Şaxtalı hava şəraitinə baxmayaraq Qusar rayonu ərazisində polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, yollarda təhlükəsizlik təmin olunur, zərurət yarandıqda sürücülərə və piyadalara operativ kömək göstərilir.
Köməyə ehtiyacı olan hər kəs polis naryadlarının diqqət mərkəzindədir.
Bizim.Media