''Azəriqaz'' çilingərin iddialarına cavab verdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin mərkəzi rayonlar üzrə texniki istismar xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşəsində çalışan Əhməd Fazil oğlu Rəhmanovun mətbuat səhifələrində yayılan iddialarının heç bir qanuni əsası yoxdur.

“Azəriqaz”dan Bizim.Media-ya verilən məlumata görə, Ə.Rəhmanov qeyd edir ki, partlayış xarakterli işlərə görə ona əlavə ödənişlər verilməlidir:

“Lakin bildiririk ki, əmək şəraiti təhlükəli, zərərli olan və ağır işlərlə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 64, 67 və 222-ci maddələrinə və Nazirlər Kabinetinin 38 nömrəli “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarına əsasən tənzimlənir.

Belə ki, respublika ərazisində yerləşən müəssisə və təşkilatlarda mövcud olan bütün iş yerləri 5 ildə bir dəfədən az olmayaraq attestasiyadan keçirilməlidir.

Bu qanunvericiliyə əsaslanaraq SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının aparılması qrafikinə uyğun olaraq Ə.Rəhmanovun işlədiyi Departamentdə də istehsalat amillərinin zərərli parametrlərinin səviyyəsinin müəyyən edilməsinə dair attestasiya keçirilib və onun çalışdığı peşə zərərli iş yeri kimi müəyyən edilməyib”.

“Azəriqaz” həmçinin bildirir ki, Rəhmanov Əhməd Fazil oğluna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2-ci dərəcəli əlillik və əmək qabiliyyətsizliyi barədə sənəd verilib:

“Bu halda əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməsin.

Ona görə də Ə.Rəhmanovun növbəli işdə çalışmaq istəyinə rəy verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunub. Cavab isə belədir:

''Ağır fiziki işlər, fiziki və əsəb gərginliyi ilə müşayət olunan işlər, həmçinin uzun müddət ayaqüstə dayanma və aktiv yerimə tələb olunan işlər əks göstərişdir, yüngül işlərdə işləyə bilər''.

''Bundan irəli gələrək haqqında danışılan şəxslə dekabrın 15-də görüşülərək “yüngül iş” kimi Birliyin idarəetmə aparatında vakant olan 6-cı dərəcəli Təmirçi-çilingər peşəsi təklif olunub, lakin o, bundan imtina edib''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kolumbiyada TERROR: 14 ölü, 20-dən çox yaralı var - VİDEO

Kolumbiyada TERROR: 14 ölü, 20-dən çox yaralı var - VİDEO

Festival zamanı attraksionda qəza: 4 nəfər xəsarət aldı - VİDEO

Festival zamanı attraksionda qəza: 4 nəfər xəsarət aldı - VİDEO

ABŞ-da atəş açan şəxs: Tramp administrasiyasının rəsmilərini hədəf almışdım - VİDEO

ABŞ-da atəş açan şəxs: Tramp administrasiyasının rəsmilərini hədəf almışdım - VİDEO

Sevastopola zərbə endirildi: 51 yaşayış evi zədələndi - 1 ölü, 4 yaralı var

Sevastopola zərbə endirildi: 51 yaşayış evi zədələndi - 1 ölü, 4 yaralı var

Minik avtomobili "Qazel”ə çırpıldı - ÖLƏN VAR

Minik avtomobili "Qazel”ə çırpıldı - ÖLƏN VAR

Avropa çempionatı: Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər

Avropa çempionatı: Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər

Rusiyanın 4 hava limanı fəaliyyətini DAYANDIRDI

Rusiyanın 4 hava limanı fəaliyyətini DAYANDIRDI

Bakıda ağır qəza: Yaralılar var - VİDEO

Bakıda ağır qəza: Yaralılar var - VİDEO

"Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək

"Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək

Tramp: “Melaniya məndən cəld tərpəndi”

Tramp: “Melaniya məndən cəld tərpəndi”

Zaur Kamal "Qayıdırıq" dedi, telekanal isə...

Zaur Kamal "Qayıdırıq" dedi, telekanal isə...

Tramp: “ABŞ administrasiyasından heç kim atışma zamanı xəsarət almayıb"

Tramp: “ABŞ administrasiyasından heç kim atışma zamanı xəsarət almayıb"

Türk futbolçunun komandası Asiya Çempionlar Liqasının qalibi oldu - VİDEO

Türk futbolçunun komandası Asiya Çempionlar Liqasının qalibi oldu - VİDEO

Çernobıl faciəsindən 40 il keçir

Çernobıl faciəsindən 40 il keçir

Gəncədə çay evində dava: 2 gənc bıçaqlandı

Gəncədə çay evində dava: 2 gənc bıçaqlandı

37 İran gəmisi saxlanıldı - Milyardlarla dollar dəyərində məhsul daşıyırmış

37 İran gəmisi saxlanıldı - Milyardlarla dollar dəyərində məhsul daşıyırmış

Ukrayna Voloqda vilayətində sulfat turşusu boru kəmərinə zərbə endirdi: 5 yaralı var

Ukrayna Voloqda vilayətində sulfat turşusu boru kəmərinə zərbə endirdi: 5 yaralı var

Tramp “Hilton” otelində atəş açan şəxsin FOTOSUNU yaydı

Tramp “Hilton” otelində atəş açan şəxsin FOTOSUNU yaydı

Sevastopola dron hücumu: Ölən və yaralananlar var

Sevastopola dron hücumu: Ölən və yaralananlar var

Tramp: “İnsident törədən şəxs bir neçə silahla silahlanıbmış”

Tramp: “İnsident törədən şəxs bir neçə silahla silahlanıbmış”

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

Tramp rəsmi şam yeməyindən təxliyə olundu: Oteldə atəş açan şəxs saxlanıldı - VİDEO

Tramp rəsmi şam yeməyindən təxliyə olundu: Oteldə atəş açan şəxs saxlanıldı - VİDEO

Aliment alanlara ünvanlı sosial yardım DÜŞÜR?

Aliment alanlara ünvanlı sosial yardım DÜŞÜR?

Cəmi 4 TARİX: bu günlərdə DAHİLƏR doğulur

Cəmi 4 TARİX: bu günlərdə DAHİLƏR doğulur

End of content

No more pages to load

RADİO