Xankəndi, Ağdərə və Xocalıda əhalinin sayı açıqlanıb

"İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir. Qısa müddət keçməsinə baxmayaraq qeyd olunan sahələrdə əhəmiyyətli nəticələr əldə edilmişdir. Artıq bu ərazilər nəinki yerli, həmçinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir".

Bizim.Media xəbər verir ki, bunu Xankəndi şəhərində Zəfərin 5 illiyinə həsr edilmiş Qarabağda “Mənəvi dəyərlər” mövzusunda keçirilən tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

E. Yusubov, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli və könüllü şəkildə qayıdışı barədə də məlumat verib.

Onun sözlərinə görə, hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 minə yaxın şəxs məskunlaşıb.
 

Onların sırasında keçmiş məcburi köçkünlərlə yanaşı, dövlət və özəl qurumlarda çalışanlar, həmçinin onların ailə üzvləri də var. Plana əsasən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi və Ağdərə rayonunun 7 kəndində bərpa və təmir işləri aparılmaqla əhalinin köçü mərhələli şəkildə həyata keçirilir. Nəticədə, bu yaşayış məntəqələrində 6 minə yaxın keçmiş məcburi köçkünün məskunlaşdırılması nəzərdə tutulur.


Eyni zamanda, bölgədə iqtisadiyyatın bərpası, məşğulluğun təmin edilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. İndiyədək işğaldan azad olunmuş ərazilərə investorlar tərəfindən 65 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib.

Qeyd edək ki, Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər həftəsi" keçirilir.

Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə reallaşır. Əsas məqsəd gənclərin milli kimlik və vətənpərvərlik şüurunun gücləndirilməsi, tarixi-mədəni irsimizə, milli-mənəvi dəyərlərə bağlılıqlarının artırılmasıdır.

Elgün Gəncimsoy, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Zelenski yola salınır - Artıq yeni namizədlər bəllidir – ADLAR

Volodin: “Zelenski cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək”

Volodin: “Zelenski cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək”

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Müharibə daha tez bitəcək - Tramp

Müharibə daha tez bitəcək - Tramp

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

End of content

No more pages to load

RADİO