Təqsirləndirilən tiktoker "Beniz": "Bir ildə "TikTok"dan 306 min manat qazanmışam"

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın cinayət işı üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən tiktoker, prokuror Tural Yaqubovun cinayət işindəki hədə-qorxu ilə tələb etmə ilə bağlı bir necə epizod üzrə verdiyi sualları cavablandırıb.

"Beniz" cinayət işində zərərçəkən kimi tanınan Xalid Kərimovu şantaj edərək ondan külli miqdarda vəsait alması məsələsinə gəlincə vurğulayıb ki, bu hal heç vaxt baş verməyib:

"Xalid Kərimovla ailəli olmuşam. Bir halda ki, o şəxslə ailə kimi yaşamışam, onu necə şantaj edə bilərəm? Sumqayıtda evimi satıb, onun da köməkliyi ilə Bakıda ev almışıq. Avtomobilimi satmışam, Xalid də üstünə pul qoyub, yeni avtomobil almışam. Mənim hər bir şeyim olub. Bir il ərzində "TikTok"dan 306 min manat pul qazanmışam, ona görə də heç vaxt ondan pul tələb etməyə ehtiyacım olmayıb".

Xaricdə yaşayan bloqer Manaf Cəlilzadə ilə onun hər hansı bir əlaqəsinin olub-olmaması məsələsinə gəlincə isə Aybəniz Xəlilova belə cavab verib:

"Mən bu vətənə övlad yetişdirirəm. Üç ildən sonra onu əsgər yola salacağam. Heç vaxt elə bir nalayiq hərəkət etmərəm - onun kimi insanlarla hər hansı bir əlaqəyə keçmərəm. Milyonlarla izləyicim olan səhifəm var. Sadəcə, canlı açanda, o, dəfələrlə canlıya yazaraq "sənin arxanda duran həcini tapacağam" kimi ifadələr işlədirdi. Mən də onu bloka atmışam. Bildiyimə görə o, daha sonra Xalidə yazıb pul istəyirdi".

Vaxt məhdudiyyətindən epizodlar üzrə sualların cavablandırılması dekabrın 9-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə davam edəcək.
 

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.


Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ Rusiyaya görə Finlandiyaya 32 milyon avro AYIRDI

Aİ Rusiyaya görə Finlandiyaya 32 milyon avro AYIRDI

Prezident: “Bakını işğal edib çay içmək istəyənlər Azərbaycan çayını həbsxanada içirlər” – VİDEO

Prezident: “Bakını işğal edib çay içmək istəyənlər Azərbaycan çayını həbsxanada içirlər” – VİDEO

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Hazırda paytaxt yollarında VƏZİYYƏT

Hazırda paytaxt yollarında VƏZİYYƏT

Renka biznes qurur - VİDEO

Renka biznes qurur - VİDEO

Prezidentin sosial media hesablarında AQEM-in Zirvə Görüşü ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında AQEM-in Zirvə Görüşü ilə bağlı VİDEOÇARX

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

Naxçıvanda torpaqların təyinatının dəyişdirilməsi qaydası YENİLƏNDİ

Naxçıvanda torpaqların təyinatının dəyişdirilməsi qaydası YENİLƏNDİ

Dərmanları bu iki yerdə saxlamayın!

Dərmanları bu iki yerdə saxlamayın!

Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR

Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR

Merts Trampın planını rədd etdi: Avropa Rusiya aktivlərini verməyəcək

Merts Trampın planını rədd etdi: Avropa Rusiya aktivlərini verməyəcək

Misir sahillərində antik dünyanın möcüzəsi həkk olunmuş üzük tapıldı - Arxeoloqlar ŞOKDA

Misir sahillərində antik dünyanın möcüzəsi həkk olunmuş üzük tapıldı - Arxeoloqlar ŞOKDA

Dağıstan Respublikasına yeni rəhbər SEÇİLDİ

Dağıstan Respublikasına yeni rəhbər SEÇİLDİ

Əli Əsədov Cəbrayıldakı GES-in tikintisi ilə bağlı QƏRAR VERDİ

Əli Əsədov Cəbrayıldakı GES-in tikintisi ilə bağlı QƏRAR VERDİ

Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi – SƏBƏB

Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi – SƏBƏB

Zelenski: “Putinə döyüşmək üçün yeni iradə verməkdənsə, onu dayandırmaq daha yaxşıdır”

Zelenski: “Putinə döyüşmək üçün yeni iradə verməkdənsə, onu dayandırmaq daha yaxşıdır”

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi

Sərnişinlərin NƏZƏRİNƏ - 8 marşrutun hərəkət sxemi dəyişdirilir

Sərnişinlərin NƏZƏRİNƏ - 8 marşrutun hərəkət sxemi dəyişdirilir

Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı

Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi

İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi

Yumurtanı rahat soymağın sirri

Yumurtanı rahat soymağın sirri

U -23 millimiz qələbə qazandı

U -23 millimiz qələbə qazandı

End of content

No more pages to load

RADİO