D-8 Media Forumunda Bakı Bəyannaməsi QƏBUL OLUNDU

Bakıda keçirilən “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.

Bizim.Media bəyannamənin mətnini təqdim edir.

“Biz - İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvlərinin - Azərbaycan Respublikasının, Banqladeş Xalq Respublikasının, Misir Ərəb Respublikasının, İndoneziya Respublikasının, İran İslam Respublikasının, Malayziyanın, Nigeriya Federativ Respublikasının, Pakistan İslam Respublikasının və Türkiyə Respublikasının hökumətləri və media nümayəndələri 2025-ci il noyabrın 21-də “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən birinci D-8 Media Forumu üçün
Azərbaycanın Bakı şəhərində görüşdük.

Biz D-8-in gücləndirilməsinə, onun daha dinamik, nüfuzlu iqtisadi blok kimi inkişaf etdirməyə yönəlmiş liderliyinə və dəyərli töhfələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Biz, həmçinin D-8-in bütün üzv dövlətlərinin, xüsusilə informasiya nazirliklərinin, milli media orqanlarının və media agentliklərinin Forumun işinə verdikləri fəal və dəyərli töhfələri yüksək qiymətləndiririk.

D-8-in prinsiplərini bir daha təsdiqləyərək və inkişaf edən qlobal media mühitində daha fəal əməkdaşlığın getdikcə artan əhəmiyyətini anlayaraq, aşağıdakıları bəyan edirik:

Qarşılıqlı anlaşmanı, regional həmrəyliyi və ortaq inkişaf məqsədlərini təşviq etmək üçün D-8-in üzv dövlətləri arasında media sahəsində əməkdaşlığı gücləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.

D-8 Media Forumunun inklüzivliyi və ortaq məsuliyyəti təmin etmək üçün D-8 üzv dövlətləri tərəfindən təşkil olunan bir platforma kimi institutlaşdırılması təklifini qəbul edirik.

Bütün üzv dövlətlərin fəal iştirakı ilə təlim, tədqiqat, innovasiya, rəqəmsal bacarıqların inkişafı və əlaqələndirilmiş kommunikasiya təşəbbüsləri üçün Azərbaycan tərəfindən təşkil olunacaq D-8 Media Mükəmməlliyi Mərkəzinin ən tez zamanda fəaliyyətə başlamasına çağırış edirik.

D-8-in üzv dövlətlərdə institusional və insan resursları imkanlarını gücləndirmək üçün D-8 Media Mükəmməlliyi Mərkəzi vasitəsilə strukturlaşdırılmış potensialın artırılması proqramları, seminarlar və peşəkar mübadilələrin inkişaf etdirilməsi.

İnformasiya mübadiləsini möhkəmləndirmək, strategiyaları uyğunlaşdırmaq və birgə məzmunla bağlı təşəbbüsləri dəstəkləmək üçün milli media orqanları, xəbər agentlikləri və ictimai yayımçılar arasında əməkdaşlığın gücləndirilməsi.

Proqram mübadiləsi, birgə istehsal, həmçinin mədəniyyət və təhsil sahəsi ilə bağlı məzmunun paylaşılmasını asanlaşdırmaq üçün D-8 Ölkələrinin Yayım Assosiasiyasının yaradılması təşəbbüsünün nəzərə alınması.

D-8-in birgə istehsal və ölkələrarası məlumatların yayılması üçün D-8 rəqəmsal platformaların yaradılmasının təşviq edilməsi və bununla da qlobal miqyasda D-8-lə bağlı məlumatların ictimaiyyətə çatdırılmasının təmin olunması.

Paylaşılan fakt yoxlama mexanizmləri, ortaq yoxlama vasitələri və sürətli kommunikasiya kanalları vasitəsilə yanlış məlumatlandırma, dezinformasiya və nifrət nitqinə qarşı mübarizə aparmaq məqsədilə əlaqələndirilmiş səylərin təşviqi.

Zərərli rəqəmsal məzmuna və qarşıya çıxan risklərə qarşı kollektiv dayanıqlığın təmin edilməsi üçün beynəlxalq media təşkilatları, tədqiqat qurumları və qlobal kommunikasiya şəbəkələri ilə tərəfdaşlığın gücləndirilməsi.

Jurnalistikanın etik standartlarının təmin olunması və bütün media formatlarında peşəkarlığı, məsuliyyəti və dəqiqliyi özündə ehtiva edən vahid D-8 davranış kodeksinin hazırlanmasının dəstəklənməsi.

Üzv dövlətlərdə rəqəmsal baxımdan məlumatlı vətəndaşlığı və daha təhlükəsiz onlayn mühiti təşviq etmək məqsədilə xüsusilə gənclər və müəllimlər üçün media savadlılığı təşəbbüslərinin inkişaf etdirilməsi.

Media texnologiyalarında məsuliyyətli innovasiyanı, həmçinin məzmun yaradılması, yoxlanılması və idarə olunmasında süni intellektdən şəffaf və etik istifadənin təmin edilməsinin dəstəklənməsi.

Jurnalistika institutları və məktəbləri arasında əməkdaşlığın gücləndirilməsi, təqaüdlərin, akademik mübadilələrin və jurnalistlər üçün peşəkar inkişafın təşviq edilməsi.

D-8 Media Mükəmməlliyi Mərkəzinin Azərbaycandakı rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazır olduğumuzu bildirir və onun səmərəli fəaliyyətini dəstəkləmək, ortaq prioritetlərin həyata keçirilməsinə dəstək vermək və D-8-in bütün üzv dövlətlərində media sahəsində əməkdaşlığın gücləndirilməsini inkişaf etdirmək üçün kollektiv öhdəliyimizi bir daha vurğulayırıq.

Biz inanırıq ki, bu Bəyannamənin səmərəli şəkildə həyata keçirilməsi daha sıx qarşılıqlı əlaqəli, məlumatlandırılmış və davamlı D-8 media məkanına töhfə verəcək, bu da ölkələrimiz arasında sülhü, inkişafı və qarşılıqlı anlaşmanı dəstəkləyəcək.

İlk dəfə təşkil olunan D-8 Media Forumunun uğurla keçirilməsi üçün yüksək səviyyədə həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə minnətdarlığımızı bildiririk.

Bəyannamə 2025-ci il noyabrın 21-də Azərbaycan Respublikasının Bakı şəhərində qəbul edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

“Dedim ki, “biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”

“Dedim ki, “biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

Hakan Fidan Bakıda Sergey Lavrovla görüşdü

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

İlham Əliyev: “Separatçıların liderlərinin məhkəməsi Nürnberq tribunalının analoqu idi”

Makaronun süzdükdən sonra suyunu tökməyin

Makaronun süzdükdən sonra suyunu tökməyin

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti

Baş nazir ev işlərindən şikayətləndi

Baş nazir ev işlərindən şikayətləndi

İcbari sığorta haqları artırılacaq?

İcbari sığorta haqları artırılacaq?

Siçan üçün qoyduqları tələyə ilan düşdü – VİDEO

Siçan üçün qoyduqları tələyə ilan düşdü – VİDEO

Azərbaycanda gənclər daha gec evlənir - Orta nikah yaşı AÇIQLANDI

Azərbaycanda gənclər daha gec evlənir - Orta nikah yaşı AÇIQLANDI

MN-in bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoydu - MƏHKƏMƏ

MN-in bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoydu - MƏHKƏMƏ

İsxak Hersoq: “İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib”

İsxak Hersoq: “İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib”

Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO

Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlandı – VİDEO

Liderlərin AQEM zirvəsindən öncə səmimi söhbəti – VİDEO

Liderlərin AQEM zirvəsindən öncə səmimi söhbəti – VİDEO

Son dövrlər Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

Son dövrlər Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

İrəvandakı COP17 konfransında Azərbaycan iştirak edəcəkmi? – Paşinyandan açıqlama

İrəvandakı COP17 konfransında Azərbaycan iştirak edəcəkmi? – Paşinyandan açıqlama

Ölkəmizdə bir ildə 12 minə yaxın nikahdankənar uşaq DOĞULUB

Ölkəmizdə bir ildə 12 minə yaxın nikahdankənar uşaq DOĞULUB

Emoməli Rəhmon Azərbaycana təşəkkür etdi

Emoməli Rəhmon Azərbaycana təşəkkür etdi

Şavkat Mirziyoyevdən SÜLH ÇAĞIRIŞI

Şavkat Mirziyoyevdən SÜLH ÇAĞIRIŞI

Sabah hava çiskinli olacaq

Sabah hava çiskinli olacaq

Navai barəsində HƏBS QƏRARI verildi

Navai barəsində HƏBS QƏRARI verildi

Kəndlərdə, yoxsa şəhərlərdə doğulan uşaqların sayı DAHA ÇOXDUR?

Kəndlərdə, yoxsa şəhərlərdə doğulan uşaqların sayı DAHA ÇOXDUR?

Tokayev: “BTC ilə Qazaxıstan neftinin tədarükü artırılacaq”

Tokayev: “BTC ilə Qazaxıstan neftinin tədarükü artırılacaq”

"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

End of content

No more pages to load

RADİO