Orta Dəhlizin rolu güclənir: Azərbaycanın sədrliyi ilə yaradılan beynəlxalq təşkilat fəaliyyətə başladı – FOTO

25 noyabr tarixində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi Yığıncağının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın sədrliyi ilə təşkil olunan iclasda Assosiasiya üzvü olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarının rəhbər heyəti iştirak edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov məlumat verib ki, mənzil-qərargahı Bakıda yerləşən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qeydiyyatı ilə bağlı hüquqi proses başa çatıb və Assosiasiya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə uğurla qeydiyyatdan keçib.

ADY sədri Çindən Avropaya və əks istiqamətə yükdaşımalarda artımın müşahidə edildiyi bir vaxtda marşrutların şaxələndirilməsinə ehtiyac yarandığını bildirib və bu məqsədlə Avrasiya Nəqliyyat Marşrutunun fəaliyyətinin tam təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Orta Dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir. Artıq bu aydan Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara başlanılıb.

Bildirilib ki, Özbəkistan–Qırğızıstan–Çin dəmir yolunun inşası da Avrasiya Nəqliyyat Marşrutunun rolunu artıracaq. Həmçinin bu Marşrut Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqə yaratmaqla Əfqanıstan və Pakistan üçün yeni imkanlar açacaq.

ADY sədri Orta Dəhlizin cənub qanadının inkişafının Azərbaycana Mərkəzi Asiya ilə Avropa arasında əsas körpü olmağa və ölkə ərazisindən tranzit həcmlərini artırmağa şərait yaradacağını, eyni zamanda, Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu kimi mühüm infrastrukturdan maksimum istifadə olunacağını, Zəngəzur dəhlizinin isə bu imkanları daha da genişləndirəcəyini deyib.

Tədbirdə Assosiasiyanın fəaliyyətə başlaması üzrə zəruri tədbirlər müzakirə edilib. Müzakirələrdən sonra gündəlikdə dayanan məsələlər – Assosiasiyanın korporativ strukturunun, Katibliyinin və işçi orqanlarının strukturu, Assosiasiyanın fəaliyyətinin təşkilinə dair planlaşdırılan tədbirlər və digər məsələlər təsdiqlənib.

Həmçinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı üzrə komitə və dispetçerləşdirmə, infrastrukturun inkişafı, kommersiya, rəqəmsallaşma, marketinq, kommunikasiya və hüquqi məsələlər üzrə xüsusi işçi qruplarının əsasnamələrinin və 2026-cı il üçün ətraflı marketinq planı layihələrinin hazırlanması, razılaşdırılmış layihələrin növbəti ümumi yığıncağın müzakirəsinə təqdim edilməsi qərara alınıb.
 

Müəyyən edilib ki, Beynəlxalq Assosiasiyanın fəaliyyətinin təşkili üzrə bir sıra tədbirlər həyata keçirilməli, o cümlədən Avrasiya Nəqliyyat Marşrutu üzrə intermodal daşımalarda mövcud vəziyyət təhlil edilməli, Marşrutun diaqnostikasının aparılması məqsədilə darboğazlar aşkar edilməli və aradan qaldırılmalı, daşımaların idarə olunması üçün İT həllər və rəqəmsal platformalar tətbiq olunmalı, Avrasiya Nəqliyyat Marşrutu üzrə məhdudiyyətlərin və darboğazların aradan qaldırılması üçün plan-qrafik, resurslar və prioritetlər müəyyənləşdirilməli, marşrutun inkişafı təmin edilməlidir.


Bundan başqa, Assosiasiya ilə Avrasiya regionunun maraqlı tərəfləri (o cümlədən Mərkəzi Avropa ölkələri, Çin, Pakistan) və beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin qurulması, Marşrutun Avrasiya intermodal nəqliyyat xidmətləri bazarında tanıdılması və mövqelərinin möhkəmləndirilməsi məqsədilə onun təşviqi üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
 

Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb. Assosiasiyanın yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.


Assosiasiyaya Azərbaycanın sədrlik etməsi ADY-nin regionun əsas operatorlarından biri kimi mövqeyini gücləndirir, Azərbaycanı Orta Dəhlizin cənub qolunun bütün marşrutu boyunca tranzitin təşkili üzrə əsas qərarların qəbul edildiyi strateji dispetçer mərkəzinə çevirir. Bu, şirkətə tarif siyasətinin formalaşdırılmasına, logistika prosedurlarının standartlaşdırılmasına və daşımaların koordinasiyası üçün rəqəmsal platformaların inkişafına təsir göstərmək imkanı verir, həmçinin dəmir yolu layihələrinə beynəlxalq sərmayələr cəlb etməyə şərait yaradır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabit Rəhmanın ev-muzeyinin yubiley tədbiri keçirilib - FOTOLAR

Sabit Rəhmanın ev-muzeyinin yubiley tədbiri keçirilib - FOTOLAR

İlham Əliyev: “Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır”

İlham Əliyev: “Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır”

“Fənərbağça” Tovuza nə vaxt gələcək?

“Fənərbağça” Tovuza nə vaxt gələcək?

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər - VİDEO

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər - VİDEO

Bir işarəsi ilə bütün komandanı susdurdu! – VİDEO

Bir işarəsi ilə bütün komandanı susdurdu! – VİDEO

Prezident Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşdü - FOTO

Prezident Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşdü - FOTO

İranda matəm ELAN EDİLDİ

İranda matəm ELAN EDİLDİ

Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi

Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi

Azərbaycan və Bolqarıstan hərbi polisləri birgə təlimlərə hazırlaşır - FOTO

Azərbaycan və Bolqarıstan hərbi polisləri birgə təlimlərə hazırlaşır - FOTO

"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" – VİDEO

"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" – VİDEO

Azərbaycanda 45 nəfərə PULSUZ MƏNZİL veriləcək

Azərbaycanda 45 nəfərə PULSUZ MƏNZİL veriləcək

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Fərid Əhmədov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Fərid Əhmədov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Prezident İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüşdü - FOTO/VİDEO

Prezident İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüşdü - FOTO/VİDEO

Xalqın etimadı, dünyanın hörməti: Prezident İlham Əliyev

Xalqın etimadı, dünyanın hörməti: Prezident İlham Əliyev

Oğuzda sel həyəcanı: Bu kəndin sakinləri təhlükədədir - FOTO

Oğuzda sel həyəcanı: Bu kəndin sakinləri təhlükədədir - FOTO

Türkiyənin hərbi heyəti Azərbaycanda səfərdədir - FOTO

Türkiyənin hərbi heyəti Azərbaycanda səfərdədir - FOTO

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

Sevgilisi ilə Tbilisiyə getdi, xalası oğlu tərəfindən öldürüldü – Azərbaycanlı qızın qətlinin TƏFƏRRÜATI

Sevgilisi ilə Tbilisiyə getdi, xalası oğlu tərəfindən öldürüldü – Azərbaycanlı qızın qətlinin TƏFƏRRÜATI

Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği AÇIQLANDI

Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği AÇIQLANDI

Zeynəb Sönməz “Uimbldon”la VİDALAŞDI

Zeynəb Sönməz “Uimbldon”la VİDALAŞDI

Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR

Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR

End of content

No more pages to load

RADİO