Bu il daşınmaz əmlak bazarında qiymətlər necə olacaq?

Azərbaycanda son dövrlərdə, xüsusən paytaxt Bakı və iri şəhərlərdə daşınmaz əmlak qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bu yüksəliş şəhər infrastrukturunun inkişafı, yüksək tələbin olması və xarici sərmayələrin artması ilə əlaqədardır.

Qiymət artımı xüsusilə mənzil və torpaq sahələrində müşahidə olunur və bu, yerli sakinlər üçün mənzil almağı çətinləşdirir. Eyni zamanda əmlak bazarına olan maraq həm yerli, həm də xarici investorları cəlb edir. Lakin qiymət artımının sosial təsirlərini azaltmaq üçün əlavə tədbirlərin görülməsi vacibdir.

Bu il daşınmaz əmlak bazarında qiymət artımı aktuallığını qoruyacaqmı?

Bizim.Media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, 2026-cı ildə də daşınmaz əmlak qiymətlərində artımı müşahidə edəcəyik.

Bunun əsas səbəbi ondan ibarətdir ki, tikintiyə çəkilən xərclər durmadan artır:

“Həm manatın alıcılıq qabiliyyətindəki fərqlər, həm də işçi qüvvəsinin əməkhaqqı artımı və yanacaq qiymətlərinin yüksəlməsi tikinti xərclərinin artmasına səbəb olacaq. Bu isə daşınmaz əmlakın hazırda qızıla bərabər olan yeganə investisiya vasitəsi kimi daha da cazibədar hala gəlməsinə gətirib çıxarır. Həm biznesmenlər, həm də adi vətəndaşlar daşınmaz əmlakı ən əlverişli yatırım sahəsi kimi qəbul edirlər. Daşınmaz əmlak illik olaraq dəyərini artırır və eyni zamanda gəlir gətirən potensiala malikdir”.

V. Oruc torpaq sahələrinin, bağ evlərinin və qeyri-yaşayış obyektlərinin qiymətlərinin dəyişməsi məsələsinə də toxunub:

“Torpaq sahələri daim azalır. Üzərində tikinti aparılması və əhali sayının artması torpaq sahələrinin daha da azalmasına səbəb olur. Bu isə torpağa olan tələbatın artması ilə qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Xəzər dənizinə yaxın ərazilərdəki evlərin qiymətində artım müşahidə ediləcək. İcarə bazarında müəyyən bir durğunluq yaranarsa və müştərilərin sayında azalma baş verərsə, qeyri-yaşayış obyektlərinin satış qiymətləri bu il stabilləşməyə meyilli olacaq”.

O qeyd edib ki, Bakı şəhərinin Baş Planı 2040-a əsasən, şəhərin tarixi mənzərəsini saxlamaq şərtilə müasirləşmə istiqamətində layihələrin həyata keçirilməsi məqsədilə bir çox köhnə binaların sökülməsi, yeni parkların salınması, ümumilikdə tikinti işlərinin aparılmasına səbəb olacaq:
 

“Tikintinin maya dəyərinin artması nəzərə alındıqda, mənzil bazarında qiymət artımının baş verəcəyi aydın görünür. Köhnə mənzil bazarında isə qiymətlər daha az və fasiləli dinamika ilə arta bilər. Ümumilikdə, daşınmaz əmlak bazarındakı qiymət artımını faiz olaraq proqnozlaşdırmaq çətindir, çünki bu, bir sıra faktorlardan, o cümlədən makro-iqtisadi göstəricilərin təzahüründən, dünya bazarında neftin qiymətindən, ölkə iqtisadiyyatının inkişaf səviyyəsindən, qarşıdakı maliyyə problemlərindən və onların həlli yollarından, bankların kredit vermə imkanlarından və vətəndaşların iqtisadi fəallığından asılıdır. Bu faktorların hamısı daşınmaz əmlakın qiymətinə təsir göstərə bilər”.


Onun sözlərinə görə, 2025-ci ilin sonunda daşınmaz əmlak bazarında aktivlik müşahidə olunub.

“Vətəndaşlar 2025-ci ildə əldə etdikləri kapital yığımını əsasən ilin sonunda daşınmaz əmlaka yönəldiblər. 2026-cı ildə maliyyə alətləri yenilənmədikdə, yəni fond birjaları aktivləşmədikdə və ya səhm bazarı formalaşmadıqda, insanlar üçün alternativ investisiya istiqamətləri təklif olunmadıqda, daşınmaz əmlak qiymətində azalmanın ehtimalı sıfıra yaxın olacaq”, - deyə o əlavə edib. (Mənbə: Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Ağsuda iki evdə yanğın oldu

Ağsuda iki evdə yanğın oldu

61 yaşlı qadın zəhərlənərək öldü

61 yaşlı qadın zəhərlənərək öldü

Sumqayıtda tonqalda xəsarət alanların kimliyi AÇIQLANDI - SİYAHI/VİDEO

Sumqayıtda tonqalda xəsarət alanların kimliyi AÇIQLANDI - SİYAHI/VİDEO

Həkim dərmansız iki həftəyə yuxunu necə yaxşılaşdırmağın yolunu açıqladı

Həkim dərmansız iki həftəyə yuxunu necə yaxşılaşdırmağın yolunu açıqladı

Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb

Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb

İran Trampın 48 saatlıq ultimatumuna CAVAB VERDİ

İran Trampın 48 saatlıq ultimatumuna CAVAB VERDİ

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Ərəb monarxiyaları İranla müharibəni seçir

Ərəb monarxiyaları İranla müharibəni seçir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Tramp: “İran artıq razılaşma istəyir”

Tramp: “İran artıq razılaşma istəyir”

End of content

No more pages to load

RADİO