BİZİM TƏQVİM:23 yanvarda baş vermiş tarixi hadisələr

1992-ci ilin 23 yanvarında ABŞ Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.

Bəs, 23 yanvarda dünyada daha hansı hadisələr baş verib?

1. 1556-cı ilin 23 yanvar tarixindә ‘‘Әn çox insanın hәlak olduğu zәlzәlә’’ olaraq tarixә keçәn ‘‘Şensi zәlzәlәsi’’ Çinin şimal-qәrbindә baş verib. 8 bal gücündәki zәlzәlә nәticәsindә tәxminәn 830 min nәfәr hәlak olub. 

2. 23 yanvar 1792-ci ildə qənd və kofe qıtlığı Fransa paytaxtında kütləvi iğtişaşlarla nəticələnib.

3. 1849-cu il amerikalı həkim Elizabet Blakvel dünyanın ilk tibb təhsili alan qadını kimi tarixə düşüb.

4. 1912-ci il Haaqada Beynəlxalq Opium Konvensiyası imzalanıb. Bu, narkotik maddələrin istifadəsini tənzimləyən ilk sənəd olub.

5. 1922-ci ilin bu günündə Torontoda şəkər xəstələrinə insulin kütləvi şəkildə tətbiq edilməyə başlanıb.

6. 23 yanvar 1950-ci ildə Təl-Əviv İsrail dövlətinin paytaxtı elan edilib.

7. 1973-cü ilin 23 yanvar tarixindә Amerika Birlәşmiş Ştatları ilә Şimali Vyetnam birliklәri arasında 10 il әvvәl başlayan ‘‘Vyetnam müharibәsi’’  Parisdә imzalanan atәşkәs ilә sona çatsa da, atәşkәs rejiminin müddәti çox az davam edib.  Amerika Birlәşmiş Ştatlarının son әsgәrlәrinin 1973-cü ilin mart ayında Vyetnamdan çıxmasından sonra  iki il әrzindә kommunist Vyetkonq qüvvәlәri ilә ABŞ tәrәfindәn dәstәklәnәn Cәnubi Vyetnam birliklәri arasında qarşıdurmalar davam etdi. 1975-ci ilin 30 aprel tarixindә Şimali Vyetnam birliklәrinin Cәnubi Vyetnamın paytaxtı Sayqonu nәzarәtinә keçirmәsi nәticәsindә ‘‘Vyetnam müharibәsi’’ sona çatdı.   

8. 23 yanvar 1990-cı ildə Sovet qoşunları 41 il əvvəl girdikləri Macarıstan ərazilərini tərk edib.

9.  2008-ci ilin 23 yanvar tarixindә Yunanıstan baş naziri Kostas Karamanlis Türkiyәyә tarixi sәfәr edib.Karamanlis  Türkiyәyә 49 il sonra sәfәr edәn ilk Yunanıstan baş naziridir.

Bəs, 23 yanvarda kimlər xatırlanır?

1. 1989-cu ilin 23 yanvar tarixindә ispaniyalı rәssam Salvador Dali 85 yaşında vәfat edib. Salvador Dali Pikasso ilә birgә sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biridir.

2. Professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü Elşad Quliyev 23 yanvar 1941-ci ildə anadan olub.

3. Türkiyəli ağır atletdir. Naim Süleymanoğlu 23 yanvar 1967-ci ildə anadan olub. O 1992, 1996, və 2000-ci illərdə keçirilən Yay Olimpiya oyunlarının qızıl medalını qazanıb. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb.

4. Texnika elmləri doktoru, professor. Rusiya “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin ali riyaziyyat kafedrasının müdiri.Fuad Ələsgərov 1951-ci ilin 23 yanvarında anadan olub.

5. Coğrafiya elmlər doktoru, professor Rza Mahmudov 1952-ci ilin bu günündə doğulub.

6. Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirov 23 yanvar 1976-cı ildə dünyaya gəlib.

7. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Hikmət Muradov 1969-cu ilin bu günündə dünyaya göz açıb.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

İrəvanda atışma: 3 yaralı var - FOTO

İrəvanda atışma: 3 yaralı var - FOTO

61 yaşlı kanadalı planka üzrə öz dünya rekordunu yenilədi

61 yaşlı kanadalı planka üzrə öz dünya rekordunu yenilədi

Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf

Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf

Rusiyaya dron hücumu: “Yandeks”in 80-dən çox xidməti sıradan çıxdı

Rusiyaya dron hücumu: “Yandeks”in 80-dən çox xidməti sıradan çıxdı

Şəmkirdə AİLƏ DRAMI: Qardaşını bıçaqladı

Şəmkirdə AİLƏ DRAMI: Qardaşını bıçaqladı

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

Ağdamda ər arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

Ağdamda ər arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

"İmişli" "Qarabağ"ı sınağa ÇƏKƏCƏK

"İmişli" "Qarabağ"ı sınağa ÇƏKƏCƏK

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğuldu

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğuldu

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı - VİDEO

Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı - VİDEO

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

Futbol üzrə “Türk Kuboku” KEÇİRİLƏCƏK

Futbol üzrə “Türk Kuboku” KEÇİRİLƏCƏK

Tramp:"ABŞ-a Kanadanın xokkey çubuqları lazım deyil"

Tramp:"ABŞ-a Kanadanın xokkey çubuqları lazım deyil"

End of content

No more pages to load

RADİO