“Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində sərgilər açıldı - FOTO

Bakının mədəni həyatını zənginləşdirən “Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində “Baku Steel Art 2025” və “Son dalğa” adlı sərgilər açılıb.

Bizim.Media xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Qonaqlar sərgi ilə tanış olublar.

“Baku Steel Art 2025” sərgisi poladla sənətin görüş nöqtəsi, gələcək nəsillərə ilham verəcək bir yaradıcılıq körpüsüdür. Nümayiş olunan işlərdə texnologiyanın sərtliyi ilə yaradıcılığın zərifliyi bir araya gəlir. Sərgidə sənətkarlar polada yeni nəfəs verərək, onu orijinal və unikal sənət əsərlərinə çeviriblər. Müxtəlif bədii yanaşmalarla yaradılan heykəltaraşlıq nümunələri poladla sənətin estetik dəyərlərini birləşdirir və müasir incəsənətin yeni ifadə formalarını ortaya qoyur.

Sərgidə yer alan “Lövbər” əsərinin müəllifi Zamik Rzayev AZƏRTAC-a açıqlamasında öz əl işi barədə məlumat verib. “Xəzər dənizinin qurumasından təsirlənərək bu əsəri yaratmışam.

Göründüyü kimi lövbər kənarda yerləşir və aşağı hissədə güzgüdən istifadə olunub. Bunun səbəbi hər kəsin ekologiyanın gözəlləşdirilməsi ilə bağlı empatiya qurmasına şərait yaratmaqdır. Əsas məqsədimiz təbiəti qorumağın, tullantılara yeni həyat verməyin və incəsənətlə harmoniyada yaşamağın vacibliyini nümayiş etdirməkdir. Bu əsər 10 gün ərzində səylə çalışmağın nəticəsində ərsəyə gəlib”,- deyə Z.Rzayev əlavə edib.

Rumıniyalı heykəltaraş, “Torpaq və od” əsərinin müəllifi Çiprian Hopirtean isə sərgidə təqdim etdiyi işin müharibənin hekayəsindən bəhs etdiyini vurğulayıb. Bu layihənin Ağdam Cümə Məscidinin bərpası üzərində iki illik təcrübə əsasında formalaşdığını diqqətə çatdıran heykəltaraş deyib: “Məscidin divarları güllə izləri və yanıq ləkələri ilə doludur. Çünki orada müharibə nələr edə biləcəyinin şahidi oldum”.

“Son dalğa” adlı sərgidə heykəltaraşlıq və instalyasiya əsərləri ilə tanınan Elvin Nəbizadənin kinetik instalyasiyası təqdim olunub. Əsər səs və hərəkət arasında açılan iki paralel dünyaya dəvət edir.

“Son dalğa” iki monumental çərçivə zərb alətindən ibarət kinetik bir quraşdırmadır və ayrı-ayrı otaqlarda asılıb. Tavandan asılan zərb alətləri yavaş və ritmik hərəkətə gətirilir. Hərəkət dənizin nəfəsi kimi incə, lakin davamlıdır. Quraşdırma soyuq və isti atmosferdə açılır. İlk otaqda mavi-ağ işıqla dolu, dəniz sakit və uzaq görünür. Qışın donmuş sakitliyi havada qalır, təbiətin dinc ritmini daşıyır. Dalğaların səsi uzaqdan gələn bir əks kimi eşidilir. İkinci otaqda isə işıq qızılı və canlı, yay günəşinin parıltısı, hərəkətli sudakı parıltı kimidir. Mexaniki ritm daha qabarıqdır, dənizi canlandıran və hərəkətə gətirən istiliyi çağırır. Bu iki dünya arasında dialoq yaranır. Eyni səs iki fərqli əhvalda, eyni dəniz iki mövsüm boyu nəfəs alır.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Ayın radiusu 45 metr kiçilib

Ayın radiusu 45 metr kiçilib

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Rusiya onu Azərbaycana təhvil verdi

Rusiya onu Azərbaycana təhvil verdi

Buğda ucuzlaşdı

Buğda ucuzlaşdı

End of content

No more pages to load

RADİO