Azərbaycanəsilli milyarder Fərhad Əhmədov MƏHKƏMƏDƏ: İnandırmışdılar ki, yaxtanı azad edəcəklər”

Azərbaycanda Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov ifadə verib.
 

O bildirib ki, ibtidai istintaq zamanı verdiyi bütün izahatları təsdiqləyir: "Bizim ailənin yaxtasına İngiltərə məhkəməsi keçmiş həyat yoldaşımın əsassız iddiası ilə həbs qoymuşdu. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verilmişdi, yaxta saxlanılmışdı.


Aleksandr Benallanın köməyi ilə onun beynəlxalq imkanlarından istifadə etmək istəyirdik.

O bizdən 6 milyon 140 min dollar istədi. Puldan 600 min dollar avans kimi bunlara ödənildi.

İş həll olunandan sonra qalan hissəsi ödənəcəkdi. Pul mənim şəxsi hesabımdan köçürüldü. Amma onlar üzərilərinə düşən öhdəliyi icra edə bilmədilər".

Şahid qeyd edib ki, bu işlərlə bağlı Derrazın şirkəti məşğul idi:

"Amma iş alınmadı. DTX sonra Derrazı dinlədi. Mən də izahat verdim. Burada dələduzluq, aldatma var. Başqa cür deyim ki, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı.

Deyirdi ki, pulu qaytaracam. Bildirirdim ki, Göyçayda nar plantasiyalarım var, işlər görürəm.

Orada 6-7 saat işləyən adam günə 20 manat alır. Mən isə sizə 600 min dollar vermişəm ki, iş görəsiniz. Amma siz nə iş gördünüz, nə də pulu qaytarmısınız".

İfadəsinin davamında bildirib ki, məhkəmənin qərarı ilə 400-500 milyonluq yaxtanı keçmiş arvadının sözü ilə əlindən alırdılar:

"Çıxış yolu kimi bunlarla iş görmək istədim, lakin aldanıldım. Mən dəfələrlə bunlara dedim pulu qaytar. Pulları öz hesabımdan bunların hesabına göndərmişəm. Bunlar yaxtanı həbsdən azad edəcəkdilər. İş alınmayanda dedim ki, pulumu niyə qaytarmırsız? Dedi ki, ödəyəcəyəm".

Anass Derraz isə qeyd edib ki, o üzərinə düşən işi görüb:

"Mən hüquqi işləri görmüşəm. Bizim aramızda müqavilələr olub. Bizim də söhbətimiz ondan ibarət olub ki, bu iş üzrə vəkillərin tapılması, işlə bağlı vəzifəli şəxslərlə danışıqlar aparmaq olub. Mən də üzərimə düşəni eləmişəm".

Fərhad Əhmədov qeyd edib ki, Benalla və Anass Derraz onu bu işi həll edəcəyinə inandırıblar:

"Mən birinci 6 milyon dolları pulu verməyə razı deyildim. Amma danışıqlar elə getdi ki, bunlar məni əmin etdilər ki, yaxta üzərindəki həbsi üzərindən götürəcəklər. Mən işin həll olunacağına ümid edirdim".

Daha sonra prosesdə Fərhad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib.

İfadəsində deyib ki, Anass Derraz Aleksandr Benalla həbs olunandan sonra işin həll edə bilməyəcəklərini bildirib:

"Daha sonra mən Derrazdan pulumu tələb etdim. O isə pulu vermək istəmədi".
Proses noyabrın 6-da davam edəcək.
 

İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.


Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzəcəyini bildiriblər. Bundan başqa tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.

Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dolları, gəmi üzərində həbs qaldırılan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.

F.Əhmədov Anass Derrazın "AL HILAL BANK"dakı hesabına 200 min dollar və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına 400 min dollar köçürüb.

Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət alınmasında köməklik etmədə ittiham olunur.

Qeyd edək ki, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İntrerpola müraciət olunub.

İnterpolun A.Benallanı ən ciddi hüquqi əsas olan "Red Notice" ("Qırmızı bülleten") əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. "Qırmızı bülleten" şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.
 

Xatırladaq ki, bir müddət əvvəl İnterpol Aleksandr Benallanı "Qırmızı bülleten"lə axtarışa verib. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında "Red Notice" ("Qırmızı bülleten") ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.


Qərarın əsası DTX-də istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!

Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!

Xəzərlə bağlı qorxulu PROQNOZ

Xəzərlə bağlı qorxulu PROQNOZ

Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb

Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb

İlham Əliyev: “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar”

İlham Əliyev: “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar”

Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən ÇAĞIRIŞ

Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən ÇAĞIRIŞ

Prezident: “Son dövrdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı məmnunluq doğurur”

Prezident: “Son dövrdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı məmnunluq doğurur”

İlham Əliyev Donald Trampı təbrik edib

İlham Əliyev Donald Trampı təbrik edib

Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq həyatını itirib

Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq həyatını itirib

O, Xamenei ilə vidalaşmaqdan imtina etdi

O, Xamenei ilə vidalaşmaqdan imtina etdi

Messi dünya çempionatında rekorda imza atıb

Messi dünya çempionatında rekorda imza atıb

Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər

Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?

Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?

Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO

Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Daha bir ölkə məktəbində telefon QADAĞASI

Daha bir ölkə məktəbində telefon QADAĞASI

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək həyatını itirib

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək həyatını itirib

“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

Azərbaycan XİN ABŞ-ı təbrik edib - FOTO

Azərbaycan XİN ABŞ-ı təbrik edib - FOTO

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO