Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 9-da ümumi çəkisi 31 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 25,9 kiloqrama yaxın marixuana, 1,4 kiloqramdan artıq psixotrop maddə metamfetamin, 2,2 kiloqramdan artıq həşiş və yarım kiloqrama yaxın tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bizim.Media