Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı oldu - FOTO

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Əvvəlcə Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanışlıq keçirilib.

Bildirilib ki, 3 min 600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir.
 

Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edir.


Müəssisədə ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir.

Mərkəzin Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də ölkənin müxtəlif tibb müəssisələrindən reanimasiyadan sonra reabilitasiyaya ehtiyacı olan vətəndaşların stasionar müalicəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Bundan əlavə, mərkəzdə bir sıra sahələr üzrə robotik və klassik reabilitasiya xidmətləri təqdim olunur. Nevrologiya istiqamətində insult, beyin və onurğa beyni zədələnmələri, həmçinin sinir sistemi xəstəliklərindən sonra bərpa prosesi aparılacaq.

Ortopedik reabilitasiya çərçivəsində travmalardan və ortopedik əməliyyatlardan sonra hərəkətin bərpası təmin ediləcək.

Pediatrik və neonatoloji reabilitasiya uşaqlarda hərəkət, inkişaf və koordinasiya pozuntularının erkən korreksiyasına yönəlib. İdmanda reabilitasiya xidməti idman zədələrindən sonra funksional hazırlığın və performansın bərpasını hədəfləyir.
 

Əl reabilitasiyası sahəsində əl cərrahiyyəsi və yuxarı ətrafların motor funksiyalarının inkişafı, eləcə də incə hərəkətlərin bərpası həyata keçiriləcək. Kardiopulmonar reabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonra fiziki dözümlülüyün artırılmasına xidmət edir. Geriatrik reabilitasiya isə yaşlı pasiyentlərdə hərəkət imkanlarının genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.


Onkoloji reabilitasiya onkoloji müalicələrdən sonra fiziki və psixoloji adaptasiyanın təmin edilməsini əhatə edir. Bundan əlavə, ginekoloji və androloji reabilitasiya kiçik çanaq disfunksiyalarında, kiçik çanaq əzələlərinin funksional bərpası, gücünün və elastikliyinin artırılması məqsədilə tətbiq olunan hədəfli fizioterapevtik yanaşma ilə həyata keçiriləcək. Onurğa sağlamlığı xidmətləri onurğa sütunu problemlərinin qarşısının alınmasına və müalicəsinə istiqamətlənib.

Reanimasiya və intensiv terapiyada reabilitasiya ağır vəziyyətdən çıxmış pasiyentlərin erkən mərhələdə bərpasını təmin edir və hədəf Azərbaycandakı böyük dövlət xəstəxanalarında reanimasiya şəraitində reabilitasiya xidmətlərinin gücləndirilməsidir.

Yeni Robotik Reabilitasiya Mərkəzi dünyada həm robotik, həm də klassik reabilitasiya sahəsində lider mövqeyini möhkəmləndirməyi, elmi və texnoloji yenilikləri reabilitasiya proseslərinə inteqrasiya edərək Azərbaycanı innovativ reabilitasiya mərkəzinə çevirməyi hədəfləyir.

Həmin istiqamətdə beynəlxalq akkreditasiyalar üçün rəsmi danışıqlara artıq başlanılıb.

Mərkəzin üstünlüklərinə dünya səviyyəli robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, balans və koordinasiya ölçmə texnologiyaları, süni intellekt əsaslı qiymətləndirmə və fərdiləşdirilmiş reabilitasiya alqoritmləri, fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər, psixoloqlar və ergoterapevtlərdən ibarət multidisiplinar komanda, eləcə də beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlıq imkanları daxildir. Bütün bu xüsusiyyətləri ilə mərkəz Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan, həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edən qabaqcıl bir qurum kimi fəaliyyətə başlayır.

Yeni Robotik Reabilitasiya Mərkəzinin noyabrın 20-dən etibarən fəaliyyətə başlayacağı diqqətə çatdırılıb.

Daha sonra Sümük İliyi Transplantasiyası Mərkəzinə baxış keçirilib. Qeyd olunub ki, mərkəz müasir tələblərə cavab verən yüksək ixtisaslaşmış tibbi mərkəz kimi formalaşdırılıb. Şöbənin hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətləri tətbiq edən, geniş təcrübəyə malik multidisiplinar komanda tərəfindən idarə olunması planlaşdırılır.
 

Tibbi xidmətlər çərçivəsində qeyd olunan diaqnozlarla müalicə alan pasiyentlər üçün həm allogen, həm də autogen sümük iliyi transplantasiyasının həyata keçirilməsi nəzərdə tutulur.


Mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək. Həm autogen, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksəksəviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq.

Transplantasiya blokları müasir sterilizasiya standartlarına cavab verən HEPA filtrasiyalı hava axını, tam izolyasiya rejimi və yüksəksəviyyəli infeksion nəzarət sistemi ilə təchiz edilib.
 

Mərkəzin əsas məqsədi pasiyentlərə təhlükəsiz, effektiv və yüksəkkeyfiyyətli müalicə təqdim etmək, elmi yenilikləri praktikaya gətirmək və ölkədə sümük iliyi transplantasiyası xidmətlərinin əlçatanlığını artırmaqdır.


Yeni yaradılmış mərkəz ilə tibb müəssisəsi hemato-onkoloji xəstəliklərin müalicəsində daha geniş imkanlar yaradacaq və müasir tibb standartlarının tətbiqində nümunəvi səhiyyə ocağı kimi fəaliyyət göstərməyə davam edəcək.














































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi

İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi

Yumurtanı rahat soymağın sirri

Yumurtanı rahat soymağın sirri

U -23 millimiz qələbə qazandı

U -23 millimiz qələbə qazandı

AQEM-in baş katibi İlham Əliyevə təşəkkür etdi

AQEM-in baş katibi İlham Əliyevə təşəkkür etdi

"Siz kimsiniz ki, Azərbaycana dil uzadırsınız?" - Türkiyəli baş redaktordan SƏRT AÇIQLAMA

"Siz kimsiniz ki, Azərbaycana dil uzadırsınız?" - Türkiyəli baş redaktordan SƏRT AÇIQLAMA

ADY-də ənənəvi qanvermə aksiyası keçirildi – FOTO

ADY-də ənənəvi qanvermə aksiyası keçirildi – FOTO

Xüsusi səfir təyin edildi

Xüsusi səfir təyin edildi

Qusarda çaqqal sakinlərə xəsarət yetirdi

Qusarda çaqqal sakinlərə xəsarət yetirdi

Türkiyədə prezident seçkisi BU TARİXDƏ keçiriləcək - Ərdoğan sonuncu dəfə namizəd olacaq

Türkiyədə prezident seçkisi BU TARİXDƏ keçiriləcək - Ərdoğan sonuncu dəfə namizəd olacaq

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər - FOTO

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər - FOTO

Hakan Fidan İlham Əliyevin qəbulunda - Nələr müzakirə olundu?

Hakan Fidan İlham Əliyevin qəbulunda - Nələr müzakirə olundu?

Prezident Qətər Əmiri ilə görüşdü – FOTO

Prezident Qətər Əmiri ilə görüşdü – FOTO

“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib – VİDEO

“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib – VİDEO

AQEM sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edildi

AQEM sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edildi

Lənkəranda toyuq kəsimi sexində nöqsanlar aşkarlandı – FOTO

Lənkəranda toyuq kəsimi sexində nöqsanlar aşkarlandı – FOTO

Metronun "20 Sentyabr" stansiyasında qatarlar necə hərəkət edəcək? – VİDEO

Metronun "20 Sentyabr" stansiyasında qatarlar necə hərəkət edəcək? – VİDEO

Özü həbs olunsa da, konsertinə bilet satışı davam edir

Özü həbs olunsa da, konsertinə bilet satışı davam edir

Altı il öncə bu gün – 15 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 15 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə namizədlər açıqlandı – ADLAR

Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə namizədlər açıqlandı – ADLAR

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdilər – FOTO

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdilər – FOTO

İranla müharibə Avropa İttifaqına 100 milyard avrodan çox ZƏRƏR VURUB

İranla müharibə Avropa İttifaqına 100 milyard avrodan çox ZƏRƏR VURUB

Səudiyyə Ərəbistanının aviaşirkətləri Ər-Riyaddan 100 təyyarəni təxliyə etdi

Səudiyyə Ərəbistanının aviaşirkətləri Ər-Riyaddan 100 təyyarəni təxliyə etdi

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar – FOTO

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar – FOTO

End of content

No more pages to load

RADİO