Azad olunan ərazilərə qayıdanlara XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şura gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslərə, eləcə də doğma yurdlarına qayıdan əhaliyə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə qurum üzvlərinin son vaxtlar azad edilmiş ərazilərdə ardıcıl mina hadisələrinin baş verməsi ilə əlaqədar apardıqları müzakirələrin yekun nəticəsi olaraq ictimaiyyətə yaydıqları açıqlamada qeyd olunub.

Bildirilib ki, son günlər azad edilmiş ərazilərdə ardıcıl mina hadisələrinin baş verməsi ciddi narahatlıq doğurur:

"Yeni ilin ilk günlərində artıq ikinci mina hadisəsi qeydə alınıb. İkinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində 417 nəfər mina və partlamamış hərbi sursatların partlayışı nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmişlər arasında regiona səfər edən mülki şəxslər, kənd təsərrüfatı ilə məşğul olanlar, bərpa-quruculuq işlərində iştirak edən işçilər, jurnalistlər, hərbçilər, eləcə də xidməti vəzifələrini yerinə yetirən qurumların əməkdaşları var".
 

ANAMA yanında İctimai Şura bir daha diqqətə çatdırır ki, təmizlənməmiş ərazilərə daxil olmaq, naməlum əşyalara toxunmaq, xəbərdarlıq nişanlarına məhəl qoymamaq ağır və bəzən geridönüşü olmayan nəticələrə səbəb olur:


"Məhz təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədilə mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirkləndirilmiş ərazilərin müvəqqəti olaraq konservasiya olunaraq çəpərlənməsi fəaliyyəti icra edilir. Xüsusən, gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslər, eləcə də doğma yurdlarına qayıdan əhalinin tələb olunan qaydalara riayət etməsi həyati vacibdir".

Qeyd olunub ki, bu gün mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən müvafiq kompleks işlər davam etdirilir:

"Mina təhlükəsinin qarşısının alınmasında yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətli davranışı həlledici əhəmiyyət daşıyır. İnanırıq ki, təhlükəsizlik qaydalarına əməl etmək insan həyatını qorumağın ən etibarlı yoludur.
 

Qeyd olunanları nəzərə alaraq, regionda istisnasız olaraq hər kəsi yalnız icazə verilmiş və təmizlənmiş ərazilərdə fəaliyyət göstərməyə, xəbərdarlıq nişanlarına ciddi yanaşmağa, şübhəli əşya və ya mina riski olan hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq.


Dünyada insan həyatının qorunmasından qiymətli heç nə yoxdur. Yaddan çıxarmayaq ki, mina təhlükəsinə laqeyd yanaşma yeni faciələrə yol aça bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində - FOTO

İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Venesuelada ana qızını xilas edərkən həyatını itirdi - FOTO

Venesuelada ana qızını xilas edərkən həyatını itirdi - FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Nəbi Mahmudov vəfat etdi – FOTO

Nəbi Mahmudov vəfat etdi – FOTO

Ukrayna Rusiyanın "Titan-Barrikadı" zavodunu vurdu - VİDEO

Ukrayna Rusiyanın "Titan-Barrikadı" zavodunu vurdu - VİDEO

Erkən yaşlanma gənclərdə xərçəng riskini artıra bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Erkən yaşlanma gənclərdə xərçəng riskini artıra bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 920-yə çatdı

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 920-yə çatdı

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Subasma, sel olacaq

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Subasma, sel olacaq

SON DƏQİQƏ! Pakistanda güclü ZƏLZƏLƏ baş verdi

SON DƏQİQƏ! Pakistanda güclü ZƏLZƏLƏ baş verdi

"Nissan" 600 mindən çox avtomobili geri çağırır - SƏBƏB

"Nissan" 600 mindən çox avtomobili geri çağırır - SƏBƏB

Bu gün Ümumdünya Balıqçılıq Günüdür

Bu gün Ümumdünya Balıqçılıq Günüdür

"Kitabı əzbər bilirdim, amma əllərim əsirdi" - 58 bal toplayan müəllim

"Kitabı əzbər bilirdim, amma əllərim əsirdi" - 58 bal toplayan müəllim

Bu gün Bakıda UFC turniri KEÇİRİLƏCƏK

Bu gün Bakıda UFC turniri KEÇİRİLƏCƏK

Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı

Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı

Həbsdə olan şəxsin bank hesabından ailəsi istifadə edə bilərmi? – HÜQUQİ İZAH

Həbsdə olan şəxsin bank hesabından ailəsi istifadə edə bilərmi? – HÜQUQİ İZAH

Yaxın saatlarda Abşeronda leysan yağa, dolu düşə bilər – XƏBƏRDARLIQ

Yaxın saatlarda Abşeronda leysan yağa, dolu düşə bilər – XƏBƏRDARLIQ

İllər sonra Bakıdadır — VİDEO

İllər sonra Bakıdadır — VİDEO

Kral Bukinqem sarayını TƏRK EDİR

Kral Bukinqem sarayını TƏRK EDİR

End of content

No more pages to load

RADİO