“Sən arvadının canı, təmiz yu” sözünə görə tanışını dəmirlə DÖYDÜ – Gədəbəydəki cinayətin DETALLARI

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Uğur Pənahovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinin bəzi detalları məlum olub.

Bizim.Media “pravda.az”a istinadla xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
 

İttihama görə, hadisə 16 noyabr 2023-cü il tarixdə, saat təxminən 10:00 radələrində Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən “Avtovağzal Kompleksi”nin ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində insident baş verib.


İş materiallarına əsasən, həmin vaxt avtoyuma məntəqəsində çalışan təqsirləndirilən Uğur Pənahov avtomobilini yuduzdurmaq üçün ora gəlmiş tanışı, zərərçəkmiş İbrahim İbrahimovla (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisəyə səbəb zərərçəkmiş şəxsin avtomobilin yuyulması zamanı təqsirləndirilən şəxsə ünvanladığı “sən arvadının canı təmiz yu” ifadəsi olub.

Bu ifadənin təhqiramiz xarakter daşıması səbəbindən tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə və daha sonra münaqişə yaranıb. Hadisə zamanı Uğur yerdən götürdüyü dəmir parçası ilə İbrahimə qəsdən zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə müxtəlif dərəcəli ağır xəsarətlər yetirilib.

Bu faktlar əsasında birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməli sağlamlığa ağır zərər vurma kimi tövsif olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Uğur Pənahov törətdiyi əmələ görə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi, əməlin düzgün tövsif olunması və Uğura daha ədalətli cəzanın təyin edilməsi xahiş edilib.

Müdafiə tərəfi apellyasiya şikayətini onunla əsaslandırıb ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin xəsarətlərinin qiymətləndirilməsi ilə bağlı verilmiş məhkəmə-tibbi ekspertiza rəyləri mübahisələndirilib və bu barədə vəsatətlər təqdim olunub.
 

Bildirilib ki, ekspertiza rəyinin yekun hissəsində Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na istinad edilsə də, rəyin mətnində həmin siyahının konkret müddəalarına toxunulmayıb. Müdafiə tərəfi hesab edir ki, bu siyahı xəsarətlərin hüquqi qiymətləndirilməsi üçün əsas normativ sənəd olduğundan, onun nəzərə alınmaması ekspert rəyinin düzgünlüyünü şübhə altına alır.


Müdafiə tərəfinin fikrincə, hadisə zamanı İbrahimə yetirilmiş xəsarətlər mübahisəsiz olaraq sağlamlığa az ağır zərərvurmaya aid olduğu halda, onların ağır xəsarət kimi qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin daha ağır maddəsi ilə tövsif edilib. Həmçinin qeyd olunub ki, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri tətbiq edilməyib.

Apellyasiya məhkəməsinin iclasında çıxış edən müdafiəçi şikayətin dəlillərini müdafiə edərək deyib ki, zərərçəkmiş şəxsə xəsarət yetirilməsi faktı inkar edilmir, lakin bu xəsarətlərin dərəcəsi ağır deyil və az ağır zərərvurmaya aid edilməlidir. Müdafiəçi əməlin bu formada tövsif olunmasını xahiş edib. Alternativ olaraq, əgər tövsif dəyişdirilməzsə, zərərçəkmiş şəxslə barışığın əldə olunduğunu nəzərə alaraq Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi və təqsirləndirilən şəxsə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması istənilib.

Apellyasiya məhkəməsinin iclasında iştirak edən Uğur müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirib və əlavə edərək qeyd edib ki, İbrahim onu yuxarıda qeyd edilən ifadə ilə təhqir etdiyinə görə əsəbiləşərək həmin hərəkəti törədib.

Dövlət ittihamçısı isə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək söyləyib ki, şikayətdə göstərilən bütün hallar birinci instansiya məhkəməsində hərtərəfli araşdırılıb, hüquqi qiymət verilib və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmaqla ona ədalətli cəza təyin edilib.

Dövlət ittihamçısı hökmün dəyişdirilmədən saxlanılmasını xahiş edib.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 3 ilə endirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

İrəvanda atışma: 3 yaralı var - FOTO

İrəvanda atışma: 3 yaralı var - FOTO

61 yaşlı kanadalı planka üzrə öz dünya rekordunu yenilədi

61 yaşlı kanadalı planka üzrə öz dünya rekordunu yenilədi

Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf

Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf

Rusiyaya dron hücumu: “Yandeks”in 80-dən çox xidməti sıradan çıxdı

Rusiyaya dron hücumu: “Yandeks”in 80-dən çox xidməti sıradan çıxdı

Şəmkirdə AİLƏ DRAMI: Qardaşını bıçaqladı

Şəmkirdə AİLƏ DRAMI: Qardaşını bıçaqladı

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

Ağdamda ər arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

Ağdamda ər arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

"İmişli" "Qarabağ"ı sınağa ÇƏKƏCƏK

"İmişli" "Qarabağ"ı sınağa ÇƏKƏCƏK

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğuldu

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğuldu

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı - VİDEO

Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı - VİDEO

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

Futbol üzrə “Türk Kuboku” KEÇİRİLƏCƏK

Futbol üzrə “Türk Kuboku” KEÇİRİLƏCƏK

Tramp:"ABŞ-a Kanadanın xokkey çubuqları lazım deyil"

Tramp:"ABŞ-a Kanadanın xokkey çubuqları lazım deyil"

End of content

No more pages to load

RADİO