Hər gün mixək çubuğu çeynəyin...

Mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinlilər bu möcüzəvi ədviyyatı süfrələrindən əskik etmirlər. Mixək öz unikal xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin dərmanı sayıla bilər. Onun tərkibində A, B, C, E vitaminlər qrupu, efir yağları, yağ turşuları, eləcə də müxtəlif minerallar var. Mixək xroniki anginanın birinci düşmənidir. Hər gün bir neçə mixək çeynəmək faringiti tədricən müalicə edib, sağaldır.

Bizim.Media bu şəfalı ədviyyatın faydalarından bəhs edən yazını təqdim edir:

Parazitləri məhv etmək üçün

Orqanizmdəki qurdları məhv etmək üçün yeməkdən yarım saat öncə mixək çeynəmək kifayətdir. Bu proseduru gün ərzində 2 dəfə təkrarlayın, müsbət nəticəni özünüz görəcəksiniz.

Bədəndəki parazitlər tez bir zamanda tökülüb, məhv olacaq. Mixəklə qurdların təmizlənməsi profilaktik tədbir kimi də çox əlverişlidir. Bir mixək çöpü 20% efir yağlarından ibarətdir. Bu yağlar ətirli maddələrlə zəngindir. Məhz bu özəlliyinə görə o parazitlərlə yanaşı difteriya, vərəm və s. çöplərlə mübarizə aparır.

Ağız boşluğunun müalicəsi üçün

Elə bu gündən etibarən saqqızı mixəklə əvəz edin. Hər gün bir neçə mixək çubuğu çeynəsəniz, stomatit, parodontoz, damaqların iltihabı və digər ağız boşluğu xəstəliklərindən qurtulacaqsınız. Bu təbii vasitə bahalı dərmanlardan həm daha faydalı, həm də ucuzdur. Mixək angina və bir sıra digər boğaz xəstəliklərində çox effektiv vasitədir.

Həzm sistemini yaxşılaşdırmaq

Mixək həzm sistemini tənzimləyir, maddələr mübadiləsini yaşılaşdırır. Yeməkdən 15 dəqiqə öncə 1 çay qaşığı bal ilə iki mixək çubuğunu qarşıdırıb, çeynəyin. Mədə xorası və yüksək qan təzyiqiniz varsa, bu üsulu sınaqdan keçirməyin.  Mixək arıqlayanlar üçün də çox əlverişli vasitədir. O, həmçinin, qastrit, turşuların çatışmazlığı və digər xəstəlikləri sağaldır.

Xərçəngin profilkatikası

Mixəyin tərkibindəki yevgenol maddəsi xərçəng hüceyrələrinin ölçüsünü kiçildir, yenilərinin yaranmasının qarşısını alır. Mütəxəssislərin araşdırması göstərir ki, xərçəngdən doğmalarını itirən insanlar bu üsulu təcrübədən keçirməlidirlər. Bu, həm onların immunitetini gücləndirir, həm də xərçəng hüceyrələrinin yaranmasına mane olur.

Təzyiqi yüksəltmək üçün

Təzyiqinizin düşdüyünü hiss edirsinizsə, dərman qəbul etməyə tələsməyin. Bir neçə mixək çubuğu çeynəyib gözləyin. Həm təzyiqiniz stabilləşəcək, həm də özünüzü kimyəvi tərkibli dərmanlardan qorumuş olacaqsınız. Ümumiyyətlə, təzyiq problemi olmayan şəxslər də günaşırı mixəkli qəhvə içə bilərlər.

Əsəbləri sakitləşdirmək

Mixək təbii antidepressant sayıla bilər. Hər gecə yatmazdan əvvəl 1 mixək çubuğu çeynəmək, insanı sakitləşdirir, yuxunu normaya salır.

Mixəyin keyfiyyətli olub-olmadığını yoxlamaq üçün önu su ilə dolu stəkana atın, əgər çubuq suyun dibinə çökürsə, demək ki, onun tərkibində bütün vitaminlər və yağlar olduğu kimi qalıb. Yox, əgər çubuq üfüqi şəkildə üzürsə, demək, onu istifadə etməyə dəyməz. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Atasının sözləri Güneli ağlatdı - VİDEO

Atasının sözləri Güneli ağlatdı - VİDEO

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

"Çelsi"nin kapitanı əməliyyat olundu

"Çelsi"nin kapitanı əməliyyat olundu

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Gec saatlara qədər işləyirsiniz? - Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

Gec saatlara qədər işləyirsiniz? - Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

"Məcburam dərdimi sizinlə bölüşüm"

"Məcburam dərdimi sizinlə bölüşüm"

Lukaşenkodan Trampa ETİRAZ: “Ukrayna prezidentinin kim olacağına o qərar verməməlidir”

Lukaşenkodan Trampa ETİRAZ: “Ukrayna prezidentinin kim olacağına o qərar verməməlidir”

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

End of content

No more pages to load

RADİO