“Hamısı generalların, polkovniklərin pullarıdır...” - Şabalıd davası

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramovun general Raul Zeynalov da daxil olmaqla 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilməsi barədə məlumat vermişdik.

Bizim.Media xəbər verir ki, “Qafqazinfo.az” bu dəfə cinayət işinin təfərrüatını əldə edib. Kapitanın müttəhim, generalın zərərçəkmiş kimi tanındığı işi Bakı Hərbi Məhkəməsinin hakimi Zaur Hacıyev araşdırır.

Dava şabalıd davası imiş

Məhkəmədə məlum olub ki, təqsirləndirilən kapitanla generalı bağlayan şabalıd alveridir. Belə ki, Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakıya şabalıd gətirib.

Şəhərə TIR-larla çatdırılan şabalıd daha çox “Meyvəli” Ticarət Mərkəzindəki mağazalara paylanılıb. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər.

Zərərçəkmişlərin dilindən desək, ölkədə şabalıd monopoliyası qurublar. Amma zabitlərin birgə alveri sonda iflasa uğrayıb.

Malların batmasına görə təqsirləndirilən şəxslə Raul Zeynalov arasında münasibətlər pozulub.

Sonuncu şabalıd gətirməsi üçün verdiyi 1 milyon manatı Ayazdan geri ala bilmədiyini iddia edərək prokurorluğa şikayət edib.

Generaldan əlavə, polkovnik-leytenant da alverə pul yatırıbmış

Cinayət işində adı keçən ikinci zərərçəkmiş isə Raul Zeynalov və Ayaz Bayramovla eyni nazirlikdə şöbə müdiri işləyən polkovnik-leytenant Yasin Muradovdur. İstintaq müəyyən edib ki, Ayaz general Zeynalovdan əlavə, Yasin Muradovla da iş görüb. Muradov da şabalıd alverindən qazanc əldə etməsi üçün Ayaza 200 min manatdan artıq pul verib. Yekunda pulu batmaqla yanaşı o, nazirlikdəki vəzifəsini də itirib.

Bu da son deyil. Eyni nazirlikdə baş leytenant rütbəsi ilə işləmiş Toğrul Kazımzadə də şabalıd alverinə qoşulub aldananlardandır. O da məsələlərin üstü açılandan sonra işdən çıxarılıb.

Kazımzadənin sözlərinə görə, Ayazın birdən-birə varlanması onun diqqətini çəkib. Üstəlik, generalla işləməsi onun inamını daha da artırıb: “Kazarmada yaşayan adam idi. Birdən-birə maşın, ev aldı. Hamı bildi ki, Raul Zeynalovla işləyir. Sonra elə oldu ki, mənə də işləmək təklif etdi. Dedi ki, nə qədər pul qoysan, şabalıdın satışından olacaq gəlirin 10 faizi sənindir. Birinci dəfə 77 min manat vermişdim. Hər dəfə pulu götürməyə bahalı maşınlarla gəlirdi. Amma bilirdim ki, o maşınlar Raul Zeynalovundur. Sonra qəfil yoxa çıxdı. Zəng edib dedi ki, guya güclü yağış yağıb, mal batıb. Ümumilikdə ona 125 min yox, 145 min manat vermişəm. Həmin puldan da cəmi 60 min qaytarıb, hazırda 84 min borcludur”.

Şüşə qəfəs arxasında əyləşən Ayaz isə Toğrulun yalan danışdığını, onu Raul Zeynalovun öyrətdiyini deyib:“Bu adam heç bilmir nə qədər pul verib. Gah deyir 125, gah deyir 145 min…
Raul Zeynalovun ssenarisi ilə danışır. Yaxşı, Toğrulu aldadırdımsa, 77 min manatını qaytarandan sonra niyə 145 min də verdi? Raul mənə demişdi ki, sənin bütün ailəni tutduracağam. Bunlar mənim üstümdən oyun oynayırlar. Birlikdə xeyli qazanmışıq, amma iş tərs gətirib axırda batdıq. Belə çıxır ki, bunlar pulu faiz kimi verirlərmiş. Toğruldan da nə almışamsa, hamısını qaytarmışam”.
 

İş üzrə digər zərərçəkmiş isə Cəmilə Seyidovadır. Seyidova deyir ki, Ayazı uşaqlıqdan tanıyıb, ikisi də Qəbələdə böyüyüblər. Ayazın müxtəlif vaxtlarda ondan borca pul alıb, sonradan artıqlaması ilə qaytardığını deyir. Şabalıd alverinə başlayandan sonra isə məbləğ böyüyüb, sonuncu dəfə ondan 120 min manat pul götürüb: “Heç vaxt Ayaza bu qədər pul verməzdim.


Özünü varlı kimi göstərməsi məni aldatdı. “Range Rover”, “Lexus” kimi maşınlar sürürdü. Bir dəfə maşını açdı, içində külli miqdarda pul var idi. Dedi ki, bəs sən 150 min manat ver, nə qazansam, yarısı sənindir. Birinci dəfə 30 min verdim, 1 həftə ərzində artıq 3 min qaytardı.
Özünü ölkədə şabalıd monopoliyasına baxan adam kimi təqdim edirdi. Çoxlu pullar göstərib, “görürsən yerlin nə oyun çıxarır, hamısı generalların, polkovniklərin pullarıdır. Yaxında milyonçu olacağam”, - deyirdi.

Bundan sonra güvənim artdı. Oğlumun da maşınını satıb, 120 min manat da verdim. Haradasa ondan bu günə qədər 40 min qaytarıb. Sonradan öyrəndim ki, bunun hamıya borcu olub”.

Təqsirləndirilən şəxs isə xanımın dedikləri ilə qətiyyən razılaşmayıb. Onunla heç vaxt şabalıd alveri etmədiyini, pulları faizə götürdüyünü deyib: “Bu bütün pulları mənə faizə verib. Həmişə də aldığım pulu faizi ilə qaytarmışam. İndi də o birilər kimi Raul Zeynalovun ssenarisi ilə danışır. Cəmiləyə heç bir borcum yoxdur”.

Cəmilə həmyerlisi ilə mübahisə edə-edə zaldan çıxıb.

Proses gələn həftə qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən Raul Zeynalov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini işləyib. O, hazırda heç bir dövlət qurumunda çalışmır, biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərlə bağlı qorxulu PROQNOZ

Xəzərlə bağlı qorxulu PROQNOZ

Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb

Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb

İlham Əliyev: “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar”

İlham Əliyev: “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar”

Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən ÇAĞIRIŞ

Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən ÇAĞIRIŞ

Prezident: “Son dövrdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı məmnunluq doğurur”

Prezident: “Son dövrdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı məmnunluq doğurur”

İlham Əliyev Donald Trampı təbrik edib

İlham Əliyev Donald Trampı təbrik edib

Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq həyatını itirib

Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq həyatını itirib

O, Xamenei ilə vidalaşmaqdan imtina etdi

O, Xamenei ilə vidalaşmaqdan imtina etdi

Messi dünya çempionatında rekorda imza atıb

Messi dünya çempionatında rekorda imza atıb

Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər

Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?

Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?

Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO

Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Daha bir ölkə məktəbində telefon QADAĞASI

Daha bir ölkə məktəbində telefon QADAĞASI

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək həyatını itirib

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək həyatını itirib

“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

Azərbaycan XİN ABŞ-ı təbrik edib - FOTO

Azərbaycan XİN ABŞ-ı təbrik edib - FOTO

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

End of content

No more pages to load

RADİO