Taksilərlə bağlı YENİ MƏHDUDİYYƏT – Qiymətlər artacaq?

Azərbaycanda son illər ən çox müzakirə olunan xidmət sahələrindən biri də taksi xidmətidir. Əvvəllər nisbətən ucuz və əlçatan olan taksi xidmət növü son zamanlar bu xüsusiyyətlərini itirib.

Halbuki xidmət keyfiyyətinin artırılması məqsədilə taksi fəaliyyəti haqqında bir sıra qərarlar qəbul edilib, qaydalar müəyyənləşib.

Ötən il iyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. Qaydalarda bir sıra tələblər göstərilib, onlardan biri də buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi fəaliyyət göstərə bilməyəcəyidir.
 

Qərar qüvvəyə mindikdən bir ay sonra Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra xidmət keyfiyyətinin yüksəlməsinin müşahidə edildiyini deyib. O, paytaxtda taksi sayının 2 dəfə azaldığını, 67-70 mindən 35 minə endiyini qeyd edib.

 

Həmçinin, taksi sürücüləri üçün təlimlər təşkil edildi və sürücülər imtahana cəlb olundular. Lakin nə taksi parkının yenilənməsi, nə də sürücülərin imtahanı vəd edildiyi kimi xidmət keyfiyyətini artırmadı. Əksinə paytaxt sakinləri indi taksindən istifadə etməklə mənzil başına tez çata bilmirlər, özləri yollarda sınağa çəkilirlər.

Bir sözlə, hazırda taksi xidməti əlçatanlığını itirib.

Çünki əvvəllər taksilər ünvana ən pis halda 10 dəqiqəyə gəlirdilərsə, indi onları 30-40 dəqiqə gözləməli olursan. Həmçinin, qiymətlər də 2-3 dəfə bahalaşıb.

Ötən gün isə Nazirlər Kabineti (NK) taksilərlə bağlı yeni qərar qəbul edib. Qərara əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən ediləcək. Qərar bu il noyabrın 1-dən qüvvəyə minəcək.

Yeni qərar nəyi dəyişəcək?

Mövzuya münasibət bildirən iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya deyib ki, taksi fəaliyyəti ilə bağlı atılan addımlar nəticəsində xidmətin keyfiyyəti aşağı düşüb, qiyməti isə bahalaşıb:

“Taksilərin sayının hansı səviyyədə olmasına bazar qərar verir. Əgər bu sahə özəl sektorun nəzdindədirsə, burada özəl sektor iştirak edirsə, hökumət orqanları onun lisenziyalaşmasını tənzimləyə bilər. Amma onun sayını niyə tənzimləməlidir ki?! Sayını bazar və tələb, eləcə də təklif qanunu tənzimləyir. Bu, anlaşılan deyil”.

Onun sözlərinə görə, taksilərin qiyməti qalxır, keyfiyyəti aşağı düşür:

“Ola bilsin ki, avtomobillərin keyfiyyəti artsın, çünki bazara yeni maşınlar gəlib. Söhbət xidmət keyfiyyətindən gedir. Əvvəl 3-5 dəqiqəyə gələn taksiləri bəzən 20-30, hətta 40 dəqiqə gözləməli olursan.

Hava limanında tənzimləmə də bunun bir parçasıdır. Hava limanında inhisarçılığın yaradıldığına cəhd edildiyi haqda hətta Ombudsman aparatı belə rəsmi bəyənatında səsləndirmişdi”.

Say məhdudiyyəti niyə tətbiq olunur?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirib ki, lvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və "Avtomobil nəqliyyatı haqqında" qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir.

“Hazırda isə kvotanın tətbiqi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək.

Kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə "Lisenziyalar və icazələr haqqında" qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

End of content

No more pages to load

RADİO