“Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara CAVAB

Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin maliyyə, aqrar, tikinti sahəsindəki ucsuz-bucaqsız sərvəti içərisində Sədərək və Binə Ticarət mərkəzinin də adı keçir.  İddia edilir ki, R.Mehdiyevin “Sədərək” və “Binə” ticarət mərkəzində obyektləri var. Buna görə də sabiq PA rəhbərinə məxsus obyektlər təcili satışa çıxarılır.

Nəzərə alsaq ki, “Binə” və “Sədərək” yalnız Azərbaycanın deyil, bütövlükdə Qafqazın regionun ən böyük ticarət mərkəzləridir və bura hər gün qonşu ölkələrdən minlərlə tədarükçülər gəlir bu məsələ narahatlığı artırır.

Bu qədər sahibkarın ticarət fəaliyyəti göstərdiyi mərkəzlərin aqibəti nə olacaq? Söküləcəkmi, fəaliyyəti dayandırılacaqmı?

Çünki Mehdiyevin özünün, yaxın qohumlarının adlarına olan  torpaqları və obyektləri təcili və ucuz qiymətə satışa çıxarılır.

Xatırladaq ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylidir. Onun oğlu Mehman Qədimbəyli PA-nın sabiq şöbə müdiri Əli Həsənovun köməkçisi olub.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Bizim.Media-ya açıqlamasında bildirdi ki, Ramiz Mehdiyevin Sədərək Ticarət Mərkəzi ilə heç bir bağlılığı yoxdur:

“Dünyanın hər yanında Ramiz Mehdiyevin əmlakı var, siyahısını veriblər, milyardlarla dəyərində olan obyektləri mövcuddur. Onun nəyinə lazımdır gəlib Sədərəkdə 3-4 dükan alsın?! O boyda sərvətinin arasında bizimlə əlaqəsi olmaya-olmaya Sədərəyin adı çıxır. Mən bu ticarət mərkəzinin rəsmisi olaraq deyirəm, başımla cavabdehəm, onun burda heç çöpü də yoxdur”.

Sədərək Ticarət Mərkəzində bəzi korpusların köçürülməsi, bəzilərinin sökülməsi iddiasını da K.Qədim təkzib etdi:
 

“Hamısı yalan məlumatdır! Gəlin baxın, burda sökülən hissə var? Bu məlumatları kim uydurur?  Əksinə, yeni tikilən mağazalar var, əvvəlkilərdən təmir üçün müvəqqəti fəaliyyətini dayandıranlar ola bilər”.   


Kəbirə Məmmədovaya məxsus “Binə” Ticarət Mərkəzi mətbuata qapalı olduğu üçün əlaqə saxlamaq mümkün olmadı.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Azərbaycanda hər kəsi düşündürən azalma – Səbəb nədir?

Azərbaycanda hər kəsi düşündürən azalma – Səbəb nədir?

İstirahət günləri sevgidə şanslı olacaq BÜRCLƏR

İstirahət günləri sevgidə şanslı olacaq BÜRCLƏR

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

“Sumqayıt”da braziliyalı qapıçı

“Sumqayıt”da braziliyalı qapıçı

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO