Azad olunmuş ərazilərdə deputat ofisləri fəaliyyət göstərəcək? – Millət vəkillərindən AÇIQLAMA

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 30 ilə yaxın işğal altında qalmış torpaqlarda yeni həyat qurulur, yollar salınır, yaşayış binaları tikilir, iş yerləri yaradılır.

Sözügedən bölgələrdə məktəblər fəaliyyətə başlayıb, iki ildir Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinə qəbul həyata keçirilir, tələblər təlim və təhsilə cəlb olunublar.

Bununla yanaşı, inzibati binalar da tikilib istifadəyə verilib.

Torpaqların işğalı ilə həmin rayonlardan məcburi köçkün düşənlər paytaxtda və digər bölgələrdə məskunlaşıblar. Onları parlamentdə təmsil edənlər isə seçiciləri ilə görüşlərini bu səbəbdən onların məskunlaşdığı rayonlarda keçirməli olur.

Bəs Qarabağdan olan deputatların işğaldan azad olunmuş ərazilərdə ofisi açılıbmı və ya nə zaman açılacaq?

Məsələyə münasibət bildirən 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov Bizim.Media-ya deyib ki, gələcəkdə, əhali tam məskunlaşdıqdan sonra bunun reallaşdığını görəcəyik:

“Hazırda işğaldan azad olunmuş ərazilərdə abadlıq, quruculuq işləri sürətlə davam edir. Xeyli işlər görülüb və mərhələli şəkildə də bu işlər davam etdirilir. Qısa müddətdə bu qədər işin görülməsi dövlətimizin uğurlu siyasətini nə dərəcədə həyata keçirdiyini göstərir. Bu gün demək olar ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə böyük quruculuq və abadlıq işləri həyata keçirilməkdədir. Bunlar çox önəmli layihə və tədbirlərdir.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işlərinin tam yekunlaşmadığını nəzərə almalıyıq. Yəni əhali mərhələli şəkildə ora köçürülür. Hazırda hələki deputat üçün ayrıca ofis nəzərdə tutulmayıb. Gələcəkdə əhali tam məskunlaşdıqdan sonra biz artıq ofislərin yaradılması barədə də addımların atıldığını görəcəyik. Təkcə Cəbrayılın əhalisi 54 rayonda məskunlaşıb. Ona görə də proses mərhələli şəkildə gedəcək, bunun üçün zaman-zaman müraciətlər ediləcək və ofislərin fəaliyyətə başladığını görəcəyik”.

122 saylı Xankəndi seçki dairəsindən deputat seçilən Tural Gəncəliyev Xankəndidə daimi yaşamaq, qalmaq və seçicilərlə orada davamlı görüşlərin planlarına daxil olduğunu bildirib:

“Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış” proqramı çərçivəsində böyük köç davam edir, əhali yerləşdirilir. Eyni zamanda, bərpa-quruculuq işləri öz sürəti ilə gedir. İndiyədək işğaldan azad edilmiş ərazilərə 21,5 milyard manat vəsait ayrılıb. 2026-cı ilin sonunadək 30 milyard manat vəsait ayrılacaq. Bu konteksdə əhalinin orada yerləşməsi və eyni zamanda, Qarabağı təmsil edən millət vəkillərinin seçicilərlə görüşü çox önəm kəsb edir.
 

Xankəndi seçki dairəsini təmsil etdiyimə görə, mənim seçicilərim demək olar ki, ölkənin bütün rayon və qəsəbələrində məskunlaşıblar. Həmin rayonlara səfərlərdə onlara görüşürəm, həmçinin, Xankəndi şəhərində də görüşlər keçirilir. Təbii ki, gələcəkdə “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndiyə qayıdış rəsmi başladıqdan sonra, orada daimi yaşamaq, qalmaq və seçicilərimizlə orada görüşmək planlarımıza daxildir.

 

Özümə qaldıqda isə yenə də dövlət proqramı çərçivəsində dədə-baba torpaqlarmıza, evlərimizə qayıtdıqdan sonra yaradılacaq şərait və veriləcək müvafiq məkanlarda insanlarla görüşlərimizi təşkil edəcəyik və fəaliyyətimizi davam etdirəcəyik”.

121 saylı Laçın seçki dairəsinin deputatı Rövşən Muradov işğaldan azad olunmuş ərazilərdə gələcəkdə deputat ofislərinin yaradılmasının tərəfdarı olduğunu qeyd edib:

“Çünki bizim köməkçilərimizin də orada daimi oturmağa yeri olmalıdır. Hələki dövlətimiz insanlarımızın məskunlaşması ilə bağlı yükü üzərinə götürüb. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə qayıdışı həyata keçirilir.

Yəqin ki, yaxın zamanlarda müvafiq qurumlar üçün nəzərdə tutulan evlər, xidməti mənzillər də olacaq”.

Deputatın sözlərinə görə, Laçında gələn il üçün xidməti mənzillərin olması plana daxildir:

“Laçınla bağı deyə bilərəm ki, 2026-cı il üçün üçün xidməti mənzillərin olması nəzərdə tutulur. Çünki dövlətimizin müvafiq qurumlarının rəhbər işçilərinin eləsi var ki, orada kirayə mənzillərdə qalır. Elə qurumlar var ki, inzibati binaları mövcuddur, məsələn, prokurorluq, polis binaları var.

Amma müvafiq başqa dövlət qurumlarının rəhbərləri var ki, onların  daimi yaşayış yerləri yoxdur.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Laçın rayon üzrə şöbə rəhbərinin də ofisi yoxdur. Düşünürəm ki, yaxın gələcəkdə xidməti mənzillər tikiləndə bunar nəzərdə tutulacaq. Çünki deputatın özünün xidməti binası, qalmaq üçün yeri olmalıdır ki, gedəndə həm orada vətəndaşların qəbulunu keçirə bilsin, həm də özü qala bilsin. Mən də gedəndə ya oteldə qalıram, oteldə də qiymətlər bahadır, ya da kiminsə evində. Kimlərinsə evində qalmaq həm əziyyətdir, həm də kiməsə narahatlıqdır. Hələ ofislər yaradılmayıb, düşünürəm ki, yaxın zamanda yaradıla bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?

Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?

Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO

Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Daha bir ölkə məktəbində telefon QADAĞASI

Daha bir ölkə məktəbində telefon QADAĞASI

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək həyatını itirib

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək həyatını itirib

“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

Azərbaycan XİN ABŞ-ı təbrik edib - FOTO

Azərbaycan XİN ABŞ-ı təbrik edib - FOTO

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Azərbaycanda hər kəsi düşündürən azalma – Səbəb nədir?

Azərbaycanda hər kəsi düşündürən azalma – Səbəb nədir?

İstirahət günləri sevgidə şanslı olacaq BÜRCLƏR

İstirahət günləri sevgidə şanslı olacaq BÜRCLƏR

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

“Sumqayıt”da braziliyalı qapıçı

“Sumqayıt”da braziliyalı qapıçı

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

End of content

No more pages to load

RADİO