"Komendant pulu" ləğv olunur: Binalarda pul yığımına dövlət nəzarəti gəlir

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib.

Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür.

Bizim.Media xəbər veirr ki, sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir.

Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu qurumlar hələ də mənzil haqlarını yığmaqda davam edirlər. Sakinlər lift, təmizlik və zibilin daşınması üçün mütəmadi ödəniş etsələr də, real mənzərə çox vaxt ürəkaçan olmur.
 

Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən idarə olunan binalarda isə "komendant pulu" termini sakinlərin ən çox şikayət etdiyi mövzudur. Burada kommunal xidmət haqları (lift, mühafizə, işıqlandırma və s.) çox vaxt vahid tarif olmadan, binadan binaya dəyişən subyektiv qiymətlərlə yığılır. Hesabatlılığın olmaması, mənzil sahiblərinin idarəetmədə iştirak edə bilməməsi və ödənişlərin bəzən "ayrı-seçkilik" prinsipləri ilə yığılması sakinlərin narazılığını artırır.


Bu idarəetmə böhranı və qanunvericilikdəki boşluqlarla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov mövcud vəziyyəti tənqid edib.

“Bina və komplekslərdə ümumi istifadədə olan lift, su nasosu, işıqlandırma, mühafizə və s. kimi ümumi istifadə olunan xidmət və invertarların idarə olunmasında yeni qanunvericilik yanaşması tətbiq olunmalıdır”.

Onun sözlərinə görə, sakinlərin MMMC yaradaraq binanı idarəetmək üçün təşkilatlanması mexanizmi hazırkı şəraitdə işlək deyil:

“Qonşuların yaratdığı müştərək cəmiyyətlər mülki məcəllə ilə tənzimlənsə də yenə mexanizm fayda vermir. O zaman hər hansı problemin həlli üçün məhkəməyə müraciət olunmalıdır.
 

Aylarla çəkən məhkəmə prosedurunu gözləmək məntiqə uyğun deyil. Hansısa kiçik binada qonşular bir-birlərinə yaxın olduqları üçün bu mümkün ola bilər. Amma yaşayış komplekslərində insanlar tanış da deyillər. Kimdənsə pul istəmək çətin məsələdir. Hətta bilərəkdən ödəniş etməyənlər olur.


Mənzil Tikinti Kooperativləri (MTK) də düzgün işləmir. Öz tanıdıqları adamları mənzil satırlarsa, əlbəttə, onlardan kommunal xidmət haqqı almayacaqlar. Nəticədə digər qonşuların ödənişləri çoxalır”.

Qanunvericilikdəki prosedurların ağırlığına toxunan millət vəkili alternativ model təklif edir:

“Komitədə təklif verəcəm. Kommunal xidmət ödənişlərinin yığılması və xidmətin göstərilməsi üçün vahid publik hüquqi şəxs yaradılması məqsədəmüvafiqdir. Belə olan halda inzibati məsuliyyət vətəndaşı məcbur edəcək ki, vaxtında ödəniş etsin”.

Rövşən Muradov köhnə binaların idarəçiliyi və bələdiyyə institutunun zəifliyi barədə də faktları xatırladıb:

“O ki qaldı sovet dövründə inşa edilmiş binalara, onlara hələ Mənzil Kommunal İstismar idarələri baxır. İdarənin yığdığı vəsaitə nəzarət mexanizmi isə yoxdur. Ümumiyyətlə “JEK” adlandırılan qurumlar 2009-cu ildən ləğv edilib. Az sayda qalanlar hansısa kabinetlərin xətti ilə mövcuddur. Qanunvericilklə yaşayış zonalarında bəzi xidmətlər – binaların fasadının təmiri, təmizlik kimi işlər bələdiyyə orqanlarının vəzifə borcuna aiddir”, - deputat deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin seçki günü Ukraynanı vurmayacağına söz verir

Putin seçki günü Ukraynanı vurmayacağına söz verir

"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in detalları AÇIQLANDI

"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in detalları AÇIQLANDI

Telefonların enerjisi gecə niyə azalır?

Telefonların enerjisi gecə niyə azalır?

İrəvanla qardaşlaşma, Bakıya qarşı qarayaxma - Türkiyədə nə baş verir?

İrəvanla qardaşlaşma, Bakıya qarşı qarayaxma - Türkiyədə nə baş verir?

Gəlin toydan iki gün sonra ərini və onun valideynlərini siçan dərmanı ilə ZƏHƏRLƏDİ

Gəlin toydan iki gün sonra ərini və onun valideynlərini siçan dərmanı ilə ZƏHƏRLƏDİ

Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir” – FOTO

Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir” – FOTO

Yemək zamanı dinlədiyiniz musiqi qida seçiminizə təsir edə bilər

Yemək zamanı dinlədiyiniz musiqi qida seçiminizə təsir edə bilər

100 əcnəbi tələbə Azərbaycanda təhsil qrantına layiq görülüb

100 əcnəbi tələbə Azərbaycanda təhsil qrantına layiq görülüb

Laos Prezidenti Azərbaycana gəldi – FOTO

Laos Prezidenti Azərbaycana gəldi – FOTO

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqlədi

Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqlədi

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı – FOTO

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı – FOTO

Altı il öncə bu gün – 12 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 12 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Məşhur türk aktyor vəfat etdi – FOTO

Məşhur türk aktyor vəfat etdi – FOTO

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol TƏSDİQLƏNDİ

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol TƏSDİQLƏNDİ

İordaniyaya vizasız getmək MÜMKÜN OLACAQ

İordaniyaya vizasız getmək MÜMKÜN OLACAQ

Bu şəxslərə Prezident təqaüdü veriləcək – ADLAR

Bu şəxslərə Prezident təqaüdü veriləcək – ADLAR

Parisin ən qədim bazarı yanıb kül oldu – VİDEO

Parisin ən qədim bazarı yanıb kül oldu – VİDEO

Zelenski Trampın gözlənilməz bəyanatından sonra təşəbbüsü ələ alır - BBC

Zelenski Trampın gözlənilməz bəyanatından sonra təşəbbüsü ələ alır - BBC

Arda Turan Türkiyə millisinin baş məşqçisi TƏYİN OLUNACAQ?

Arda Turan Türkiyə millisinin baş məşqçisi TƏYİN OLUNACAQ?

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Küçə itləri İranın Gürcüstandakı səfirinə hücum etdilər – AYAĞI SINDI

Küçə itləri İranın Gürcüstandakı səfirinə hücum etdilər – AYAĞI SINDI

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

End of content

No more pages to load

RADİO