Evimizdəki təhlükə: Tikinti materiallarının bilinməyən ZƏRƏRLƏRİ

Azərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlayır. Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq. Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyət qoyulacaq.

Maraqlıdır, sağlamlığa zərərli tikinti materialları hansılardır?

Bizim.Media xəbər verir ki, mövzuya inşaat üzrə ekspert Elnur Azadov münasibət bildirib.

O, qeyd edib ki, zərərli inşaat materiallarından ən təhlükəlisi istifadəsi dayandırılan asbestdir:

"Asbestdən şiferlər istehsal olunurdu. Son 5-10 il ərzində artıq onu dəmir texnologiyalar əvəz edir. Bu səbəbdən asbestdən hazırlanan şiferlərin istifadəsi sıfıra enib. Hazırda bu məhsuldan çox az həcmdə satılır. İkinci təhlükəli məhsul asbestdən hazırlanan borulardır. Həmin borular davamlı olur. Adətən açıq havada istifadə edilmir. Əsasən torpağın altında olur. Məsələn, kanalizasiya borularında asbest borulardan istifadə edilirdi. Onların satışı da hazırda çox azdır. Çünki istifadəsi məhdudlaşdırılıb. Artıq daha yüngül, ucuz başa gələn materiallardan istifadə olunur".

E.Azadovun sözlərinə görə, bu kimi zərərli materiallardan hər birimiz evimizdə istifadə edirik:

"Təhlükəli məhsullardan biri də mebel istehsalında tanıdığımız formaldehitdir. Ondan mətbəx mebeli və digər mebellərdə yapışdırıcı kimi istifadə edirlər. Mebel açıq şəkildə qalanda onun tozu zərərli sayılır. Amma mebelin daxilində olduqda insan sağlamlığına o qədər də zərər vurmur. Plastik və laminat materiallar da təhlükəlidir. Çünki onlar birbaşa insan orqanizmi ilə təmasdadır. Məsələn, ucuz laminatın istehsalında bəzi komponentlər olur ki, onlar qapalı, havalanmayan məkanlarda zərərli maddələr buraxırlar. Bu da insan orqanizmi üçün təhlükəlidir".

Ekspertin fikrincə, bu sahə dərindən təhlil edilməli, klinik testlər, elmi tədqiqatlar aparılmalıdır. Hər bir inşaat materialının təhlükəsizlik təlimatı olur. Araşdırdıqdan sonra seçim etmək daha məsləhətdir.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev də düşünür ki, ölkəmizdə tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə yeni tədbirlər planının hazırlanması zəruri və təqdirəlayiq addımdır:

"Dünya təcrübəsi də göstərir ki, bəzi materiallar insan sağlamlığı üçün ciddi risklər daşıyır. Buna misal olaraq asbesti, qurğuşun qarışıqlı boyaları, formaldehit və digər üzvü birləşmələr buraxan ucuz yapışqan və plastikləri göstərə bilərik. Asbest ağciyər xərçəngi riski yaradır. Qurğuşun tərkibli boyalar isə uşaqlarda sinir sisteminin zədələnməsinə səbəb olur. Formaldehit və uçucu üzvü maddələr isə astma, allergiya, xroniki bronxit və hətta xərçəng yaradır. Həmçinin radon qazı buraxan bəzi təbii daşlar və yanğın zamanı toksik tüstü buraxan keyfiyyətsiz izolyasiya materialları da təhlükəli hesab olunur. Ona görə burada məsələ onların təkcə texniki uyğunsuzluğu deyil. Həmçinin insan sağlamlığı üçün ciddi təsirlərini nəzərə almalıyıq".

O.Musayev bildirir ki, Avropa ittifaqı, ABŞ, Yaponiya və digər ölkələrdə zərərli materiallara illərdir məhdudiyyətlər tətbiq olunur. Məsələn, Avropada asbest tamamilə qadağan edilib. ABŞ-da qurğuşun qarışıqlı boyalardan tamamilə imtina olunub.

Asiya ölkələrində isə formaldehid səviyyəsinə ciddi nəzarət var:

"Azərbaycanda da bu qaydaların tətbiqi həm insanların sağlamlığını qoruyacaq, həm də tikinti sektorunun dayanıqlılığı və inkişafına şərait yaradacaq".

Mütəxəssisin fikrincə, tikinti materialı alarkən bəzi məsələlərə diqqət etməliyik:

"İstifadə olunan materiallar sertifikatlı olmalı və beynəlxalq standartlara uyğunluğu nəzərə alınmalıdır. Mənşəyi məlum olmayan materiallardan imtina edilməlidir. Məhsulun İSO və digər standartlara uyğunluğunu təsdiq edən sənəd olmalıdır. Materialın üzərində havaya daha az zərərli maddə buraxması ilə bağlı yazı qeyd edilməlidir. Yanğına davamlılıq da nəzərə alınmalıdır. Ekoloji uyğunluq və dayanıqlığı da unutmaq olmaz".

Tibb məsələləri üzrə ekspert, həkim-terapevt Rasif Bağırov da təsdiq etdi ki, müxtəlif tikinti materiallarından düzgün istifadə etmədikdə onlar insan orqanizmində müəyyən xəstəliklər yarada bilir:

"Bəzən elə daşlar olur ki, onlar gözə görünməyən radon qazı buraxır. Yaxud ev tikən zaman torpaqdan həmin qaz yüksəlir, evlərə toplanır. Beləliklə, xərçəng və digər ağır xəstəliklərin yaranmasına səbəb olur".

Həkimin sözlərinə görə, bədənə birbaşa təmas edən materiallar daha təhlükəlidir:

"Müxtəlif sintetik yapışqanlar, materiallar mövcuddur. Misal olaraq laminatı göstərə bilərik. Onlarla uzun müddət kontaktda olanda dəri xəstəlikləri, dermatitlər əmələ gəlir. Hətta dəri xərçənginə də səbəb olması mümkündür. Qurğuşun tərkibli boyalar var ki, onlardan istifadə edən zaman lazımi qoruyucu vasitələrdən istifadə olunmayanda bədəndə toplanır. Bu zaman ürək-qan damar sisteminin pozulmasına, böyrək xəstəliklərinə və müxtəlif xərçəng xəstəliklərinə yol açır".

R.Bağırov tikinti materialları ilə işləyən və təmasda olan insanlara müəyyən tövsiyələr verdi:

"Özünü xəstəlikdən qorumaq üçün tikinti sahəsində işləyən insanlar maskalardan və yaxud tənəffüs sistemini qoruyan xüsusi cihazlardan, müəyyən qoruyucu paltarlar istifadə etməlidir. Tikinti materialları alanda lisenziyası olub-olmadığını soruşmaq lazımdır. Həmçinin materiallar orqanizmə mənfi təsir etməyən ekoloji təmiz materiallardan hazırlanmalıdır ki, gələcəkdə həm orada işləyən, həm də yaşayacaq insanlar üçün heç bir sağlamlıq problemi yaranmasın". (Mənbə: "Kaspi" qəzeti)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Atasının sözləri Güneli ağlatdı - VİDEO

Atasının sözləri Güneli ağlatdı - VİDEO

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

End of content

No more pages to load

RADİO