Ermənistan muzdlu döyüşçüləri bu ölkələrdən Azərbaycana necə gətirib? – Məhkəmədə sənədlər AÇIQLANDI

Oktyabrın 9-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində hərbi əməliyyatlara cəlb edilmiş muzdlu döyüşçülər barədə sənədlər elan olunub.

Bizim.Media xəbər verir ki, məhkəmədə Azərbaycanın müxtəlif dövlət qurumlarından daxil olmuş məxfi qrifli məktublardan çıxarışlar elan edilib.

2020-ci il oktyabrın 24-nə dair sənədə əsasən, Ermənistan 44 günlük müharibə zamanı döyüş meydanında verdiyi itkiləri kompensasiya etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibinə əcnəbi vətəndaşları cəlb etməyə ciddi səylər göstərib.
 

Xüsusən Ermənistan hökuməti və üçüncü ölkələrdə olan erməni diaspor təşkilatları tərəfindən erməni icmasının üzvlərinə təcili surətdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində gedən döyüşlərə qoşulmaq barədə çağırışlar edilib. Habelə, xarici dövlətlərdə xüsusi bilet satışı kampaniyaları təşkil olunub, toplanış məntəqələri təyin edilib.


Nəticə etibarı ilə Azərbaycanın həmin vaxt Ermənistanın işğalı altında olan ərazilərində gedən hərbi əməliyyatlarda Fransadan, ABŞ-dan, Suriyadan, Rusiya Federasiyasından və digər ölkələrdən olan əcnəbi terrorçu döyüşçülər iştirak edib. Hərbi əməliyyatlara "VoMA" (İrəvan şəhərində fəaliyyət göstərən hərbi təlim mərkəzi), ASALA və digər terrorçu təşkilatlar da cəlb olunublar.

Digər sənədə əsasən, Fransa vətəndaşı Artur Oqanisyan Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında iştirak edib.

Fransanın Marsel şəhərindən gəlmiş Artur Hovannisyan 2020-ci ildə 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycanın Hadrut və Cəbrayıl rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak edib.

Başqa sənədə əsasən, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin Azərbaycan ərazisində törətdikləri cinayət əməlləri ilə bağlı cinayət işi başlanılıb.

Daha bir sənədə əsasən, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı Ermənistan silahlı qüvvələri ilə yanaşı, xarici dövlətlərdən (Suriya, Rusiya Federasiyası, İspaniya, Kanada, Fransa, Yunanıstan, Livan, Yaxın Şərq və Latın Amerikası ölkələrindən) gətirilmiş muzdlular və müxtəlif terror təşkilatlarına üzv olan döyüşçülər də iştirak ediblər. Əvvəllər bu kimi muzdlular Ermənistanın hərbi qulluqçularına əsasən kəşfiyyat, diversiya, terror-təxribat və obyektlərin partladılması ilə bağlı təlimlər keçməyə dəvət olunsalar da, sonra birbaşa döyüşlərda iştiraka cəlb ediliblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

Bakıda keçirilən NATO təlimi başa çatıb – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatıb – FOTO/VİDEO

Taylandda qeyri-adi vegetarian festivalı keçirilir - FOTOLAR

Taylandda qeyri-adi vegetarian festivalı keçirilir - FOTOLAR

Danimarkada robotlar supermarketlərdə gecə növbəsinə hazırlaşır

Danimarkada robotlar supermarketlərdə gecə növbəsinə hazırlaşır

Hakan Fidan Bağdadda İƏT-in iclasına qatılacaq

Hakan Fidan Bağdadda İƏT-in iclasına qatılacaq

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı - VİDEO

Zabrat-Maştağa yolu bağlandı - VİDEO

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Azərbaycan neftinin qiyməti 116 dollara düşüb

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Napoleonun 200 illik şifrəsi 6 saata açıldı - VİDEO

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

End of content

No more pages to load

RADİO