Ölkəyə gələn turistlərin sayı niyə azalıb?

Azərbaycana bu ilin yay mövsümündə gələn turistlərin sayı 5 faizdən çox azalıb. Belə ki, bu il iyun-avqust aylarında ölkəyə 740 min 722 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır. Mövsüm ərzində ən çox turist 196 min 789 nəfər olmaqla, Rusiyadan gəlib. Bu göstərici ötən ilin yay mövsümü ilə müqayisədə 12 faiz azalma deməkdir. İkinci yerdə 116 min 479 nəfərlə Türkiyədən gələnlər qərarlaşıb. Bu da bir il əvvələ nisbətən 8,6 faiz artım deməkdir. Maraqlıdır, ölkəyə gələn turistlərin sayı niyə azalıb?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bunun obyektiv səbəbləri var"
 

Millət vəkili Vüqar Bayramov "Kaspi"yə açıqlamasında bildirdi ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu səbəbdən turizmin inkişaf etdirilməsi və ölkəyə gələn turistlərin sayının artırılması prioritet məsələlərdəndir:


"Pandemiyadan sonrakı dövrdə ölkəyə gələn turistlərin sayında artımlar müşahidə etdik. Lakin 2025-ci ildə bəzi ölkələrdən, xüsusilə Rusiya və Hindistandan gələn turistlərin sayında azalma qeydə alınır. Bunun obyektiv səbəbləri var. Səbəblər bəzən iki ölkə arasındakı münasibətlər, xidmət keyfiyyəti və qiymətlərlə bağlıdır. Təbii ki, turizm sektorunda xidmətin artırılması və qiymətlərin optimallaşdırılması çox vacibdir. Çünki xidmət keyfiyyətinin artırılması daha çox turistlərin cəlb edilməsinə imkan yarada bilər".
 

Millət vəkili vurğulayır ki, daha çox turistin cəlb edilməsi üçün fasiləsiz turizm imkanlarının formalaşdırılması və turistik məhsulların genişləndirilməsi xüsusilə vacibdir:


"Bu kontekstdə islahatların dərinləşdirilməsi zəruridir ki, növbəti mərhələdə ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunmasın".

Gərginlik, təyyarə qəzası...
 

Turizmçi Anar Həsənov deyir ki, bu il Rusiyada yaşayan azərbaycanlıların səfərlərinin azalması turist axınına ciddi təsir göstərib:


"Bunun başlıca səbəbi Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdir. Təyyarə qəzasından sonra insanlar hava nəqliyyatında təhlükəsizliklə bağlı narahatlıq keçirməyə başladılar. Üstəlik, AZAL-ın bəzi reyslərinin ləğv olunması və digər reyslərdə biletlərin qiymətinin bahalaşması da bu prosesə mənfi təsir göstərdi".
 

Türkiyə istiqamətinə gəlincə, burada da maraqlı dəyişikliklər müşahidə olunur. Həmsöhbətimiz bildirir ki, Türkiyə vətəndaşları üçün hazırda Avropada və ya Misirdə istirahət etmək daha sərfəlidir:


"Yəni bu istiqamətlərdə istirahət etmək Azərbaycana gəlməkdən ucuz başa gəlir. Əvvəllər türkiyəli turistlər Gürcüstan üzərindən quru yolla Azərbaycana səfər edə bilirdilərsə, hazırda bu, demək olar ki, mümkün deyil. Bu da turist axınının azalmasına səbəb olur".

Geosiyasi gərginliklər, əlverişsiz xərclər
 

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov da təsdiqləyir ki, regionda son aylarda baş verən geosiyasi gərginliklər turistlərin sayına birbaşa təsir göstərib:


"İran-İsrail qarşıdurması, Pakistan-Hindistan münasibətlərindəki gərginlik və digər münaqişələr Azərbaycanın hədəf bazarlarından gələn turistlərin sayına birbaşa təsir göstərib. Bu ölkələr Azərbaycanın əsas turizm bazarları sayıldığından, həmin istiqamətlərdəki azalma ümumi statistikaya da ciddi şəkildə təsir edib. Hava məkanının bir sıra dövrlərdə bağlı olması da bu prosesə təsirsiz qalmayıb. Belə ki, ərəb ölkələrindən gələn turistlər üçün uçuş marşrutlarının uzanması, normalda 3 saat olan uçuşun 6-7 saata qədər çəkməsi Azərbaycana səfəri həm vaxt, həm də xərclər baxımından əlverişsiz vəziyyətə gətirib".

"Azərbaycan əlverişli turizm istiqamətidir"
 

C.Aşurov vurğulayır ki, Azərbaycan həm qonaqlama, həm də qidalanma baxımından regionda turistlər üçün kifayət qədər əlverişli ölkə hesab olunur:


"Lakin ölkəyə gəlmək hazırda nisbətən baha başa gəlir. Nəzərə alsaq ki, quru sərhədlər hələ də bağlıdır, turistlər yalnız hava nəqliyyatından istifadə edə bilirlər. Uçuş biletlərinin qiymətləri isə hər zaman sərfəli və əlçatan olmur. Bu da turistlərin seçimlərinə birbaşa təsir göstərir. Xaricə səfərlərin bahalaşması daxili turizmin inkişafına təkan verib. Pandemiyadan əvvəl, 2019-cu ildə təxminən 5,5 milyon Azərbaycan vətəndaşı ölkə xaricinə səfər edirdi. Hazırda bu rəqəm hələ də həmin səviyyəyə çatmayıb, yəni çıxışların sayı o dövrdəkinin təxminən yarısı qədərdir. Bu da göstərir ki, tələbatın böyük hissəsi ölkə daxilində qarşılanır. Ölkədaxili səfərlərin sayı və dinamikası nəzərəçarpacaq dərəcədə artıb".

Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa...
 

Həmsöhbətimiz vurğulayır ki, daxili turizmin canlanmasında həmkarlar ittifaqlarının və turizm şirkətlərinin təşəbbüsləri mühüm rol oynayıb:


"Xüsusilə bu ilin yay aylarında Həmkarlar İttifaqının yeni platforması əsasında səfərlərin sayı artdı. Turizm şirkətləri artıq 1-2 günlük daxili turlar təşkil edirlər. Bu da ölkədaxili turizmi daha əlçatan edib. Yalnız hotellər deyil, kənd evləri, kiçik ailəvi evlər, "aframe" tipli evlərin sayının artması da insanlara münasib qiymətlərlə istirahət imkanı yaradır.

Amma gələn il daha çox turist qəbul etmək üçün hava nəqliyyatı infrastrukturundan istifadə zəruridir. Əgər quru sərhədlərin açılması geciksə, digər beynəlxalq hava limanlarımızın imkanlarından daha səmərəli istifadə edilməlidir. Əlverişli qiymətə uçuşlar təklif edən aviaşirkətlərin cəlb olunması vacibdir. Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa, həm ölkəmizə gələn turistlərin sayı, həm də regionlarda turizm aktivliyi artar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ucuz ətin şorbası olmaz, bəs KABABI? – 3 manatlıq lülə kababların mətbəxarxası SİRLƏRİ

Ucuz ətin şorbası olmaz, bəs KABABI? – 3 manatlıq lülə kababların mətbəxarxası SİRLƏRİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakının piyada keçidlərində eskalator və liftlər yenilənəcək

Bakının piyada keçidlərində eskalator və liftlər yenilənəcək

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

Sabahın hava proqnozu - Yağış yağacaq, şimşək çaxacaq

Sabahın hava proqnozu - Yağış yağacaq, şimşək çaxacaq

Leyla Əliyeva Yevlaxda daha bir açılışda – FOTO

Leyla Əliyeva Yevlaxda daha bir açılışda – FOTO

Xırdalan-Sumqayıt xətti üzrə qatarların hərəkəti bərpa olunur? – RƏSMİ AÇIQLAMA

Xırdalan-Sumqayıt xətti üzrə qatarların hərəkəti bərpa olunur? – RƏSMİ AÇIQLAMA

Gəncədə 29 yaşlı kişi bıçaqlandı

Gəncədə 29 yaşlı kişi bıçaqlandı

Moskvada 50 illik evlilik yubileyini qeyd edən cütlüklərə 5 min VERİLƏCƏK

Moskvada 50 illik evlilik yubileyini qeyd edən cütlüklərə 5 min VERİLƏCƏK

Dünyanın ən təmiz çimərlikləri haradadır?– SİYAHI

Dünyanın ən təmiz çimərlikləri haradadır?– SİYAHI

Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu oldu – FOTO

Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu oldu – FOTO

“Sabah” yeni hücumçu transfer etdi – VİDEO

“Sabah” yeni hücumçu transfer etdi – VİDEO

Ukraynalı gözəllik kraliçasının dəbdəbəli toyuna ETİRAZ: “Elə birbaşa Putini çağırardınız” – FOTO

Ukraynalı gözəllik kraliçasının dəbdəbəli toyuna ETİRAZ: “Elə birbaşa Putini çağırardınız” – FOTO

Göldən meyiti tapılan həkim şəhid qızı imiş – Foto

Göldən meyiti tapılan həkim şəhid qızı imiş – Foto

DİQQƏT! Bakının 4 rayonunda su olmayacaq

DİQQƏT! Bakının 4 rayonunda su olmayacaq

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Bakıda on marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda on marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Trampın yeni "uçan saray"ında ilk səfəri - VİDEO

Trampın yeni "uçan saray"ında ilk səfəri - VİDEO

Monakoda partlayış: Ukraynalı oliqarxın sevgilisinin hər iki ayağı amputasiya olundu

Monakoda partlayış: Ukraynalı oliqarxın sevgilisinin hər iki ayağı amputasiya olundu

Bakıda maşın piyadanı vuraraq öldürdü

Bakıda maşın piyadanı vuraraq öldürdü

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Rusiya Ukraynada elektronika anbarını məhv etdi - "Porsche" salonuna ziyan dəydi – FOTO

Rusiya Ukraynada elektronika anbarını məhv etdi - "Porsche" salonuna ziyan dəydi – FOTO

Arzum məhkəmə zalında həbs edildi - VİDEO

Arzum məhkəmə zalında həbs edildi - VİDEO

End of content

No more pages to load

RADİO