36 il əvvəl bu gün – Gəncədə sovet ordusunun qarşısı NECƏ ALINDI? – VİDEO

1990-cı ilin yanvar ayı Azərbaycan tarixində milli azadlıq mübarizəsinin ən gərgin və taleyüklü mərhələlərindən biri kimi yadda qalıb.

Bakıda törədilən 20 Yanvar faciəsindən sonra respublikanın digər bölgələrində olduğu kimi, Gəncə şəhərində də ictimai-siyasi vəziyyət son dərəcə mürəkkəbləşmişdi.

 

Xalq arasında azadlıq, suverenlik və ədalət tələbləri güclənmiş, sovet imperiyasının zorakı siyasətinə qarşı etirazlar kütləvi xarakter almışdı. Həmin hadisələrin canlı şahidlərinin sözlərinə görə, o zaman gəncəlilər indiki Gəncə şəhər icra hakimiyyəti (o vaxtlar Gəncə şəhər partiya komitəsinin binasının) qarşısına toplaşaraq Sovet ordusunun Bakıda və digər regionlarda törətdiyi qətliamları şiddətlə qınamaq və öz narazılıqlarını bildirmək üçün meydana toplaşmışdılar.

Şəhərdə baş verən proseslər, ordunun yeridilməsi və yaranmış gərgin vəziyyət yerli idarəetmə orqanlarını son dərəcə mürəkkəb siyasi və mənəvi məsuliyyət qarşısında qoymuşdu. Gəncə ictimaiyyəti bu hadisələri Azərbaycan xalqına qarşı yönəlmiş təzyiq siyasətinin tərkib hissəsi kimi dəyərləndirirdi. 

Gəncəyə hücum əmri

1990-cı il yanvarın 22-də SSRİ Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrin Gəncə şəhərinə tanklar və zirehli texnika ilə yeritməsi ilə bağlı göstəriş almışdı. Hərbi texnika şəhərin əsas giriş yollarında, strateji obyektlər və inzibati binalar ətrafında yerləşdirilmişdi.

Həmin hadisələr baş verəndə mənim 16 yaşım var idi. Böyük bir siyasi dönəmin olduğunu o qədər də yaxşı dərk etməsəm də, Gəncənin mərkəzində sovet rejiminə, Bakıda yanvarın 20-də dinc əhaliyə qarşı qətliamına öz etirazını bildirən gəncəlilər xatirimdədir.

Bu günlərdə sosial şəbəkələrdən birində süni intelekt vasitəsilə həmin anları xatırladan video görüntülər məni o anlara apardı. Həmin yaşananları sanki bir daha gözlərimin önünə gətirdi.

1990-cı ilin yanvarında Gəncə adi bir şəhər deyildi. O günlərdə Gəncə susqun, amma içindən qaynayan bir vulkana bənzəyirdi. Bakıdan gələn qanlı xəbərlər insanların ürəyinə qorxu yox, qəzəb və iztirab salmışdı. Küçələrdə pıçıltı ilə səsləndirilən bir cümlə dolaşırdı:

“Ordu gəlir”

Həmin günlərin canlı şahidi olan, meydanda Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq istəyənlərdən biri də yazıçı, Əməkdar jurnalist Nüşabə Əsəd Məmmədli idi. O həmin günləri belə xatırlayır:

“Həmin günlər çox gərgin və ağır idi. Azərbaycan xalqı artıq öz azadlığı və müstəqilliyi üçün mücadiləyə qalxmışdı. Bakıda Yanvarın 20-də başdan ayağa silahlanan rus ordusu tanklarla dinc xalqa qarşı qətliam törətdi. 147 nəfər şəhid oldu, 600-dən artıq həmvətənlimiz müxtəlif dərəcəli xəsarətlər aldılar, 800-dən çox adamı qanunsuz həbs etdilər.

Bu dəhşətli anları o zamanlar biz gəncəlilər də çox böyük ürək ağrısı ilə yaşadıq. Minlərlə şəhər sakini meydana toplaşdıq.

Orda ziyalılar da var idi, sıravi insanlar da...

Həmin vaxt hamının gözündə sovet rejiminə nifrət, ürəyində kin var idi. O vaxt biz meydanda olanda xəbər gəldi ki, SSRİ Müdafiə Nazirliyi Gəncəyə də tankların və əlavə ordunun yeridilməsi ilə bağlı göstəriş verib. Həmin dövrdə Gəncə şəhər partiya komitəsinin birinci katibi vəzifəsini Süleyman Məmmədov icra edirdi. O mitinqçilər qarşısında çıxış edərək rus tanklarının şəhərə girməyəcəyini dedi”.

Bu hadisələrlə bağlı həmin dövrdə Gəncədə Müdafiə Komitəsinin sədri vəzifəsində çalışmış Hacı Məmmədov televiziyaların birinə müsahibəsi zamanı bunları demişdi:

"Süleyman Məmmədovun köməkliyi ilə rus qoşunlarının komandanı ilə əlaqə saxladıq. Süleyman müəllim komandanın qarşısında Cavad xanın sözlərini dedi: "Siz Gəncəyə mənim meyitimin üstündən keçə bilərsiniz". Doğrudan da, qoşun yeridilmədi. Lakin səhəri gün bizə zəng gəldi ki, tanklar 38-ci hərbi hissənin qarşısında dayanıblar. Gəncəlilərin hərbi hissənin qarşısında müqavimət göstərməsi, eyni vaxtda rus qoşunlarının komandanı ilə aparılan danışıqlar Gəncə faciənin baş verməsinin qarşısını aldı”.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

İrəvanda atışma: 3 yaralı var - FOTO

İrəvanda atışma: 3 yaralı var - FOTO

61 yaşlı kanadalı planka üzrə öz dünya rekordunu yenilədi

61 yaşlı kanadalı planka üzrə öz dünya rekordunu yenilədi

Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf

Başqalarının qəzəbini görməyə nə mane olur? – Alimlərdən maraqlı kəşf

Rusiyaya dron hücumu: “Yandeks”in 80-dən çox xidməti sıradan çıxdı

Rusiyaya dron hücumu: “Yandeks”in 80-dən çox xidməti sıradan çıxdı

Şəmkirdə AİLƏ DRAMI: Qardaşını bıçaqladı

Şəmkirdə AİLƏ DRAMI: Qardaşını bıçaqladı

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verildi - FOTO

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Mask Trampın Zelenski barədə dediklərini dəstəklədi

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

"Ədəbiyyat qəzeti"nin keçmiş baş redaktoru vəfat etdi

Ağdamda ər arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

Ağdamda ər arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı

"İmişli" "Qarabağ"ı sınağa ÇƏKƏCƏK

"İmişli" "Qarabağ"ı sınağa ÇƏKƏCƏK

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğuldu

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğuldu

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı - VİDEO

Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı - VİDEO

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

Futbol üzrə “Türk Kuboku” KEÇİRİLƏCƏK

Futbol üzrə “Türk Kuboku” KEÇİRİLƏCƏK

Tramp:"ABŞ-a Kanadanın xokkey çubuqları lazım deyil"

Tramp:"ABŞ-a Kanadanın xokkey çubuqları lazım deyil"

End of content

No more pages to load

RADİO