Azərbaycanda qadın məsələləri ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkədə qadın məşğulluğu, qadın problemləri ilə məşğul olan 153 QHT fəaliyyət göstərir.
Qeyd edək ki, ötən ay Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib.
Sənədə əsasən, gender bərabərliyinin təbliği və təşviqi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının ictimai iştirakçılığının artırılması ilə bağlı təhlillər aparılması, təkliflər hazırlanması və gender bərabərliyinin təbliği və təşviqi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının ictimai iştirakçılığının artırılması planlaşdırılır.
Günay Şahmar, Bizim.Medi