Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb

Təyyarələrdə istifadə olunan kran suyunun sağlamlıq üçün ciddi risklər daşıdığına dair yeni araşdırma səyahətçilər arasında narahatlıq yaradıb. Alimlər dünyanın aparıcı aviaşirkətlərinə məxsus təyyarələrdəki suda nəcis mənşəli bakteriyaların aşkarlandığını bildiriblər.

Bizim.Media xəbər verir ki, genişmiqyaslı tədqiqat uçuş zamanı çay və qəhvə kimi isti içkilərin belə təhlükəli ola biləcəyini üzə çıxarıb.

Mütəxəssislər sərnişinlərə yalnız butulkada olan sudan istifadə etməyi, eləcə də təyyarə kran suyu ilə əlləri yumaqdan çəkinməyi tövsiyə edirlər.

Araşdırma "Qida, dərman və uzunömürlülük kimi" qeyri-kommersiya təşkilatı tərəfindən üç il ərzində aparılıb. Bu müddətdə 10 iri və 11 regional aviaşirkətə məxsus təyyarələrdən götürülən 35 mindən çox su nümunəsi laboratoriyada yoxlanılıb. Nəticələr göstərib ki, bir çox hallarda bu sular mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcək dərəcədə çirklidir.

Mütəxəssislər xüsusilə tualetlərdəki gigiyenaya diqqət çəkərək bildiriblər ki, təyyarə çənlərində tez-tez patogen mikroorqanizmlər olur. Bu səbəbdən sərnişinlərə ən azı 60 faiz spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə etmək tövsiyə olunur.

Araşdırma çərçivəsində suyun keyfiyyəti 5 ballıq şkala üzrə qiymətləndirilib.

Çirklənmə və qaydaların pozulmasına görə aviaşirkətlər bal itirib. Delta və Frontier ən yüksək - "A" qiyməti alıb. Southwest Airlines "C" dərəcəsi ilə orta səviyyədə qərarlaşıb. American Airlines, JetBlue və Spirit isə "D" risk qrupuna daxil edilib. Regional daşıyıcılar arasında Mesa Airlines "F", Republic Airways isə "D" ilə ən zəif nəticə göstərib.

Laboratoriya analizləri içməli suda qətiyyən olmamalı mikroorqanizmlərin mövcudluğunu da üzə çıxarıb. Nümunələrin 2,7 faizində koliform bakteriyaları, 21 aviaşirkət üzrə ümumilikdə 32 halda isə bağırsaq çubuğu aşkar edilib ki, bu da ciddi nəcislə çirklənməyə işarə edir.

Qeyd edək ki, ABŞ-da hələ 2011-ci ildə Təyyarədə İçməli Su Qaydaları qəbul edilib və aviaşirkətlərdən çənləri ildə dörd dəfə təmizləmək tələb olunur. Lakin hesabat müəllifləri EPA-nın bu qaydalara əməl olunmasına görə nadir hallarda real cərimələr tətbiq etdiyini vurğulayırlar.

Aviaşirkətlər isə təhlükəsizliyin prioritet olduğunu bildirirlər.

American Airlines daxili yoxlamalarda ciddi pozuntu aşkarlanmadığını, JetBlue artıq butulkada suya keçdiyini, Spirit isə təmizlik sistemlərini daim yenilədiklərini açıqlayıb.

Buna baxmayaraq, alimlər sərnişinlərə risk etməməyi məsləhət görürlər. Onların sözlərinə görə, təyyarədə çay və qəhvə üçün istifadə olunan su eyni çənlərdən götürülür və çox vaxt bakteriyaları tam məhv edəcək temperaturda qızdırılmır. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqlədi

Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqlədi

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı – FOTO

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı – FOTO

Altı il öncə bu gün – 12 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 12 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Məşhur türk aktyor vəfat etdi – FOTO

Məşhur türk aktyor vəfat etdi – FOTO

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol TƏSDİQLƏNDİ

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol TƏSDİQLƏNDİ

İordaniyaya vizasız getmək MÜMKÜN OLACAQ

İordaniyaya vizasız getmək MÜMKÜN OLACAQ

Bu şəxslərə Prezident təqaüdü veriləcək – ADLAR

Bu şəxslərə Prezident təqaüdü veriləcək – ADLAR

Parisin ən qədim bazarı yanıb kül oldu – VİDEO

Parisin ən qədim bazarı yanıb kül oldu – VİDEO

Zelenski Trampın gözlənilməz bəyanatından sonra təşəbbüsü ələ alır - BBC

Zelenski Trampın gözlənilməz bəyanatından sonra təşəbbüsü ələ alır - BBC

Arda Turan Türkiyə millisinin baş məşqçisi TƏYİN OLUNACAQ?

Arda Turan Türkiyə millisinin baş məşqçisi TƏYİN OLUNACAQ?

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Küçə itləri İranın Gürcüstandakı səfirinə hücum etdilər – AYAĞI SINDI

Küçə itləri İranın Gürcüstandakı səfirinə hücum etdilər – AYAĞI SINDI

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

XİN Ekvatorial Qvineya və İspaniyanı təbrik etdi – FOTO

XİN Ekvatorial Qvineya və İspaniyanı təbrik etdi – FOTO

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Kreditlərin verilməsi qaydaları dəyişdi

Kreditlərin verilməsi qaydaları dəyişdi

Ən dadlı narı necə seçmək olar?

Ən dadlı narı necə seçmək olar?

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU - FOTO

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU - FOTO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi

Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi

End of content

No more pages to load

RADİO