağdamda ər arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

Ağdamda ər arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

"İmişli" "Qarabağ"ı sınağa ÇƏKƏCƏK

"İmişli" "Qarabağ"ı sınağa ÇƏKƏCƏK

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğuldu

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğuldu

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı - VİDEO

Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı - VİDEO

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

Futbol üzrə “Türk Kuboku” KEÇİRİLƏCƏK

Futbol üzrə “Türk Kuboku” KEÇİRİLƏCƏK

Tramp:"ABŞ-a Kanadanın xokkey çubuqları lazım deyil"

Tramp:"ABŞ-a Kanadanın xokkey çubuqları lazım deyil"

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası oldu

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası oldu

Ər-Riyadda hava limanına raket hücumu: 12 ölü, 309 yaralı var - VİDEO

Ər-Riyadda hava limanına raket hücumu: 12 ölü, 309 yaralı var - VİDEO

Vətən müharibəsinin XRONİKASI: 11 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI: 11 oktyabr –VİDEO

Zaporojye vuruldu, 20 ölü var

Zaporojye vuruldu, 20 ölü var

Nazir cüdoçuları təbrik etdi - FOTO

Nazir cüdoçuları təbrik etdi - FOTO

Bu 3 bürcün pul bəxti açılacaq

Bu 3 bürcün pul bəxti açılacaq

Dəfn mərasiminə sinəsi açıq gəldi, tənqid olundu

Dəfn mərasiminə sinəsi açıq gəldi, tənqid olundu

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

End of content

No more pages to load

RADİO